Icma.az
close
up
RU
Pul qoyuluşu qalmaqalında 100 dən çox futbolçu cəzalandı

Pul qoyuluşu qalmaqalında 100 dən çox futbolçu cəzalandı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Türkiyə futbolunda oyunlara pul qoyuluşu ilə bağlı qalmaqalın belə desək, ikinci pərdəsi yaşanır.
"Football-plus.az" xəbər verir ki, daha öncə Türkiyə Futbol Federasiyasının (TFF) “təmiz əllər” adı altında apardığı əməliyyatın əsas qurbanları hakimlər idisə, bu dəfə futbolçular diqqət mərkəzinə düşüb. Federasiya öz saytında son illərdə ən azı bir dəfə mərc oynayan 1024 peşəkar futbolçunun adını açıqladı. Siyahı böyük əks-səda doğurdu. Çünki orda 6-sı nəhəng klublardan olmaqla superliqadan ümumilikdə 27 futbolçunun adı qeyd olunmuşdu! “Beşiktaş”dan Nəcip Uysal ilə Ərsin Destanoğlu, “Qalatasaray”dan Ərən Elmalı ilə Metehan Baltacı, “Trabzonspor”dan isə Bora Başkan ilə Salih Malkoçoğlu rəsmi şəkildə oyunlara pul qoyuluşu etməkdə günahlandırıldı. Bu futbolçular arasında ən çox canfəşanlıq edən və etiraz bildirən “Beşiktaş”lılar oldu. Uzun illərdi “qartal”ın şərəfini qoruyan, hətta bir ay əvvələ qədər kapitan sarğısını da daşıyan Nəcip Çağlayan Ədliyyəsinə gələrək şikayət etdi. O, türkiyəli həmkarlarımızla söhbətdə həyatı boyunca heç vaxt mərc oynamadığını vurğuladı. Nəcip də FİFA hakimi Zorbay Küçük kimi şəxsiyyət vəsiqəsinin nömrəsindən istifadə edilərək adına mərc saytnda saxta hesab açıldığını iddia etdi. Həqiqətən də həmin hesabın açılmasında istifadə edilən bank hesabı və telefon nömrəsinin bu futbolçu ilə heç bir əlaqəsi yoxdu. Bunu araşdırma da təsdiqlədi. Elə eyni sözlər “ağ-qaralar”ın qapıçısı Ərsin Destanoğluna da aiddi. “Qalatasaray”lı isimlər isə rəsmi şəkildə şikayət bildirmədilər. Onlar öz səhifələrində paylaşım edərək qismən də olsa, mərc oynadıqlarını etiraf etdilər. Ərən Elmalının adı bu qalmaqal üzündən Türkiyə yığmasının heyətindən çıxarıldı. 25 yaşlı futbolçu 5-6 il öncə bəzi matçlara pul qoyuluşu etdiyini, amma bunun rəsmi şəkildə qadağan olunduğunu öyrənəndən sonra bu işdən birdəfəlik əl çəkdiyini vurğuladı. Bu etiraf onu cəzadan xilas etmədi. Srağagün TFF-nin araşdırması başa çatdı və 1024 futbolçudan 102-nə müxtəlif cəzalar verildi. Onlar müəyyən müddətə futboldan kənarlaşdırıldılar. “Qalatasaray”lı isimlərin aqibətinə gəlincə, Metehan Baltacı 9 ay, Ərən Elmalı isə 45 gün meydana çıxa bilməyəcək. “Trabzonspor”lulardan Boran Başkan 3 ay, Salih Malkoçoğlu 45 günlük cəza aldı. Maraqlıdı ki, qalmaqalda adı keçən yeganə əcnəbi futbolçu - “Konyaspor”lu Alassan Ndao da cəzadan canını qurtara bilmədi. Özü də seneqallı futbolçu nə az, nə çox – düz birillik cəza aldı! “Beşiktaş”lılarla bağlı yekun qərar açıqlanmasa da, onlara artıq cəza verilməyəcəyi dəqiqdi. Onu da bildirək ki, bu cəzalar üzündən Türkiyədə qış transfer dönəminin müddəti 15 günlük uzadılacaq. TFF məhz bu məsələyə görə FİFA-ya “pəncərənin uzadılması” ilə bağlı müraciət edib.
Bu arada Metehan Baltacının aqibəti maraq doğurur. Çünki onunla bağlı Türkiyə mətbuatında yeni faktlar ortaya atılıb. “Qalatasaray”ın yetirməsi olan 23 yaşlı müdafiəçi 2023/24-də, yəni “Eyüpspor”da icarədə oynadığı dönəmdə 1000-dən artıq oyuna pul qoyuluşu edibmiş! Prokurorluqda ona aid dosyenin 150 səhifəlik olduğu bildirilir. Klubların 6 aydan çox müddətə cəza alan futbolçularla müqaviləni birtərəfli şəkildə ləğv etmək hüququ var imiş. Bunu idman hüquqşünası və İdman Arbitraj Məhkəməsinin üzvü Emin Özkurt açıqlayıb. Ona görə də “Qalatasaray”ın hansı addımı atacağı maraq doğurur. Metehanın müqavilə müddəti 2028-ci ilə qədərdi. Hələlik İstanbul nəhənginin qərara etiraz edəcəyi və məsələni Apellyasiya Komitəsinə daşıyacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Noyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri