Icma.az
close
up
RU
Türkiyədə pul qoyuluşu qalmaqalında növbəti pərdə

Türkiyədə pul qoyuluşu qalmaqalında növbəti pərdə

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Türkiyə futbolu qeyri-qanuni pul qoyuluşları qalmaqalı ilə çalxalanmaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu ötən aydan bəri davam edən prosesin belə desək, ikinci pərdəsi ilə bağlı yeni məlumatları ictimaiyyətə açıqlayıb.
İlk dalğa zamanı noyabrın 13-də Nizam-İntizam Komitəsi tərəfindən 101 peşəkar futbolçuya cəza verilmişdi. Onlar müxtəlif müddətə futboldan kənarlaşdırılmışdı. Araşdırmanın genişləndirilməsi və bukmeker saytlarından yeni məlumatların əldə olunması sayəsində 46 futbol adamının saxlanılmasına qərar verilib. Onlardan bəziləri ölkə xaricində olduğundan, yalnız 35-i saxlanılaraq polis şöbəsinə gətirilib.
Bu qərar futbol ictimaiyyətində şok effekti verib. Çünki saxlanılanlar arasında ölkəmizdə də kifayət qədər tanınan sabiq hakim və şərhçi Ahmet Çakar, eləcə də “Qalatasaray”lı Metehan Baltacı, “Fənərbaxça”nın kapitanı (!) Mərt Hakan Yandaş, “Adana Dəmirspor”un sabiq prezidenti Murat Sancak və FİFA hakimi Zorbay Küçük də var. 2023-cü ilin dekabrında keçirilən “Ümraniyəspor” – “Girəsunspor” matçının nəticəsinin əvvəlcədən razılaşdırılması üzündən biri futbolçu olmaqla 6 nəfər, 2024-ün aprelində keçirilən “Ankaraspor” – “Nazilli Bələdiyəspor” matçının nəticəsinə təsir göstərməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb. Söhbət hər iki klubun baş məşqçilərindən və prezidentlərindən gedir!
“Qalatasaray”lı və “Fənər”li futbolçulara gəlincə, Metehan noyabrda NİK tərəfindən 90 günlük cəza almışdı. Gənc futbolçu həmin vaxt karyerasının əvvəlində pul qoyuluşları etdiyini boynuna almışdı. Amma indi onunla bağlı yeni faktlar ortaya çıxıb. Metehan Baltacı bu dəfə öz oynadığı kluba pul qoyuluşu etməkdə günahlandırılır! Çox güman, söhbət onun “Eypüspor”da oynadığı dönəmdən – 2023/24 mövsümündən gedir. Bu günahı sübuta yetiriləcəyi təqdirdə 23 yaşlı müdafiəçi hətta həbs cəzası da ala bilər. “Qalatasaray” onunla bağlı yekun qərarını araşdırma bitəndən sonra verəcək.
Metehandan başqa daha 27 futbolçu öz klubuna pul qoyuluşu etməkdə günahlandırılaraq saxlanılıb. Mərt Hakan Yandaş isə belə desək, başqasının əli ilə pul qoyuluşu etməkdə günahlandırılır. Hətta onun evində axtarış həyata keçirilib. Zorbay Küçük, Ahmet Çakar və Murat Sancakın isə bank hesabları incələndikdə onların çox anormal gəlirlərinin olduğu üzə çıxıb. Onların saxlanılma səbəbi yalnız budu. Bu pulun mənşəyi bəlli deyil.
Bu siyahıda Zorbay Küçükün də olması çox maraq doğurur. Çünki əvvəlki illərdə önəmli derbi matçlarına təyinat almış FİFA hakimi ötən ay hakimlərə qarşı aparılan əməliyyat zamanı cəza almamışdı. Əksinə, Küçük prokurorluğa gələrək açıqlamalar vermiş və başqa şəxslərin onun adından bukmeker saytında hesab açaraq pul qoyuluşu etdiklərini bildirmişdi.
O da vurğulanırdı ki, Zorbay Küçükün günahı sübuta yetirilmədiyinə görə o, cəzadan canını qurtaracaq və hətta tezliklə yenidən superliqa oyunlarına təyinat alacaq. Bu söhbətlərin fonunda onun yenidən saxlanılması böyük müzakirələrə səbəb olub. Türkiyənin ədalət naziri Yılmaz Tunç məsələ ilə bağlı qısa açıqlama verərək olayı sona qədər təqib edəcəklərini vurğulayıb. O, qarşıdakı həftədə prokurorluqdan yeni açıqlamaların veriləcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Dekabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri