Icma.az
close
up
RU
Pul var, bəs təhsil?

Pul var, bəs təhsil?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bu il Azərbaycanda 11 min nəfərə qədər təhsilalanı əhatə edəcək uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsinə 30,7 milyon manat vəsait ayrılacaq.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir. Bundan başqa, məlumata görə, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı üzrə 2026-cı ildə daha 100 təhsil qrantı nəzərə alınmaqla, ümumilikdə 282 təhsil qrantının maliyyə təminatı üçün 3,7 milyon manat vəsait nəzərdə tutulub. Qeyd edək ki, son illər ölkədə təhsil ocaqlarının adambaşına maliyyələşməsi istiqamətində layihələrin reallaşacağı ilə bağlı bir sıra fikirlər səslənir. Hətta hansı məktəb daha çox şagird cəlb edəcəksə, həmin təhsil ocağına daha çox vəsaitin ayrılacağı bildirilir. 

Ümumiyyətlə, təhsil ocaqlarına ayrılan vəsait təhsilə adekvatdırmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cümhuriyət”-ə bildirib ki, dünyanın əksər, o cümlədən təhsili inkişaf etmiş ölkələrində təhsil müəssisələrinin maliyyələşdirilməsi həmin təhsil müəssisəsinin növünə və tipinə uyğun olaraq dövlətin hər bir təhsilalana ayırdığı maliyyə normativləri əsasında müəyyənləşdirilir:

“Bizim ölkəmizdə də istər “Təhsil haqqında”, istərsə də “Ümumtəhsil haqqında” qanunlar, eyni zamanda Nazirlər Kabinetinin hər bir pillə, yəni məktəbəqədər, ümumtəhsil, peşə, orta ixtisas, ali təhsil hər biri üzrə təhsil müəssisələrində adambaşına maliyyələşmənin miqdarının müəyyən edilməsi ilə bağlı normativlər var. 2011-ci ildən ali təhsil müəssisələrinin, bir ildən sonra isə orta ixtisas təhsili müəssisələrinin adambaşına düşən maliyyələşmə sisteminə keçid etmişik. Ancaq 2017-ci ildən peşə təhsili üzrə islahatlar bir qədər intensiv xarakter aldı. Ümumilikdə 34 peşə təhsili müəssisəsinin adambaşına düşən maliyyələşmə sistemi bu il başa çatacaq.

Bu, o deməkdir ki, artıq hər bir peşə təhsili müəssisəsinə orada dövlət hesabına təhsil alanlar üçün adambaşına düşən maliyyə normativlərinə uyğun olaraq maliyyələr ayrılacaq. Peşə təhsili müəssisələri ali təhsil ocaqlarında olduğu kimi bu vəsaiti özü idarə edəcək. Bu məsələ “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da öz əksini tapıb ki, bu da dövlət-biznes portnyorluğunun formalaşması deməkdir. Dövlət təhsilə ayırdığı büdcədən hər bir təhsil müəssisəsinə həmin təhsil ocağında oxuyan təhsilalanların sayına uyğun olaraq vəsait verir və həmin təhsil ocağından onun hansı pilləyə aid olduğu nəzərə almaqla müvafiq dövlət standartlarına uyğun olaraq təhsilin həyata keçirilməsini tələb edir.

Yaxın gələcəkdə ümumtəhsil məktəblərinin publik hüquqi şəxsə keçməsi ilə onlarda da bu proses aparılacaq və nəticə etibarilə beynəlxalq sistemdə olduğu kimi ölkəmizdə də hər bir təhsil müəssisəsi özünün növünə və tipinə, Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə uyğun olaraq həmin təhsil ocağında təhsilalanların sayına uyğun olaraq maliyyələşəcək və təhsil müəssisəsi həmin maliyyə vəsaitini qanunvericiliyə əsasən özü xərcləyəcək. Dövlət qarşısında əsas cavabdehliyi, fəaliyyətini qanunvericiliyə uyğun qurması və həmin təhsil müəssisəsində dövlət standartlarına uyğun olaraq təhsilin həyata keçirilməsi təmin olunacaq”.

Ekspertin sözlərinə görə, tədris ilinin əvvəlində həmin təhsil müəssisəsinə təhsilalanların sayına əsasən vəsait ötürüləcək:

“Əgər təhsilalanların sayı çoxdursa, daha çox, əksinə, azdırsa, daha az vəsait alacaq. Ancaq bu, məktəblər arasında rəqabəti gücləndirməyəcək. Məsələ ondadır ki, bizdə bu mexanizm necə həyata keçiriləcək, təhsil müəssisələrini hüquqi şəxsə nə vaxt keçirəcəyik? Hökm deyil ki, mütləq publik hüquqi şəxsə keçək. Azərbaycanda məktəblərin publik hüquqi şəxsə keçməsi yaxın 10 ildə real görünmür. 2023-cü ilin dekabrında elan olundu ki, “biz artıq bu prosesə başlamışıq”. 

Hətta ölkə üzrə 16 məktəb publik hüquqi şəxs elan olundu. Ancaq sənəddə bu olduğu kimi qalıb. İlk olaraq “Azərbaycan məktəbi” modeli yaratmaq lazımdır. Hardansa götürüb “kopyalamaq” doğru hal deyil. Hər bir təhsilana düşən maliyyələşmə sisteminə keçmək üçün əsas deyil ki, orada publik hüquqi şəxs yaradılsın. Publik hüquqi şəxsin 100-ə qədər növü var. Əgər bu yaradılacaqsa, hansı növünün olacağı məlum deyil. Bu məsələlər açıq qalmış suallardır.

Ancaq ümumilikdə “adambaşına düşən maliyyələşmə sisteminə keçsək, bu təhsilin keyfiyyətini artıracaq” fikri yanlışdır. Təhsilin keyfiyyətini artırmaq üçün sistemli iş görmək lazımdır. Birincisi, təhsili bu sahənin işçiləri idarə etməlidir, ikincisi pedaqoji kadr hazırlığının günün tələblərinə uyğunlaşdırılmasıdır ki, bu ölkəmizdə yoxdur. Üçüncüsü, Elm və Təhsil Nazirliyinin, onun struktur bölmələrinin, yaxud da Təhsil İnstitutunun keçirdiyi bütün imtahanlar, müsabiqələr alınıb DİM-ə verilməlidir. Elm və Təhsil Nazirliyi və onun struktur bölmələri təhsil siyasəti ilə məşğul olmalıdır. Təhsil İnstitutu da təhsil sahəsində elmi araşdırmalarla məşğul olmalıdır ki, bu da yoxdur. Dərsliklər günün tələblərinə uyğun yazılmalı, təhsil proqramları, kurikulumlar əlçatan formada olmalıdır.

Tərcümə edilmiş təhsil proqramları, kurikulumlar tətbiq edilməməlidir. Təhsil sistemində qiymətləndirmə düzgün tətbiq edilməlidir. Müəllim peşəkarlığının inkişafı ilə bağlı sertifikasiya düzgün keçirilməlidir. Burada da çox ciddi problemlər var. Ümumilikdə bu gün təhsil sistemində təhsilin keyfiyyətinin artırılması ilə bağlı real addımlar atılmır. Təhsildə tərbiyə sistemi pozulub. Tərbiyə sistemi olmadan təhsildə keyfiyyət əldə etmək mümkün deyil. Psixoloji iş mənfinin altına düşüb. Bütün bunları reallaşdırdıqdan sonra təhsilin keyfiyyətindən danışa bilərik”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see369

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see242

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see239

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see215

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see207

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see204

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see194

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see189

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see185

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see183

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see176

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see173

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see166

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see164

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see164

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see160

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see156

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see155

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri