Icma.az
close
up
RU
Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini bir daha ifadə edib

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini bir daha ifadə edib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çinə səfəri çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysin ilə görüşüb.

YAP-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin siyasi iradəsi sayəsində ildən-ilə möhkəmlənərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin hər iki ölkənin maraqlarına cavab verdiyi vurğulanıb.

Azərbaycan ilə Çinin müstəqil siyasət yürüdən dost ölkələr kimi bir-birinin mənafelərinin qorunmasına xüsusi diqqət yetirdikləri bildirilib. Beynəlxalq hüququn təməlində dayanan ərazi bütövlüyü və suverenlik prinsiplərini əsas götürən Azərbaycanın Vahid Çin siyasətinə qətiyyətli dəstəyinin əhəmiyyəti vurğulanıb. Öz növbəsində, Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvündən biri olan Çinin Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsinin etibarlı tərəfdaşlıq örnəyi kimi böyük dəyərə malik olduğu qeyd edilib.

Yüksəksəviyyəli siyasi dialoq və intensiv diplomatik təmaslar fonunda iqtisadi-ticari, nəqliyyat-logistika, energetika, o cümlədən yaşıl enerji, elm, təhsil, innovativ texnologiyalar, mədəni, humanitar və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin strateji prioritet kimi dövlət başçılarının xüsusi diqqət mərkəzində olduğu bildirilib.

Çinin qlobal əhəmiyyətli “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın Asiya ilə Avropa arasında əlverişli coğrafi mövqeyindən və tranzit imkanlarından səmərəli istifadənin Orta Dəhlizin inkişafına təkan verdiyi vurğulanaraq ölkəmizin Zəngəzur dəhlizi layihəsinin yeni platforma kimi Avrasiyada dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə və çoxtərəfli işbirliyinə hədəfləndiyi qeyd olunub.

Çoxqütblü dünya nizamına transformasiya şəraitində Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının təkcə iki ölkə arasında əlaqələrin inkişafı baxımından əlamətdar olmadığı, eyni zamanda, Avrasiyada, o cümlədən Qlobal Cənub coğrafiyasında davamlı və qarşılıqlı faydalı əməkdaşlığın təşviqi üçün mühüm əhəmiyyət daşıdığı bildirilib.

Beynəlxalq hüququn böhranı fonunda Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi sülh quruculuğunun önəminə diqqət çəkilib.

Görüşdə nümayəndə heyətlərinin mütəmadi səfərlərinin ölkələr və siyasi partiyalar arasında münasibətlərin mövcud vəziyyətinin qiymətləndirilməsi və işbirliyinin əhatə dairəsinin genişləndirilməsi xüsusunda önəmi vurğulanıb.

2024-cü ilin noyabr ayında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında Əməkdaşlıq memorandumunun imzalanmasının əhəmiyyəti diqqətə çatdırılaraq məqsədyönlü birgə fəaliyyətin ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə və müştərək maraqların təmininə xidmət etdiyi bildirilib. Partiya diplomatiyasının qarşıda duran hədəflərin gerçəkləşməsinə bundan sonra da töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri