Icma.az
close
up
RU
Pul verib azadlığı satın alanlar: “Qanun buna imkan və şərait yaradır ki...”

Pul verib azadlığı satın alanlar: “Qanun buna imkan və şərait yaradır ki...”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümünə səbəb olmaqda ittiham olunan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun məhkəməsi davam edir.

Bir neçə aylıq ekspertiza araşdırmalarından sonra növbəti məhkəmə prosesi keçirilib. İclasda təqsirləndirilən şəxsin vəkili Musa Abdinov barışıq üçün zərərçəkmiş tərəfə təklif irəli sürüb.

Lakin mərhum alimin hüquqi varisi məhkəmədə iştirak etmədiyindən təklifə münasibət bildirilməyib. Məsələnin müzakirəsi növbəti prosesə saxlanılıb.

Məlumata görə, Azər Maqsudov barışıq üçün 35 min manat nağd ödəməyə, əlavə olaraq 5 ay ərzində hər dəfə 1000 manat verməyə hazırdır. Bu, ümumilikdə 40 min manat təşkil edir.

Mərhumun hüquqi varisi isə daha əvvəl Azər Maqsudova qarşı 400 min manatlıq mülki iddia qaldırmışdı. Onların 40 min manatla razılaşıb-razılaşmayacağı hələ məlum deyil.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində Arif Acaloğlu dünyasını dəyişib. KTM-in şöbə müdiri həbsdə deyil, barəsində istintaq dövrü üçün başqa qətimkan tədbiri seçilib.

Onu da vurğulayaq ki, son illər ölkədə tutduğu vəzifədən azad edilən bir sıra məmurların adı korrupsiyada hallansa da onların mənimsədikləri məbləği geri ödəməklə həbs olunmadıqları barədə fikirlər səslənir.

Son günlər müğənni Rəqsanə İsmayılovanın da külli miqdarda pul mənimsədiyi iddiası ilə barəsində 4 ay həbs qətiimkan seçilib.

Maraqlıdır, qanunvericiliyə görə, vətəndaş törətdiyi cinayət əməlinə baxmayaraq, vəsait ödəməklə həbsdən azad oluna bilərmi?

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, qanunvericilikdə pul ödəmək deyil, zərərçəkmiş şəxslə barışmaq öz əksini tapıb: 

“Barışıq da həm üzrxahlıq, həm də dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi kimi baş tuta bilir. Bəzi hallarda tərəf sadəcə üzr istəməklə, təqsirini boynuna almaqla zərərçəkmiş onu bağışlayır.

Ancaq müəyyən proseslərdə zərərçəkmiş şəxsin hüququ var ki, hətta rəsmi qaydada təqsirləndirilən şəxsə qarşı mülki iddia verərək ona dəymiş maddi və mənəvi ziyanın əvəzini tələb etsin. 

Bu zərərçəkmiş şəxsin özü, yaxud özü vəfat edibsə, hüququ varisinin hüququdur. Təqsirləndirilən şəxs tərəf də barışığın əldə olunması üçün qanun çərçivəsində müxtəlif vasitələrdən və üsullardan istifadə edə bilər. Qanun da imkan verir ki, təqsirləndirilən tərəf zərərçəkmiş tərəfə dəymiş maddi və mənəvi ziyanın əvəzini ödəməklə onunla barışsın. 

Qanun hətta buna imkan və şərait yaradır ki, tərəflər arasında barışıq olsun. Təbii olaraq bu gələcəkdə veriləcək cəzanın xəttinə təsir göstərir. Hətta müəyyən hallarda zərərçəkmiş tərəflə barışdıqda Cinayət Məcəlləsində müəyyən maddələr var ki, əgər həmin maddələr  çərçivəsində baş vermiş cinayətdirsə və zərərçəkmiş tərəflə barışıq əldə olunubsa, həmin cinayət işinə xitam da verilə bilər”. 

Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə 178-ci maddə var və bu dələduzluqla bağlı maddədir:

“Bu maddədə belə qeydlər var ki,  təqsirləndirilən şəxs ziyan vurduğu şəxsə məbləği tam şəkildə ödədikdən sonra məbləğun miqdarından asılı olaraq, yəni orada 25, 50, 100 faiz hissələr var və bu məbləğin həcmindən asılıdır.

Həmin hissədə də dövlət büdcəsinə ödəniş etdikdən sonra şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Ancaq qanunvericilik buna yalnız bir dəfə imkan verir. Yəni bir şəxs bu hüquqdan, imkandan yalnız bir dəfə istifadə edə bilər.

Məsələn, müğənni Rəqsanə İsmayılova külli miqdarda məbləği mənimsəməkdə günahlandırılır. O zərərçəkmişlə danışdıqdan və tam məbləği ödəniş etdikdən sonra həmin məbləğin 100 faiz hissəsində də dövlət büdcəsinə ödəniş etdikdən sonra cinayət məsuliyyətindən azad oluna bilər”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Pul azadlıq qanun Ruslan Mustafayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri