Icma.az
close
up
RU
Ermənistan Rusiyanın sanksiyalardan yayınmasına şərait yaradır

Ermənistan Rusiyanın sanksiyalardan yayınmasına şərait yaradır

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib ki, ölkəsi Rusiyanın "kiçik qardaşı" deyil, tərəfdaşıdır və Rusiya Ermənistanın müstəqil qərarlarına hörmət etməlidir. O, iqtisadi baxımdan Rusiyadan asılılığa baxmayaraq, Rusiyanın da Ermənistandan asılı olduğunu qeyd edib. Xaçaturyan vurğulayıb ki, Ermənistan kimlə və necə əməkdaşlıq edəcəyini özü müəyyən edir və Avrasiya İqtisadi İttifaqının qaydalarını pozmayıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev bildirdi ki, burada faktiki olaraq Ermənistan Rusiyaya etirazını ifadə ediredir. Onun sözlərinə görə, bu etirazlar bir neçə əsas məqamdan ibarətdir:

"İlk olaraq, Ermənistan öz siyasi müstəqilliyinə toxunulmasını istəmir. Hökumət xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirməyi, hansı ölkələrlə münasibət quracağına özü qərar verməyi tələb edir. Bu məsələdə Rusiyanın nəzarətinə və ya yönləndirməsinə qarşı çıxılır. Ermənistan açıq şəkildə bəyan edir ki, Avropa ilə münasibətlərin formalaşdırılması onun daxili işidir və bu, ölkənin suveren hüququdur. Bu yanaşma həm də Ermənistanın Rusiyanın "kiçik qardaşı" olmadığını vurğulamaq məqsədi daşıyır. Ermənistan müstəqil dövlətdir və qərarları da müstəqil şəkildə verir. Bu kontekstdə Rusiyanın təzyiqinə və təsir imkanlarına ehtiyac olmadığını bildirirlər".

Politoloq qeyd etdi ki, Ermənistan dolayı şəkildə Rusiyanın onlara qarşı iqtisadi təzyiqlər göstərə biləcəyi ehtimalına da toxunur:

"Əslində, bu, müəyyən mənada Rusiyaya qarşı şantaj elementləri daşıyır. Ermənistan açıq şəkildə göstərir ki, hərçənd Rusiyadan iqtisadi asılılıq mövcuddur, əks tərəfdə Rusiya da Ermənistanın müəyyən imkanlarından asılıdır. Məlumdur ki, Ermənistan enerji resurslarını neft, qaz, elektrik enerjisini Rusiyadan alır. Bundan əlavə, kənd təsərrüfatı məhsulları əsasən Rusiya bazarına ixrac olunur. Miqrantların göndərdiyi pul köçürmələri də iqtisadiyyat üçün önəmlidir. Lakin Rusiyanın da Ermənistandan dolayı əldə etdiyi imkanlar var. Son illərdə Qərb buna göz yummasına baxmayaraq Ermənistan üzərindən 20 milyard dollardan artıq ticarət dövriyyəsi həyata keçirilib. Ermənistan Rusiyanın sanksiyalardan yayınmasına şərait yaradır. Bu marşrutla Rusiya Çin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrlə ticarət əlaqələrini sanksiyalardan kənar şəkildə davam etdirə bilir. Qərb dövlətlərinin buna səssiz qalması da diqqətçəkicidir".

Müsahibimizin fikrincə, Ermənistan açıq şəkildə bildirir ki, əgər Rusiya iqtisadi təzyiq göstərərsə, Ermənistan da bu ticarət marşrutunu bağlaya bilər. 

"Bu yanaşma müəyyən mənada təzyiq vasitəsidir. Eyni zamanda Ermənistan qeyd edir ki, Avropa İttifaqının qaydalarına zidd davranmır. Əgər Aİ ilə iqtisadi və ya ticarət münasibətləri mövcuddursa, bu, Rusiyaya qarşı yönəlməyib. Ermənistan Rusiya ilə imzalanan ticarət razılaşmalarına və beynəlxalq qaydalara əməl etdiyini vurğulayır. Bununla yanaşı, Aİ ölkələrinin gömrük və vergi rüsumlarının olmaması səbəbindən Rusiya Ermənistan vasitəsilə daha rahat şəkildə xarici bazarlara çıxış əldə edir. Ermənistan isə bildirir ki, əgər bu qaydalar pozulmur və beynəlxalq çərçivə daxilində hərəkət edilirsə, Rusiya da Ermənistanın Qərblə münasibətlərinə müdaxilə etməməlidir. Bu, artıq Rusiyanın maraqlarından kənarda qalmalıdır", - deyə Turab Rzayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri