Pulitser Mükafatı laureatları elan edildi
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin "Pulitser" mükafatının Təşkilat komitəsi Nyu- Yorkdakı Kolumbiya Universitetində qalibləri elan edib.
“Cəmiyyətə xidmət” kateqoriyasında qalib Nyu-Yorkda yerləşən ProPublica qeyri-kommersiya jurnalist araşdırma təşkilatı olub. Mükafat ABŞ-də abortun qismən qadağan edilməsinin nəticələri haqqında reportaja görə verilib.
“Washington Post” qəzetinin jurnalistləri “2024-cü il iyulun 13-də prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdini tez və gözəl işıqlandırdıqlarına görə” bu mükafatı qazanıblar.
"Wall Street Journal"ın əməkdaşlarına "Milli Reportaj" mükafatı verilib. Müxbir Deklan Uolş və “New York Times” “Sudandakı münaqişəni ifşa edən araşdırmalarına” görə “Xarici reportaj” mükafatını əldə ediblər.
Pulitser mükafatı hər il Nyu-Yorkda verilir və builki qaliblər 109-cu dəfə elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 06 May 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















