Icma.az
close
up
RU
Pulsuz işçilər, milyardlıq xərclər: Obama Tramp hökumətini qara günə salıb

Pulsuz işçilər, milyardlıq xərclər: Obama Tramp hökumətini qara günə salıb

Icma.az bildirir, Azvision portalına istinadən.

Şatdaun niyə oldu?
Oktyabrın əvvəli ABŞ-da ənənəvi olaraq yeni maliyyə ilinin başlanğıcını qeyd edib. Bir bağlanma adətən federal büdcənin keçməməsi səbəbindən baş verib. Bu dəfə də məhz belə olub. ABŞ Konqresi həmin tarixə qədər büdcə qanun layihəsini razılaşdıra bilmədiyi üçün bağlanma rəsmi olaraq oktyabrın 1-də başlayıb. ABŞ ikipartiyalı sistemə malik olduğundan böhran həmişə fikir ayrılıqlarından, daha doğrusu Respublikaçılar və Demokratlar arasında uzlaşmanın olmamasından yaranıb. Bu dəfə tərəflər dövlət xərcləri ilə bağlı fikir ayrılığına düşdüyü üçün büdrəmə səhiyyədə olub.
Demokratlar bu ilin sonunda başa çatacaq Obamacare subsidiyalarının uzadılması üçün 350 milyard dollar ayırmaqda israrlıdılar. Onlar həmçinin Respublikaçıların ABŞ-də həssas qruplar üçün tibbi xərcləri qismən əhatə edən federal Medicaid proqramına planlaşdırdıqları 1 trilyon dollarlıq kəsilməsinin ləğvini tələb ediblər.
ABŞ qanunlarına görə, belə hallarda əksər dövlət qurumları fəaliyyətini dayandırır və Konqresin maliyyəsi olmadan tam fəaliyyət göstərə bilməz. Bu şəraitdə dövlət işçiləri adətən məcburi ödənişsiz məzuniyyətə verilir. Həmçinin, onlara iş yerlərinə getməmək, ofis texnikasından istifadə etməmək, xidməti avtomobillərinə minməmək, xidməti vəzifələrlə məşğul olmamaq tapşırılıb.
Bağlanma zamanı nə baş verir?
Şatdaun zamanı ictimai muzeylər və milli parklar da bağlanır, ictimaiyyət üçün açıq qalanlar isə ictimai tualetləri, qida xidməti müəssisələrini bağlayır və zibil yığımını dayandırır. Eyni zamanda, bağlanma elmə ağır zərbə vurur: Milli Sağlamlıq İnstitutunda bir çox tədqiqatlar aparılmır. Bundan əlavə, bəzi dövlət qurumları bağlanır. Məsələn, Daxili Gəlirlər Xidməti yoxlamalar aparmır. Özəl biznes də bunun təsirini hiss edir. Məsələn, Kiçik Biznes Administrasiyası startaplara verilən kreditləri dondurur. Pasport və vizanın işlənməsi yavaşlayır və sonra tamamilə dayandırılır.
Bu müddət ərzində yalnız hüquq-mühafizə orqanları və ABŞ-ın müəyyən digər “kritik” xidmətləri fəaliyyətini davam etdirir. Çünki fəaliyyətin dayandırılması qanunla nə canın və əmlakın mühafizəsinə cavabdeh olan dövlət orqanlarının, nə də fəaliyyəti Konstitusiya ilə tənzimlənən yüksək vəzifəli şəxslərin işini dayandıra bilməz. Bu səbəbdən hərbi qulluqçular, federal hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, xəstəxana həkimləri, aviadispetçerlər, Konqres üzvləri və prezident xidmətə davam edir və məzuniyyətə çıxa bilmir. Hər bir qurum ödənişsiz işləməli olan “kritik” işçilərin sayını və ödənişsiz məzuniyyətə buraxılacaq şəxslərin sayını müstəqil şəkildə müəyyənləşdirir.
Medicare və Medicaid kimi sosial təhlükəsizlik şəbəkələri də işləyi. Bunun səbəbi, illik konqres qərarlarından asılı olmayan daimi fondlar sayəsində müavinətlərin fasiləsiz ödənilməsidir. Məsələn, ABŞ Poçt Xidməti və çoxsaylı veteran klinikaları da fəaliyyətini davam etdirir. Çünki bu təşkilatlar öz vəsaitləri hesabına fəaliyyət göstərirlər. Bununla belə, onların inzibati heyəti məzuniyyətə buraxıla bilər ki, bu da bəzən müavinətlə bağlı ərizələrin baxılmasında və ya yeni alanların qeydiyyatında gecikmələrə səbəb olur.
ABŞ-da bağlanmaların tarixi
Son 50 il ərzində Birləşmiş Ştatların hökuməti indiki də daxil olmaqla 22 dəfə işini dayandırıb. Tramp ən uzun müddət bağlanma rekorduna sahibdir. Onun ilk prezidenltik dövründə ABŞ hökuməti tam 35 gün işləməyib. Konqresin büdcənin təsdiqi üçün mövcud qaydaları 1976-cı ildən qüvvədədir. İlk hökumətin bağlanması həmin ilin oktyabrında Respublikaçı Cerald Fordun dövründə baş verib. Onun varisi, demokrat Cimmi Karter rekord 56 gün davam edən beş belə bağlanma ilə üzləşib. Respublikaçı Ronald Reyqanın dövründə səkkiz dəfə bağlanmalar elan edilib, lakin ümumi müddət belə bir rəqəm üçün qısa olub: cəmi 14 gün.
Prezident Böyük Buş yalnız bir belə bağlanma yaşayıb və onun varisi Demokrat Bill Klinton iki dəfə şotdaun ilə üzləşib. Kişik Buşun dövründə, ümumiyyətlə, heç bir dayanma olmayıb. Bununla belə, Obamacare səhiyyə islahatının maliyyələşdirilməsi ilə bağlı partiya fikir ayrılıqları səbəbindən yenidən Barak Obama dövründə hökumətin bağlanması baş verib. Co Bayden də Buş kimi sudan quru çıxıb. Ümumilikdə, bağlanmalar Demokratların prezidentləri dövründə 98 gün, Respublikaçılarda isə 70 gün davam edib.
Amerikalılar üçün nəticələr
Hökumətin bağlanmasının nəticələri amerikalılara təsirsiz ötüşmür. ABŞ hökuməti səkkizinci gününə qədəm qoyduqca, bu, artıq bir çox amerikalının həyatına əhəmiyyətli təsir göstərib. Konkret olaraq, təxminən 1,3 milyon ABŞ hərbi qulluqçusu maaşsız qalıb və onların bir çox ailəsi ağır maliyyə sıxıntıları səbəbindən ərzaq yardımı axtarmaq məcburiyyətində qalıb.
Digər problem, hava nəqliyyatı dispetçerlərinin ciddi çatışmazlığı səbəbindən ABŞ-da hava nəqliyyatında fasilələr və gecikmələr idi. Çünki bu sahədə çalışan 13 minə yaxın mütəxəssis də layiqli maaşlarından məhrum edilib. Peşələri ilə bağlı yüksək məsuliyyət və stressi nəzərə alaraq, bir çoxları sağlamlıqlarını pulsuz qurban verməkdən imtina etdilər və xəstəlik məzuniyyəti aldılar. Nəticədə təkcə oktyabrın 6-da ABŞ-da 6000-ə yaxın reys təxirə salınıb, onlarla reys ümumilikdə ləğv edilib.
ABŞ hökumətinin əməliyyatları yalnız Konqres maliyyələşdirmə qanunvericiliyini təsdiq etdikdən sonra bərpa olunacaq - istər tam illik büdcə, istərsə də bir neçə ay üçün müvəqqəti tədbir. Bundan sonra prezident sənədi imzalamalı olacaq. Dəqiq vaxt hələ məlum deyil. Bunun nəticələrindən də ən çox əziyyət çəkən adi amerikalılardır. Mütəxəssislərin fikrincə, təxminən 750 000 ABŞ sakini işdən çıxarıla bilər. Lakin dərd bununla bitmir. Çünki bağlanma başa çatdıqdan sonra onların əhəmiyyətli bir hissəsi işlərini itirmək riski ilə üzləşə bilər.
İlkin Nəcəfzadə
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see286

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see228

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see167

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see146

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see143

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see142

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see140

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see134

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see130

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see129

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see128

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see127

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see127

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see127

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see126

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see126

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see125

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see124

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri