Icma.az
close
up
RU
Pulsuz təhsil ideyası cəlbedici səslənsə də, hər zaman effektiv nəticə vermir AYDINLIQ GƏTİRİLDİ

Pulsuz təhsil ideyası cəlbedici səslənsə də, hər zaman effektiv nəticə vermir AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Ümumiyyətlə, pulsuz ali təhsil məsələsi çoxşaxəli bir mövzudur. Burada əsasən təhsilə çıxış, keyfiyyət və ədalət baxımından yanaşmaq lazımdır. Müsbət və mənfi məqamları var. Yəni, pulsuz təhsili bir mənalı şəkildə yalnız müsbət kimi qiymətləndirmək doğru olmaz". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O da bildirib ki, pulsuz ali təhsil sosial bərabərsizliyin azaldılmasında əhəmiyyətli rol oynaya bilər: "Əsas üstünlüyü odur ki, aşağı gəlirli ailələrdən olan tələbələr üçün maliyyə baryerləri aradan qalxır. Gənclər daha çox öz maraqlarına uyğun ixtisas seçə bilirlər. Beləliklə, bütün təbəqələr üçün təhsilə çıxış daha ədalətli olur. Lakin bu modelin uğurlu olması üçün əlavə dəstək mexanizmləri vacibdir: yataqxana və yaşayış xərcləri üçün təqaüdlər, sosial yardım, təlim proqramları və orta təhsil səviyyəsində bərabər imkanlar.

Müsbət tərəfi odur ki, daha çox istedadlı gənc ortaya çıxa bilər və maddi stress azaldıqda tələbələr elmi və sosial fəaliyyətə daha çox yönələ bilərlər.

Bu sahədə müəyyən mənfi risklər də mövcuddur. Maliyyə axınının azalması nəticəsində universitetlər ciddi maliyyə çətinlikləri ilə üzləşə bilərlər. Təhsil sisteminin keyfiyyətli inkişafına deyil, kəmiyyətə, yəni daha çox sayda tələbəyə yönəlmək təhlükəsi arta bilər. Bu isə az resursla daha çox tələbəyə xidmət göstərmək məcburiyyəti yaradır. Belə bir şəraitdə rəqabət mühiti zəifləyə bilər. Əgər qəbul şərtləri yumşaldılarsa və ya “hamı universitetə daxil olmalıdır” yanaşması üstünlük təşkil edərsə, bu zaman keyfiyyətin aşağı düşməsi qaçılmaz ola bilər.

Bəs ümumiyyətlə, təhsil haqqının olmaması universitetlərin keyfiyyətinə və imkanlarına mənfi təsir göstərə bilərmi? Əgər bu itkiləri kompensasiya edəcək alternativ maliyyələşdirmə mexanizmləri yoxdursa, bəli, göstərə bilər. Universitetlərin fəaliyyəti üçün sabit maliyyə dəstəyi olduqca vacibdir. Əgər təhsil haqları ləğv olunarsa, onların əvəzinə digər maliyyə mənbələri mütləq təmin edilməlidir. Bu mənbələr dövlət büdcəsindən ayrılan sabit və yetərli maliyyə vəsaitləri, eləcə də özəl sektorla əməkdaşlıq, elmi layihələr və innovasiya təşəbbüslərindən əldə olunan gəlirlər ola bilər.

Nazirlik və dövlət səviyyəsində düzgün planlaşdırma olsa belə, universitetlərin maliyyələşməsi üçün yalnız beynəlxalq fondlara və qrantlara güvənmək kifayət etmir. Çünki xaricdən alınan maliyyə dəstəyi hər zaman sabit və davamlı olmur. Əgər bu vəsaitlər təmin olunmazsa, təhsil infrastrukturu zərər görə bilər. Məsələn, laboratoriyalar, kitabxanalar, yeməkxanalar köhnəlir və vaxtında yenilənə bilmir. Professorların və digər akademik heyətin maaşları azalır, nəticədə motivasiya aşağı düşür. Elmi tədqiqatlar zəifləyir, çünki bu sahə maliyyə baxımından ən çox zərbə alanlardan biri olur.

Ümumiyyətlə, "pulsuz təhsil" ideyası cəlbedici səslənsə də, bu yanaşma hər zaman effektiv nəticə vermir. Pulsuz təhsil varlı və imkansız şəxslər üçün eyni şəkildə tətbiq olunarsa, bu zaman sistem regresiv (ədalətsiz) ola bilər. Yəni, ehtiyacı olmayanlar da dövlətin dəstəyindən yararlanır, bu isə resursların qeyri-effektiv bölüşdürülməsinə gətirib çıxarır. Daha ədalətli model kimi gəlirə əsaslanan təhsil haqqı sistemindən istifadə oluna bilər. Bu sistemdə tələbə universiteti bitirdikdən və işə girdikdən sonra maaşına uyğun şəkildə təhsil haqqını tədricən ödəyir. Məsələn, Avstraliyada bu model uğurla tətbiq olunur. Belə yanaşma həm təhsil alanların yükünü azaldır, həm də universitetlərin maliyyə davamlılığını təmin edir.

Skandinaviya ölkələri və Almaniya kimi bəzi inkişaf etmiş dövlətlərdə pulsuz ali təhsil modeli uğurla tətbiq olunur. Bunun əsas səbəblərindən biri bu ölkələrin güclü iqtisadi baza və sabit vergi sisteminə malik olmalarıdır. Dövlət büdcəsi təhsili uzunmüddətli və keyfiyyətli şəkildə maliyyələşdirməyə imkan verir. Eyni zamanda, bu ölkələrdə dövlət və cəmiyyət arasında qarşılıqlı güvən mövcuddur, vergi ödəyiciləri təhsilə ayrılan vəsaitin effektiv istifadə olunduğuna inanırlar. Lakin zəif iqtisadiyyata malik və ya qeyri-sabit maliyyə sistemləri olan ölkələrdə bu modelin tətbiqi bir sıra problemlərə yol aça bilər. Pulsuz ali təhsil belə ölkələrdə təhsilin keyfiyyətindən və davamlılığından güzəştə getmək bahasına başa gələ bilər. Maddi çatışmazlıq səbəbindən infrastruktur yenilənməz, elmi tədqiqatlar zəifləyər, akademik heyətin motivasiyası azalar və nəticədə ümumi təhsil səviyyəsi aşağı düşər. Bu səbəbdən də hər ölkə öz sosial-iqtisadi imkanlarını və təhsil strategiyasını nəzərə alaraq fərqli maliyyələşmə modelləri tətbiq etməlidir. Tək bir sistem hər ölkəyə uyğun olmaya bilər".

"Sonda deyə bilərəm ki, pulsuz ali təhsil sosial ədalət və bərabərlik üçün güclü vasitə ola bilər. Amma bu, yaxşı planlaşdırılmalı, maliyyələşdirilməli və nəticəyə fokuslanmalıdır. Əks halda, “pulsuz” olsa belə, onun dəyəri az ola bilər. Azərbaycanda isə müəyyən sosial qruplar üçün artıq təhsil haqlarından azadolma tətbiq olunur:

- Məcburi köçkünlər
- Şəhid ailələrinin üzvləri (23 yaşına qədər)
- Valideynlərini itirmiş və ya himayəsindən məhrum olmuş uşaqlar
- Əlilliyi olan şəxslər və onların uşaqları
- İtkin düşmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilən şəxslərin övladları
- Sağlamlıq imkanları məhdud uşaqlar (18 yaşına qədər)
- Peşə təhsili alan bəzi həssas qruplar

Bu, dövlətin sosial ədaləti qorumaq üçün atdığı mühüm addımlardır" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyun 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri