Icma.az
close
up
RU
Pulsuz Wi Fi dən belə istifadə edin, yoxsa... XƏBƏRDARLIQ

Pulsuz Wi Fi dən belə istifadə edin, yoxsa... XƏBƏRDARLIQ

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Restoran və digər ictimai yerlərdə açıq Wi-Fi şəbəkələrindən istifadə rahat görünsə də, müəyyən kibertəhlükəsizlik riskləri daşıya bilər. Əsas sual isə ondan ibarətdir ki, bu şəbəkələr vasitəsilə şəxsi məlumatların ələ keçirilməsi və ya kiberdələduzluq halları nə dərəcədə mümkündür. Bu risklər düzgün qorunma tədbirləri olmadan istifadə zamanı daha da arta bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov bildirib ki, risk həmişə var, amma bu o demək deyil ki, restoran Wi-Fi-ı hər zaman təhlükəlidir. 
"Müasir internetdə bir çox sayt və tətbiq şifrələmə istifadə etdiyi üçün sadə istifadə zamanı risk əvvəlki illərlə müqayisədə azalıb. Lakin saxta Wi-Fi şəbəkələri, trafikin izlənməsi, oğurlanmış giriş məlumatları və “man-in-the-middle” tipli hücumlar hələ də real təhlükə olaraq qalır. Ən əsas riskləri ümumiləşdirsək, bunlara bəzi hallar aiddir. İstifadəçi yanlışlıqla restoran əvəzinə saxta hotspot-a qoşula bilər. Zəif qorunan və ya şifrələnməyən bağlantıda məlumat axını izlənilə bilər, giriş məlumatları, xüsusilə həssas hesablar risk altına düşə bilər və açıq şəbəkələrdə cihazların digər kiber hücumlara məruz qalma ehtimalı artır".
Ekspert bildirib ki, bu kimi risklər xüsusilə bank hesablarına giriş, kart məlumatlarının daxil edilməsi, iş e-poçtları və korporativ sistemlərə giriş, eləcə də vacib sənədlərin göndərilməsi zamanı daha ciddi xarakter alır.
"CISA mobil şəbəkələrin ümumiyyətlə ictimai Wi-Fi-dan daha təhlükəsiz olduğunu vurğulayır. NCSC isə ictimai Wi-Fi-dan yalnız sadə baxış üçün istifadə etməyi, həssas girişlər zamanı isə VPN tətbiq etməyi tövsiyə edir. Əslində isə sadə təhlükəsizlik qaydalarına əməl etməklə riskləri minimuma endirmək mümkündür. Mümkün olduqda mobil internetdən istifadə etmək, yalnız düzgün şəbəkə adını işçi və ya personaldan dəqiqləşdirmək, yalnız HTTPS saytlarına daxil olmaq, həssas əməliyyatlar üçün VPN istifadə etmək, iki faktorlu autentifikasiyanı aktiv saxlamaq, avtomatik qoşulma, fayl paylaşımı və oxşar funksiyaları söndürmək, cihaz və tətbiqləri mütəmadi yeniləmək bunlara aiddir. Bu qaydalara əməl edildikdə ictimai Wi-Fi istifadəsi ciddi problem yaratmır".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri