Pulu taksi sürücüsü ilə göndərəcəm deyərək dələduzluq etdi
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonunda onlayn alış-veriş zamanı vətəndaşlardan birinin pulu dələduzluq yolu ilə ələ keçirilib.
"Unikal"ın məlumatına görə, müştərilərdən biri zərərçəkənə zəng edərək 1060 manat dəyərində məhsul sifariş verərək onların taksi vasitəsilə göndərilməsini xahiş edib.
O, ödənişi sürücü vasitəsi ilə geri göndərəcəyini bildirib. Lakin məhsul qəbul edildikdən sonra ödəniş olunmayıb və həmin şəxs mobil nömrəsini deaktiv edərək zərərçəkənlə əlaqəni kəsib. Vətəndaş etibarından sui-istifadə olunmaqla maddi vəsaitinin ələ keçirildiyini anlayandan sonra isə bu barədə polisə müraciət edib.
Polis əməkdaşları tərəfindən qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 31 yaşlı V.Qiyasov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 Dekabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















