Icma.az
close
up
RU
Pulunu ver, balını artırım

Pulunu ver, balını artırım

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial şəbəkələrdə bəzi səhifələr var ki, izləyiciləri aldatmaqla məşğuldur.

Bu cür səhifələrdən biri "TikTok" platformasında fəaliyyət göstərərək, abituriyentləri və onların valideynlərini hədəfə alıb.

Həmin səhifə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi loqo və adından istifadə edərək, "pulunu ver, balını artırım" çağırışı ilə paylaşımlar edir və müəyyən məbləğ qarşılığında DİM tərəfindən keçirilən imtahan ballarını artıra biləcəyini vəd edir.

Təəssüf ki, səhifənin rəy bölməsində yüzlərlə insanın bu saxta vədlərə inandığı və aldandığı açıq-aydın görünür.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu cür hallarla rastlaşan həm abituriyentlər, həm də valideynlər diqqətli olmalıdırlar.

"Əlbəttə ki, DİM-in informasiya məlumat bazalarına kiminsə daxil olması, kiminsə orada nəyisə dəyişməsi və ya nəyəsə müdaxilə etməsi mümkün deyil.

Burada ən əsas məsələlərdən biri maarifləndirmədir. DİM olaraq, abituriyentlərə və onların valideynlərinə tez-tez müraciət edirik ki, sosial şəbəkələrdə rəsmi olmayan bu cür səhifələrlə rastlaşanda çox diqqətli olsunlar. Çünki o səhifələri işlədənlər qurumun adından, loqosundan və ya abreviaturundan istifadə edərək insanları aldatmaqla məşğuldurlar.

Sosial şəbəkə açıq məkan olduğu üçün burada, ilk növbədə, hər kəsin diqqətli olması tələb olunur. Məsələn, baxırsan ki, kimlərsə hansısa səhifəni qısa müddətdə yaradırlar, bir həftə, on gün fəaliyyət göstərirlər, izləyici toplayırlar, sonra ya adını dəyişirlər və ya bağlayırlar.

Bu cür hallarla rastlaşdıqda biz həmin səhifələri mütləq şəkildə şikayət edirik. Bundan əlavə, bu cür səhifələrin linklərini hüquq-mühafizə orqanlarına göndəririk. Çünki burada vətəndaşların aldadılması faktı olur. Həmin fakt əsasında əməli törədənlərə hətta cinayət işi açıla bilər.

Biz daim elan edirik ki, əgər kimsə bu cür səhifələrin qurbanı olubsa, mütləq şəkildə DİM-ə müraciət etsin, biz faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaq, ya da özləri birbaşa aldadılmaları ilə bağlı hüquq-mühafizə orqanlarına, DİN-ə məlumat versinlər.

Bir daha valideynlərə müraciət edərək bildiririk ki, bu cür məsələlərdə son dərəcə diqqətli olsunlar və övladlarına nəzarəti əldən verməsinlər", - deyə X.Xanlarzadə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see166

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see130

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see128

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see121

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see121

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see120

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see119

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see118

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see117

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see117

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see117

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see117

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see117

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see116

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see115

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see114

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see113

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see113

Məşhur aktyor saqqalını kəsdi: sosial mediada gündəm oldu FOTO

30 İyun 2025 18:42see112

Mahir vurdu, komandası qələbə qazandı

29 İyun 2025 19:42see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri