Püşkatmada “Qarabağ”ın adı çıxanda çox həyəcanlandıq...
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” kimi komandaya qarşı oynayacağımız üçün çox həyəcanlıyıq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İslandiyanın “Vestri” klubunun baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, heyətdəki dəyişikliklərin Ağdam təmsilçisinin oyununa ciddi təsir edəcəyini düşünmür: “Qarabağ”da oyunçular dəyişsə də, baş məşqçi eynidir. Komandanın yoldaşlıq oyunlarını izləmişəm. Onlar əvvəlki kimi eyni fəlsəfə ilə çıxış edirlər. Ötən mövsüm Çempionlar Liqasındakı oyunlarına da baxmışam. Püşkatma zamanı futbolçularımız çox həyəcanlandılar və belə güclü rəqibə qarşı oynayacaqları üçün sevindilər”.
Onun sözlərinə görə, “Qarabağ” hücumameyilli futbol nümayiş etdirən komandadır və rəqibi əks-hücumlarda yaxalamağı bacarır.
Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”–“Vestri” oyunu saat 20:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 08 İyul 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















