Icma.az
close
up
RU
Putin 3 paytaxta mesaj göndərdi, şəxsən elan etdi İki lideri inandırmağa çalışır

Putin 3 paytaxta mesaj göndərdi, şəxsən elan etdi İki lideri inandırmağa çalışır

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinin dekabrın 4-də Hindistana başlayan səfəri beynəlxalq siyasi aləmin diqqət mərkəzindədir. Bu səfər yalnız Rusiya–Hindistan münasibətlərini möhkəmləndirmək məqsədini daşımır, həm də qlobal geosiyasi və iqtisadi balans üçün mühüm əhəmiyyət kəsb edir.

Son illərdə Qərb ilə gərginləşmiş əlaqələr və sanksiyalarla üzləşən Rusiya üçün Hindistan strateji tərəfdaş kimi önəmli rol oynayır. Eyni zamanda, Dehli üçün də bu səfər ölkənin xarici siyasətində balanslaşdırılmış mövqeyini qorumaq, enerji və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək baxımından əhəmiyyətlidir.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Kreml lideri xarici səfərlərə ara vermişdi:

“Ancaq son zamanlar Rusiya prezidentinin səfərlərinin sayı artıb. O, Çin və Mərkəzi Asiya ölkələrinə səfər etdikdən sonra Hindistana gedib.

Vladimir Putin Hindistana iki günlük səfəri zamanı Dehli ilə əsasən hərbi-texniki və enerji əməkdaşlığın konturlarını müəyyənləşdirməyə çalışacaq. Putinin buna nail olması asan deyil. Çünki Vaşinqton Dehliyə təzyiqi artırıb. Məqsəd Hindistanın Rusiyadan hərbi texnika və neft alışını minimuma endirməkdir. Hindistanın Baş naziri Narendra Modi Rusiya ilə ABŞ arasında balansı qorumaq məcburiyyətindədir. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Dehli, buna baxmayaraq vasətiçilik təşəbbüsləri ilə çıxış etməyə üstünlük vermir. Çünki Hindistan Putinin onsuz da bu təşəbbüsləri qəbul etməyəcəyini anlayır.

Putin Modini Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə inandırmağa çalışacaq. Hindistan son günlərə qədər Rusiyadan ucuz neft alırdı. Ancaq ABŞ-ın Rusiyanın neft şirkətlərinə qarşı sanksiyaları sərtləşdikdən sonra Hindistanın neftayırma zavodları keçmiş illərdə olduğu kimi ərəb ölkələrinə üz tutdular”.


Elxan Şahinoğlu

Politoloq bildirib ki, Hindistan neft alışı məsələsində ehtiyatlı mövqe tutsa da, Dehli Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıqdan imtina etmək istəmir:

“Dehli ilə Moskva arasında 2018-ci ildə imzalanan sazişə görə, Rusiya Hindistanı S-400 raketləri ilə təhciz etməlidir. Bu komplekslərdən üçü Hindistana verilib. Rusiya bundan başqa Hindistana Su-57 döyüş təyyarələrini almağı təklif edib. Moskva Dehli ilə nüvə enerjisi sahəsində də əməkdaşlığı genişləndirmək istəyir.

Vladimir Putin səfərdən əvvəl “India Today” nəşrinə verdiyi müsahibədə “Rusiya-Hindistan əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib” fikirini vurğulayıb. Görünür, Kreml sahibi bununla Vaşinqtona, Pekinə və İslamabada mesaj göndərib. Çünki, məhz bu 3 paytaxtda Putinin Dehlidə əldə edəcəyi razılaşmalar diqqətlə analiz olunacaq. Putin Vaşinqtonun Rusiyanın Hindistanla enerji əməkdaşlığına mane olmasına özünəməxsus şəkildə cavab verib: “ABŞ-ın özü atom elektrik stansiyaları üçün Rusiyadan nüvə yanacağı alır”.

Kreml lideri bununla demək istəyib ki, ABŞ Rusiyadan nüvə yanacağı aldığı halda başqa dövlətlərə bunu qadağan etmək istəyir. Putinin bu açıqlamasının ABŞ Prezidenti Donald Tramp üçün əhəmiyyəti yoxdur. Çünki, Ağ Ev sahibinin əsas şüarı “birinci növbədə Amerikadır”. Buna görə də, Dehli Rusiya və ABŞ-la münasibətlərdə balansı birinin xeyrinə pozmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri