Icma.az
close
up
RU
Putin atəşkəsdən əvvəl ABŞ la daha geniş sövdələşmə əldə etmək istəyir…

Putin atəşkəsdən əvvəl ABŞ la daha geniş sövdələşmə əldə etmək istəyir…

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

…lakin tez razılaşmaları sevən Tramp sonradan məyus ola bilər..?

...Moskva Trampın Ukraynada atəşkəslə bağlı israrını iqtisadi və geosiyasi fürsət kimi görür və amma, lakin hərbi məqsədləri də dəyişməz olaraq qalır..?

SİA-nın məlumatına görə, “The New York Times” yazır ki, Rusiya Ukraynada sülh razılaşması olmadan da ABŞ-dan əhəmiyyətli faydalar əldə edə bilər.

ABŞ prezidenti Donald Tramp deyir ki, onun əsas məqsədi “Ukraynada ölüm yürüşünü mümkün qədər tez dayandırmaqdır”.

Lakin Vladimir Putin üçün Trampla atəşkəs danışıqları daha böyük planın bir hissəsidir...

...Məlum olduğu kimi, Rusiya və Amerika rəsmiləri Qara dənizdə enerji obyektlərinə hücumların və gəmiçiliyin dayandırılmasını da əhatə edən qismən atəşkəsin texniki detallarını müzakirə etmək üçün Səudiyyə Ərəbistanında görüşdülər.

...Qeyd edilməlidir ki, Ukrayna tam atəşkəsə hazır olduğunu bildirsə də, Kreml hər hansı ciddi addım atmazdan əvvəl ciddi güzəştlərə can atır.

Görünür, Kreml Trampın danışıqları uzatmaqla maksimum fayda əldə etmək üçün razılığa gəlmək istəyindən istifadə edir.

Moskvanın nöqteyi-nəzərindən Vaşinqtonla münasibətlərin yaxşılaşdırılması nəinki iqtisadi fayda gətirir, hətta Ukraynada döyüşlər davam etdiyi bir vaxtda belə, ölkənin geosiyasi mövqeyini gücləndirir.

...Yeni Dehlidə keçirilən təhlükəsizlik konfransında yüksək rütbəli Rusiya rəsmilərinin şərhləri Kremlin Ukrayna danışıqlarına və ABŞ-la münasibətlərinə iki ayrı proses kimi baxdığını göstərir.

Putin Ukraynada strateji məqsədlərə çatmağa davam edir, lakin eyni zamanda Vaşinqtonla əlaqələrin normallaşdırılması üçün Trampın təşəbbüslərindən istifadə etməkdə maraqlıdır.

...Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Vyaçeslav Nikonov qeyd edib ki, Tramp və Putin “Ukrayna ilə əlaqəsi olmayan” “ikitərəfli gündəm” formalaşdırırlar.

...Ukrayna öz yolu ilə gedir. Hücum davam edir. Amma düşünürəm ki, Putin üçün Amerika ilə münasibətlər konkret Ukrayna məsələsindən daha vacibdir.

Bunu Nikonov bildirib.

...Moskva Trampla əməkdaşlıqdan iqtisadi faydalar, o cümlədən Boeing təyyarələri üçün ehtiyat hissələri əldə etməyi, həmçinin NATO-nun Avropada azaldılması kimi daha geniş geosiyasi qazanclar əldə etməyi gözləyir.

Eyni zamanda, Trampın bu gözləntilərdən Ukrayna üçün daha yaxşı sövdələşməni müzakirə etmək üçün rıçaq kimi istifadə edəcəyi, yoxsa Putinə qarşı səbrini itirəcəyi də qaranlıq olaraq qalır.

...Tramp sürətli sövdələşmələri sevir. Əgər o, böyük çətinliklərin olduğunu görsə, məyus ola və məsələdən əl çəkə bilər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin müşaviri, beynəlxalq əlaqələr üzrə ekspert Aleksandr Dınkin bildirib.

Putin Trampın maraqlarını saxlamaq üçün səy göstərir. Bu ay Moskvada Ağ Evin sözçüsü Steve Vitkoff ilə görüşü zamanı Putin ona rusiyalı rəssamın “Prezident Trampın gözəl portretini” hədiyyə edib.

...Və maraqlıdır ki, Vitkoff Taker Karlsona “Bu, çox gözəl an idi” deyib.

...Ukrayna məsələsində Putin əsas tələblərdən geri çəkilməyə hazır olmadığını göstərir: Ukraynanın NATO-ya qoşulmayacağına zəmanət, Şərqi Avropada Qərb ittifaqının zəifləməsi, Ukraynanın hərbi imkanlarının məhdudlaşdırılması və ölkənin daxili siyasətinə təsir imkanlarının saxlanılması.

...Moskvadakı Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Fyodor Voitolovski hesab edir ki, Rusiya atəşkəsdən əvvəl daha iddialı razılaşma üçün “yol xəritəsi” axtaracaq.

O, həmçinin bildirib ki, Rusiya Ukraynada BMT-nin sülhməramlı qüvvələrinin tərkibinə NATO ölkələrinin hərbçiləri daxil olmasa, razılaşa bilər.

...Rusiya danışıqlarda Trampın işgüzar yanaşmasından istifadə edir.

Voitolovski qeyd edir ki, Ukrayna üzrə geniş razılaşma ABŞ və Rusiya arasında əməkdaşlıq üçün zəruri ilkin şərtdir. Onun fikrincə, Tramp bir iş adamı kimi anlayır ki, hazırda Rusiya aktivləri lazımi səviyyədə qiymətləndirilmir.

...Dinkin hesab edir ki, Kreml ABŞ-ı “dost olmayan ölkələr” siyahısından çıxara bilər və bu, Rusiyada Amerika biznesi üçün əlverişli şərait yaradar. Bu, xüsusilə Rusiya aviaşirkətlərinin Amerika təyyarələrinə xidmət göstərməsində problemlərlə üzləşdiyi aviasiya sektoruna aiddir.

O qeyd edir ki, ABŞ təyyarə hissələrinin ixracına icazə və Moskvaya birbaşa uçuşların bərpasına, Rusiya isə 2022-ci ildə ləğv edilmiş Sibir üzərindən ABŞ aviaşirkətlərinə tranzit hüququ verə bilər.

...Moskva Ali İqtisadiyyat Məktəbinin beynəlxalq münasibətlər fakültəsinin dekanı Anastasiya Lixaçeva hesab edir ki, Trampın sanksiyaları tez bir zamanda yumşaldacağı ehtimalı azdır. Bununla belə, o, təklif edir ki, münasibətlərin normallaşdırılması onların tətbiqinə daha rahat yanaşmaya gətirib çıxara bilər ki, bu da Rusiya şirkətlərinin bütün dünyada fəaliyyətini asanlaşdırır.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Mart 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see342

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see317

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see292

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see282

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see249

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see241

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see231

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see225

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see223

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see222

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see212

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see207

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see207

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see207

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see205

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see201

Səhər oyananda bunu edənlər gün ərzində daha enerjili olur

30 Avqust 2026 12:26see191

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see191

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see175

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri