Tramp: Putin Zelenskidən daha çox razılaşma əldə etmək istəyir
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında əldə olunan enerji atəşkəsi razılaşmasının hər iki tərəf tərəfindən pozulduğunu iddia edib. Bununla belə, o, razılaşmanın qüvvədə qaldığını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Rusiya-Ukrayna müharibəsindəki mövcud vəziyyəti şərh edərkən Rusiya Prezidenti Vladimir Putinin razılaşmaq istədiyini düşündüyünü deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskini də razılaşmağa təşviq etməyin vacibliyini vurğulayıb.
ABŞ prezidenti seçki kampaniyası çərçivəsində Ohayo ştatına yola düşməzdən əvvəl Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırıb.
Moskva ilə Kiyev arasında enerji atəşkəsi razılaşmasının hələ də qüvvədə olub-olmadığı barədə suala Tramp belə cavab verib: “Bəli, onlar bunu qəbul etdilər. Bilirsən niyə? Çünki mən dedim ki, onlar bunu qəbul etdilər. Buna görə də onlar bunu qəbul etdilər; çünki mən dedim ki, onlar bunu qəbul etdilər. İndi bu məsələ həll olunmalıdır. Bu müharibə tam bir fəlakətdir.”
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 13 Oktyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















