Putin Çin lideri ilə İsrail İran müharibəsini müzakirə etdi
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə telefonda danışıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, söhbət mehriban və konstruktiv keçib.
"Putin və Cinpinlə Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər. Rusiya və Çin İsrailin beynəlxalq hüququ və BMT Nizamnaməsini pozan hərəkətlərini kəskin şəkildə pisləyiblər. Pekin və Moskva vəziyyətin güc yolu ilə həllinin mümkün olmadığını hesab edir. Putin və Cinpin yaxın günlərdə təmasların və fikir mübadiləsinin aparılması üçün iki ölkənin qurum və xidmətlərinə tapşırıqlar verəcəkləri barədə razılığa gəliblər", - Kreml rəsmisi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 19 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















