Putin də Qırğızıstana getdi bir sıra liderlərlə görüşəcək
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana işgüzar səfərə gəlib.
Modern.az xəbər verir ki, Rusiya liderini Manas Beynəlxalq Hava Limanında Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev qarşılayıb.
Vladimir Putin səfər çərçivəsində VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.
Rusiya Prezidenti sentyabrın 1-də isə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasına, həmçinin “ŞƏT Plus” formatında keçiriləcək yüksək səviyyəli görüşə qatılacaq.
Sammit çərçivəsində Putinin Qırğızıstan, Çin, İran, Monqolustan, Tacikistan və Türkiyə liderləri, həmçinin Ermənistan və Hindistanın baş nazirləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Bundan əlavə, sammit zamanı 2028-ci ildə Kazanda keçirilməsi planlaşdırılan növbəti Dünya Köçəri Oyunlarının elan olunacağı gözlənilir.
Qeyd edək ki, 2027-2028-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Rusiyaya keçəcək.
Baxış sayı:130
Bu xəbər 31 Avqust 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















