Icma.az
close
up
RU
Putin Əliyevlə görüşdən niyə yayındı? ŞƏRH

Putin Əliyevlə görüşdən niyə yayındı? ŞƏRH

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Diplomatiyada iki ölkə liderinin görüşməsi ciddi siyasi mesaj və siqnal sayıldığı kimi, onların görüşməməsi də eyni dərəcədə ciddi siyasi-diplomatik siqnaldır.

Söhbət son dövrlərdə münasibətləri gərginləşən Azərbaycan və Rusiya liderlərindən gedir.

2025-ci il 31 avqust – 1 sentyabr tarixlərində Çin Xalq Respublikasının Tianjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci sammiti keçirilib. Bu, təşkilatın tarixində ən genişmiqyaslı sammit hesab olunur.

Bakı-Moskva münasibətləri kontekstində  bütün diqqət İlham Əliyev və Vladimir Putinin görüşüb-görüşməyəcəyinə yönəlmişdi. Görüşün baş tutub-tutmaması barədə siyasətçilər, politoloqlar və siyasi ekspertlər arasında yekdil fikir olmasa da, onun reallaşmayacağı ehtimalı yüksək idi. Bunun əsas səbəbi isə iki ölkə arasındakı münasibətlərin gərginləşməsidir.

Qeyd etmək lazımdır ki, yaranan gərginlik bir günün hadisəsi deyil, uzunmüddətli proseslərin nəticəsidir.

Bu prosesin mərkəzində Rusiyanın regiondakı zəifləməsi dayanır.

Bu zəifləmə Ukrayna müharibəsindən iki il əvvəl, 44 günlük Qarabağ müharibəsi ilə başladı. Uzun illər ərzində Rusiya Cənubi Qafqazda geosiyasi mövcudluğunu dondurulmuş Qarabağ münaqişəsi vasitəsilə təmin edirdi və bu münaqişənin “qidalandırılması” ilə həm Azərbaycan, həm də Ermənistana təsir gücünü qoruyurdu.

27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibə Rusiya üçün geosiyasi baxımdan ağrılı prosesin başlanğıcı oldu. Müharibə başa çatdıqdan sonra Rusiya yeni reallıqları qəbul etdi və mövcudluğunu iki əsas formada təmin etməyə çalışdı:

– Azərbaycanın ərazisində yerləşdirilən sülhməramlı kontingent vasitəsilə Dağlıq Qarabağa bilavasitə nəzarət.

– Azərbaycan və Ermənistan arasında açılacaq gələcək kommunikasiya yollarına nəzarətin təmin edilməsi, xüsusilə 10 noyabr razılaşmasında Zəngəzur dəhlizinin Rusiyanın FSB-si tərəfindən nəzarət altına alınmasının planlaşdırılması.

Rusiya bir an da olsa Qarabağdan çıxmaq fikrində deyildi.

Putinin sözləri bunu təsdiqləyir: “Dağlıq Qarabağın status məsələsi gələcək nəsillərin işidir.”

Başqa sözlə, Rusiya 44 günlük müharibənin geosiyasi fəsadlarını minimuma endirməyə çalışdı və Azərbaycan artıq öz ərazisində ermənilərlə yox, ruslarla üz-üzə qaldı.

Sonrakı hadisələr Rusiyanın Ukraynadakı işğalçı müharibəsi ilə daha da mürəkkəbləşdi. “3 günə Kiyev” planı uğursuz oldu və Ukrayna müharibəsi Rusiyanın geosiyasi baxımdan fəlakətinə çevrildi. Bu, Azərbaycan üçün tarixi “pəncərə” açdı: Qarabağda 24 saatlıq anti-terror əməliyyatı keçirildi, Xankəndi Azərbaycan yurisdiksiyasına qaytarıldı və Rusiya sülhməramlı kontingenti bölgədən çıxmağa məcbur edildi.

Rusiyanın mövcudluğu azalanda, regiondakı təsir imkanları kəskin şəkildə məhdudlaşdı. Nəticədə Azərbaycan və Ermənistan arasında sülh quruculuğunda Rusiyanın rolu xeyli azaldı, bu isə Əliyev və Paşinyanın ABŞ-da Trampla görüşərək sülh mesajları verməsinə imkan yaratdı.

Hazırda Rusiya Ukraynadakı müharibədən çıxa bilmədiyi üçün aqressivləşir və qonşularına təhdid mesajları göndərir. Lakin bu təhdidlərin təsiri məhduddur. Azərbaycan Rusiya ilə bərabərhüquqlu iqtisadi əməkdaşlığa hazırdır, amma Rusiyanın imperiya yaddaşı post-sovet məkanda “bərabərhüquqlu” münasibətləri qəbul etmir; onlar post-sovet ölkələrini “patron-vassal” münasibətləri çərçivəsində görürlər. Bu, Azərbaycan və Rusiya arasında gərginliyin əsas səbəbidir və məhz bunu nəzərə alaraq bir neçə gün qabaq artıq demık olar idi ki, Əliyev Putinlə Çində görüşməyəcək.

Bütün bu kontekstdə bir neçə gün əvvəl baş verən təyyarə hadisəsini də xatırlamaq vacibdir. Məlumata görə, xaricdən müdaxilə nəticəsində Ursula fon der Lyayenin təyyarəsinin GPS sistemi sıradan çıxmışdı və pilotlar kağız xəritələrdən istifadə edərək təyyarəni endirməyə məcbur olmuşdu. Aparılan araşdırmalar Rusiyanı bu hadisənin əsas şübhəlisi kimi göstərir. Bu cür hərbi-diplomatik təzyiq Rusiyanın Polşa ilə əlaqəli tarixi təcrübəsini xatırladır (məsələn, mərhum prezident Lex Kaçinskinin qətli).

Azərbaycan-Rusiya münasibətlərində gərginliyin pik nöqtəsi də elə mülki təyyarəmizin vurulması ilə üst-üstə düşdü və əgər bu hadisədən qabaq Azərbaycan Rusiyadan “diplomatik səssizliklə” uzaqlaşırdısa, bundan sonra Rusiya ilə ciddi siyasi-diplomatik konfrantasiya başladı. Ursula fon der Lyayenin təyyarəsi ilə baş verənlər isə Azərbaycan üçün kritik sual doğurur.

Kamran Cəfərov

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Sentyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri