Icma.az
close
up
RU
Uğura aparan bəzi vərdişlər tükənmişliyə səbəb olur

Uğura aparan bəzi vərdişlər tükənmişliyə səbəb olur

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yüksək nəticə əldə etməyə çalışan insanların bir çoxu məhsuldarlığı artıran hesab etdikləri bəzi vərdişlərin əslində onları tükənmişliyə (burnout) sürüklədiyini fərq etmir.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, mütəxəssislər və təşkilat rəhbərlərinin fikirlərinə əsaslanan araşdırmada bu riskə səbəb olan əsas davranışlar müəyyənləşdirilib.

Mütəxəssislərin fikrincə, ən geniş yayılmış problemlərdən biri hər fürsətə “hə” deməkdir. Karyera yüksəlişi və uğur naminə əlavə layihələrə, görüşlərə və öhdəliklərə razılıq vermək qısa müddətdə faydalı görünsə də, zamanla insanın enerjisini və diqqətini parçalayır.

Araşdırmada işkoliklik də əsas risk faktorlarından biri kimi göstərilir. Davamlı işləmək, istirahətə vaxt ayırmamaq və hər zaman əlçatan olmaq bir çox yüksək nəticə göstərən əməkdaş tərəfindən fədakarlıq kimi qiymətləndirilsə də, bu davranış uzunmüddətli dövrdə fiziki və psixoloji yorğunluğa gətirib çıxarır.

Ekspertlər həmçinin hər dəqiqəni planlaşdırmağın və gün ərzində fasilələrə yer verməməyin məhsuldarlığı artırmadığını bildirirlər. Onların sözlərinə görə, insan beyninin bərpa olunması üçün boş vaxt və düşünmə imkanına ehtiyacı var.

Digər təhlükəli vərdişlər arasında mükəmməlliyyətçilik, eyni vaxtda bir neçə iş görməyə çalışmaq, hər məsələyə dərhal reaksiya vermək, daim gələcək problemləri düşünmək və qərar vermək üçün həddindən artıq məlumat toplamaq yer alır.

Araşdırmaya görə, yüksək nailiyyət əldə edən şəxslər çox vaxt öz dəyərlərini məhsuldarlıq və sürətli reaksiya ilə ölçürlər. Bu isə onların şəxsi həyat, istirahət və sağlamlıq ehtiyaclarını ikinci plana keçirməsinə səbəb olur.

Mütəxəssislər hesab edirlər ki, uzunmüddətli uğur daha çox işləməkdən deyil, enerji və resursları düzgün idarə etməkdən keçir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyun 2026 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri