Icma.az
close
up
RU
Putin Ermənistanda “peşka”larını qurban verir

Putin Ermənistanda “peşka”larını qurban verir

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda 1 il sonra keçiriləcək, ölkənin gələcəyini müəyyən edəcək parlament seçkilərinə hazırlıq tam sürətlə gedir. Paşinyan “dövlət çevrilişinə cəhd” haqqında sənədlər, məlumatlar paylaşdı, bundan sonra həbslər artdı, Rusiyaya bağlı olduqları bilinən bir çox şəxs saxlanıldı, cinayət işləri açıldı. Bu gün keşiş Qapon, yəni Baqrat da həbs edildi, bundan başqa yüksək rütbəli hərbçilər, varlı biznesmenlər, hətta bəzi deputatlarla da bağlı istintaq gedir, saxlanılırlar, axtarışlar aparılır.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

Ekspert bildirib ki, bütün bunları Paşinyanın antirusiya addımları kimi qələmə verənlər var:

“Mən bunun tam əksini düşünürəm. Tam tərsi, Paşinyan və komandasının Moskva ilə ciddi heç bir problemi yoxdur, son zamanlar isə münasibətlər daha da istiləşib.

Ümumiyyətlə, İrəvan 2022-dən bəri Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ən vacib 3-5 ölkədən biridir. Ermənistan iqtisadiyyatının 70%-nə Rusiya nəzarət edir, Rusiya hərbi bazaları ilə bağlı heç bir addım atılmayıb, əksinə, onların statusu bir daha təsdiq edilib.

Fikrimcə, Paşinyan Moskva ilə növbəti dəfə anlaşandan, bəzi kiçik problemləri həll etdikdən sonra elə həmin Kremlin razılığı ilə daxili siyasətdə “təmizləmə” işləri aparır ki, 2026-cı il seçkilərində maneələr qalmasın. Kreml həmişə etdiyini edir – öz adamlarını istifadə edir, istədiyini alır, sonra qurban verir.

Moskva nəinki insanlarla, ölkələrlə də belə davranır – son İran misalı buna ən böyük sübutdur. İran mediası Putinə sual verir ki, İrana necə kömək edəcəksiniz, cavab bu oldu ki, ən xoş arzularımızı göndəririk, amma ABŞ-la münasibətlərimizi də korlamaq istəmirik. İran məsələsində ABŞ-la alver etmək üçün ciddi fürsət qazandı və fürsətdən də istifadə etdi.

Ermənistanda da bəzi keşiş, kilsə, biznesmen, siyasətçiləri təzyiq üçün istifadə etdi, istədiyini aldı, indi də onların sıradan çıxarılmasına “yaşıl işıq” yandırdı.

Bir çox insan anlaya bilmir ki, 2018-dən bəri Rusiya bütün gücünü, nüfuzunu, resurslarını istifadə etsəydi, bu 7 ildə Paşinyanı 7 dəfə devirərdi – etmədi, çünki Paşinyan Rusiyaya da sərf edir, guya Moskva ilə “dalaşır”, Qərblə yaxınlaşır, Qərb də Ermənistanı “demokratiya” sayıb, öz maraqlarına uyğun olaraq Moskva ilə İrəvan üzərindən alverini edir. Bundan başqa, Rusiyanın əlində, cibində olan “köhnələr” artıq “işlənmiş materialdır”, onları “diriltmək” cəhdi Rusiyaya sərf etmir – Ukraynada buna cəhd etdilər, Yanukoviçi “diriltdilər”, nəticədə Ukraynanı siyasi və tarixi anlamda itirdilər. Eyni səhvi Ermənistanda etmək istəmirlər – çünki buna heç ehtiyac da yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 İyun 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri