Icma.az
close
up
RU
“Peşka” Ermənistan və KTMT

“Peşka” Ermənistan və KTMT

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Putinin “yolunu azmış uşaq” məntiqi və İrəvanın imici

Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib ki, Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ötən həftə Astanada keçirilmiş sammitində iştirak etməməsi ölkəyə müsbət imic qazandırmır. Ardınca cənab Volfoviçin bildirdikləri məşhur atalar sözünü xatırladır: Xoruz olmayanda, səhər açılmırmı?

Əlbəttə, KTMT Ermənistanın təşkilatda aktiv mövqeyi olmadan da fəaliyyət göstərməkdədir. Ümumən, ölkənin istənilən platformadakı, o cümlədən, bu təşkilatdakı fəallığının hansısa fərqli nəticələr doğura biləcəyini söyləmək mümkünsüzdür. Çünki rəsmi İrəvanın heç bir quruma verə biləcəyi nə isə yoxdur. Almağa gəldikdə isə ermənilər bu məsələdə, sözün həqiqi mənasında, püxtələşiblər.

Bəli, indi Ermənistan özünü Qərbdən nə isə almağa kökləyib. Qərbin tələblərinə gəldikdə, onlar xeyli qətidir. Ən başlıca tələb Rusiya ilə yolları tamamilə ayırmasıdır. Özü də nəyin bahasına olursa-olsun. Belə görünür, vəziyyət Ermənistan üçün ölüm-dirim məsələsi halına gələcək qədər dramatikdir. Hərçənd, Moskvanın İrəvan tərəfindən həyata keçirilən anti-Rusiya və anti-KTMT xəttinə münasibəti bir o qədər sərt deyil. Kremldəkilərin fikrincə, Ermənistan yolunu azmış uşaqdır və hesab edirlər ki, bu uşağın yenidən “ata-baba yurduna qayıtması” mümkündür. Yaxud İrəvan ər evindən küsüb getmiş gəlindir və dönəcək. Bu barədə sonra söz açacağıq.

Hələlik isə deyək ki, Qərbə bel bağlayan Ermənistan KTMT-ni tam boykot yolunu tutub. İrəvanın təmsilçiləri qurumun tədbirlərinə qatılmırlar və mövqelərini kifayət qədər əsaslandırılmış formada ortaya qoyurlar. Onlar bildirirlər ki, təşkilat, guya, Azərbaycanın 2022-ci ilin sentyabrında gerçəkləşdirdiyi işğala siyasi qiymət verməlidir. Erməni iqtidarının bununla bağlı daha bir tələbi budur ki, KTMT Ermənistandakı səhahiyyət dairəsini və təsir zonasını müəyyənləşdirsin. Daha dəqiq desək, qəti qərara gəlsin.

Məsələ ondadır ki, KTMT Ermənistanın Azərbaycanla olan ədavətinə qarışmır və lap əvvəldən belə olub. 2020-ci ildə 44 günlük müharibə başlananda rəsmi İrəvan bir yandan ölkəmizə qarşı “Qarabağın özünümüdafiə ordusunun” döyüşdüyünü bildirsə də, digər tərəfdən Rusiyanın müttəfiqi olduğu Ermənistanı müdafiə etməli olduğunu vurğulayırdı. Lakin bu məntiq heç nəyə yaramadı.

2020-ci ildən sonra da Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatlar törətməyə başladı. Bu təxribatlardan ən azğını 2022-ci ilin sentyabrında reallaşdı ki, ordumuzun əks həmləsi nəticəsində erməni silahlı birləşmələrinin təhlükə nöqtələri nəzarət altına alındı. Rəsmi İrəvan məhz bunu işğal kimi dəyərləndirib Azərbaycanı təcavüzkar qismində qiymətləndirdi. Məsələ KTMT-nin həmin ilin noyabrında İrəvanda keçirilmiş sammitində də qaldırıldı. Lakin KTMT üzvləri duruma İrəvanın istədiyi formada qiymət vermədilər. Məsələn, Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlər dəqiqləşmədiyindən, qurumun səlahiyyət dairəsini müəyyənləşdirmək qeyri-mümkündür. Belarus Prezidenti Aleksandr Lukaşenko isə həmin sammitdə baş nazir Nikol Paşinyanı, az qala, uşaq kimi danladı və ondan KTMT-nin üzvlərini ciddi saymasını tələb etdi. A.Lukaşenko, eyni zamanda, erməni baş nazirə Azərbaycanla səmimi danışıq aparıb yaranmış problemi aradan qaldırmağı məsləhət gördü.

Lakin Ermənistan heç bir nəticə çıxarmadı və həmin vaxtdan ölkənin üzvü olduğu təşkilatla problemləri dərinləşdirdi. Bu problemlər zaman keçdikcə daha kəskin xarakter aldı və Paşinyan 2024-cü ilin əvvəlində ölkəsinin KTMT-dəki fəaliyyətini dondurduğunu açıqladı, habelə qurumdan tamamilə uzaqlaşmaq imkanlarından söz açdı. Təxminən belə: KTMT bizdən üz döndərirsə, biz niyə onunla qalaq?

Əlbəttə, KTMT-nin Ermənistandan üz döndərməsi kimi durum olmayıb, indinin özündə də yoxdur. Hərçənd, onu da yaxşı görmək mümkündür ki, rəsmi İrəvanın tutduğu mövqe təşkilatdakıların əsəblərini tarıma çəkib. Məsələn, Belarus lideri A.Lukaşenko ötən həftə keçirilmiş Astana Sammitində çıxış edərkən, Ermənistan üzərinə fokuslanaraq vurğuladı ki, ölkənin KTMT-nin toplantılarına qatılmaması dünyadakı geosiyasi dəyişikliklərin nəticəsidir. Təbii ki, cənab Lukaşenko İrəvanın Qərbə arxalanaraq, pozuculuq fəaliyyəti gerçəkləşdirdiyini nəzərdə tuturdu.

Astanadakı çıxışına nəzərən ilk baxışdan belə düşünmək olardı ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın anti-Rusiya xəttinin gerçək mahiyyətini diqqətə çatdırmaqdan uzaqdır. O bildirdi ki, İrəvanı KTMT-dən ayrı salan məqam Qarabağdır. Putinin yenidən bölgənin Azərbaycan ərazisi olduğunu dilə gətirməsi heç də o demək deyildi ki, Rusiya lideri Ermənistanın anti-KTMT xəttinin konkret səbəbini heçə sayır. Heçə saymır, sadəcə olaraq, daha böyük mətləbə diqqət yetirir. Kreml rəhbəri, necə deyərlər, ayının min oyununun bir armudun başında olduğunu gözəl dərk edir və Bakı ilə İrəvan arasındakı ziddiyyətlərin əsas motivinə köklənir. Görünür, elə buna görə də erməni iqtidarından kimsə ona cavab vermədi. Yəni, Nikolun komandasından heç kəs bildirmədi ki, “Azərbaycan Ermənistan ərazisini işğal etdiyindən” və KTMT “işğalı” durdurmadığından və ya ona son qoymadığından, Ermənistan qurumla əlaqəsini kəsib. Halbuki, başqa vaxtlar bu məntiq lap tez-tez gündəmə gəlirdi.

Hər bir halda V.Putin, əvvəldə də bildirdiyimiz kimi, yolunu azmış uşağın geri dönəcəyi məntiqindən çıxış edir. O, qurumda təmsil olunmamasına rəğmən, Ermənistanın KTMT müstəvisində çıxarılan qərarları dəstəklədiyini dilə gətirir və bunu da iştirakçılıq qismində dəyərləndirməklə növbəti dəfə şans yaradır. Əlbəttə, mövcud anlamda Lukaşenkonun az əvvəl haqqında söz açdığımız fikirləri daha əhatəlidir. O, geosiyasi reallıqlara diqqət yönəltməklə, əslində, İrəvanın Qərbə güvənib KTMT-yə arxa çevirdiyi məntiqi üzərində dayanır və dolayısı ilə həm də Paşinyan iqtidarının tutduğu mövqenin dözülməzliyindən söz açır. Deməli, Belarus lideri Nikola uşaq kimi yanaşmaq istəmir. Həm də o səbəbdən ki, dünyanın hansı səmtə doğru getdiyini görür. Elə Ermənistanın da.

Buna görə də sonda bir daha Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviçin səsləndirdiyi fikirlərə qayıdaq. Hesab edirik ki, cənab Volfoviç imic məsələsini elə-belədən qabartmır. O, demək istəyir ki, anti-KTMT xətti Ermənistana beynəlxalq miqyasda hansısa dividend qazandırmır. Başqa sözlə desək, İrəvan Qərbin anti-Rusiya cəbhəsində yalnız peşkadır. Peşkanı isə hər gedişdə qurban vermək mümkündür. Həqiqətən, Paşinyan iqtidarının 2020-ci ildən bu yana tutduğu yol ölkəni qurban vermək üçün hazırlıq aparmaqdan başqa bir şey deyil.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:299
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri