Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

“Bəzən “peşka”ları qurban vermək zərurəti yaranır” MÜSAHİBƏ

“Bəzən “peşka”ları qurban vermək zərurəti yaranır” MÜSAHİBƏ

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Minalı ərazilərlə bağlı birgə komissiya, Zəngəzur dəhlizi anlaşması, referendum proqnozu - deputat Azaq Quliyevdən ilginc açıqlamalar
Moderator.az xəbər verir ki, deputat, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit Baş Komitəsinin sədri, Büro üzvü Azay Quliyev Musavat.com-a müsahibə verirb. Həmkarımız onunla gündəmin Azərbaycana aid olan aktual məsələləri ilə bağlı danışıb.
- Azay bəy, Azərbaycanın 4 məhkumu Ermənistana təhvil verməsi geniş müzakirələrə səbəb olub. Sizin də bununla bağlı qısa açıqlamanızı oxuduq. Lakin mövzu gündəmdə olduğuna, həmçinin bu məsələ ilə bağlı sosial şəbəkələrdə fərqli baxışlar və rəylər davam etdiyi üçün yenidən mövzuya qayıtmaq istərdik. Sizcə, bu addımın arxasında hansı məqsədlər durur?


- Məncə, 4 nəfər məhkumun Ermənistana verilməsinin bütün həssas və emosional tərəflərini qəbul etməklə yanaşı, məsələyə daha geniş, qlobal prizmadan baxmaq lazımdır. Bu gün Cənubi Qafqazda baş verən geosiyasi hadisələri şahmat oyununa bənzətsək, görərik ki, Azərbaycan oynanılan şahmat partiyalarının hamısını udub. Ermənistanın hazırkı hökuməti məğlubiyyəti ilə barışıb reallığı qəbul etməyə məcbur olub. Amma barrikadanın digər tərəfində olan Rusiya, İran, Ermənistanın revanşist qüvvələri, erməni kilsəsi və erməni diasporu uğradıqları əzici məğlubiyyətlə barışmaq istəmirlər. Onlar iyunun 7-də, Ermənistandakı parlament seçkilərində oynanılacaq sonuncu “şahmat partiyası”na son şans kimi baxır və bu mübarizəyə ciddi hazırlaşırlar. Azərbaycan və onun sülh müttəfiqləri də bunun fərqindədir və 7 iyunda keçiriləcək sonuncu “şahmat partiyasını” Rusiya, İran və onlarla eyni mövqedə olanlara uduzmaq niyyətində deyil. Biz bu mürəkkəb partiyanı da mütləq udmalıyıq və buna məcburuq. Əks halda, yenidən dizayn etməyə çalışdığımız bölgəmiz, yəni sülh, təhlükəsizlik və inkişaf edən Cənubi Qafqaz planımız ciddi təhlükələrlə üzləşə bilər. Bu günlərədək “Qarabağ probleminin hələ həll olunmadığını” deyən rəsmi dairələrə bağlı rusiyalı ekspertlərin açıqlamaları və Kremlin Ermənistanda öz əlaltılarını hakimiyyətə gətirmə planını tam gücü ilə işə salması, İranın başı nə qədər özünə qarışsa da, TRIPP layihəsinə görə Paşinyan hökumətini hədələməsi bu düşərgənin açıq niyyətindən xəbər verir. Ona görə də Ermənistana tranzit qadağalarının götürülməsi, neft məhsullarının satılması, iki gün öncə TRIPP layihəsinin icrası ilə bağlı 74 faiz nəzarət paketinin ABŞ-da olması şərtilə, ABŞ - Ermənistan ortaq şirkətinin yaradılması və bu münasibətlə Vaşinqtonda, Marko Rubio ilə Ararat Mirzoyan arasında əldə olunan anlaşma, Türkiyə ilə Ermənistan sərhədlərin açılması üzrə işlərin 90 faizinin başa çatması, yanvarın axırında sərhədlərin açılacağı barədə verilən bəyanatlar, eləcə də, 4 nəfər erməni məhkumun Ermənistana verilməsi bu, böyük “şahmat oyunu”nun tərkib hissəsidir və digər strateji hədəflərlə yanaşı, həm də, bu oyunu qazanmağa hesablanıb. Çünki 7 iyunda Cənubi Qafqaz ya sülhə və barışa mane olanların təsir dairəsindən tam çıxacaq, ya da onlar tərəfindən bölgənin təhlükəsizliyini və suverenliyini təhdid edən durum davam edəcək. Ona görə də bu gün ölkəmizin liderlik etdiyi sülh düşərgəsinin planlarının sona qədər həyata keçməsi və dövlətimizin milli maraqlarının güzəştsiz şəkildə qorunması üçün bütün addımlar atılır və atılacaqdır. Bu strateji və milli məqsədə çatmaq, şiddətlənən geosiyasi mübarizəni qazanmaq üçün bəzən ağrılı və həssas görünən qərarlar qəbul etmək, şahmat dili ilə desək, bəzən “peşka”ları qurban vermək zərurəti yaranır. 4 məhbusun Ermənistana qaytarılması da bu konteksdə dəyərləndirilməlidir.
- Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla bağlı diqqətçəkən və müsbət fikirlər səsləndirir. Amma əməli addımlara gələndə, rəsmi İrəvan özünü karlığa və korluğa vurur. Eynilə mina xəritələri ilə bağlı olduğu kimi... Beləcə, Ermənistan rəhbərliyi ölkəmizə qarşı ərazi iddialarının əksini tapdığı konstitusiya şərtinə əməl etməməklə yanaşı, mina xəritələrinin də verilməsindən yayınır. Hər yeni mina partlayışı isə yalnız bir ailənin faciəsi deyil, həm də sülh prosesinə vurulan zərbədir. Hələ aşkarlanmayan yüz minlərlə minanın ortaya çıxaracağı təhlükələr var. Sülh bəyanatları arxasındakı məkrli davranışlar nə vaxta qədər davam edəcək? Sizcə, Ermənistanla “hansı dildə” danışmalıyıq?
- Son üç ildə Paşinyan hökuməti Azərbaycanın irəli sürdüyü şərtlərin demək olar ki, hamısını qəbul edib. Ölkəmizin milli maraqlarına tam cavab verən sülh sazişinin mətni paraflanıb, dörd kəndimiz geri qaytarılıb, ATƏT-in Minsk Qrupu ləğv edilib, Zəngəzur dəhlizinin açılması istiqamətində hazırlıq işlərinə başlanılıb, Qarabağ məsələsi birdəfəlik beynəlxalq və Ermənistan hökumətinin gündəliyindən çıxarılıb, eləcə də ölkəmizin ərazi bütövlüyünə heç bir təhdid yaratmayan yeni konstitusiya mətni üzərində işlər başa çatdırılıb. Aydındır ki, Paşinyan bu addımları könüllü şəkildə deyil, Azərbaycanın yaratdığı siyasi, hərbi və diplomatik reallıqlar fonunda atmağa məcbur olub. Lakin eyni zamanda, etiraf etmək lazımdır ki, o, mövcud reallığı düzgün qiymətləndirməyi, Ermənistan ictimaiyyəti üçün ağrılı və qaçılmaz qərarları qəbul etməyi də bacarıb. Minalanmış ərazilərin xəritələri məsələsinə gəldikdə isə təəssüf ki, bu problem hələ də həllini tapmayıb. Ermənistanın təqdim etdiyi xəritələrin təxminən 25 faizi dəqiqdir. Nəticədə, soydaşlarımız hər gün mina terroru ilə üz-üzə qalır. Şübhəsiz ki, Azərbaycan dövləti və rəsmi qurumları bütün ikitərəfli və çoxtərəfli platformalarda Ermənistan qarşısında dəqiq mina xəritələrinin təqdim olunması tələbini irəli sürüb və bundan sonra da bu tələbi davam etdirəcək. Lakin Ermənistan tərəfi iddia edir ki, onların əlində olan bütün xəritələr artıq təqdim olunub və əlavə məlumat yoxdur. Şəxsən mən buna inanmıram və erməni tərəfinin bu məsələdə səmimiyyətinə ciddi şübhə ilə yanaşıram.
- Minalı əraziləri müştərək komissiya, hərbçi, yaxud keçmiş hərbçilərin iştirakı ilə müəyyənləşdirmək olmazmı?
- Minalanmış ərazilərin dəqiq xəritələrinin hazırlanması məqsədilə Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət birgə komissiyanın yaradılması, hərbçilərin və vaxtilə bu prosesdə iştirak etmiş şəxslərin işə cəlb olunması ilə bağlı təklifinizi maraqlı və faydalı hesab edirəm. Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə fəaliyyət göstərən komissiya kimi, minalanmış ərazilərin xəritələrinin müəyyənləşdirilməsi ilə məşğul olacaq birgə komissiyanın da eyni status və səlahiyyətlərlə yaradılması məqsədəuyğun olardı. Düşünürəm ki, bu məsələni ciddi şəkildə müzakirə etməyə və institusional çərçivədə həll yollarından biri kimi nəzərdən keçirməyə dəyər.
- Paşinyan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişə razı olduqlarını söylədi. Bu mövqe növbəti addımlara təkan verə bilərmi, o cümlədən qeyd etdiyimiz minaaxtarma komissiyaları və konstitusiya dəyişiklikləri ilə bağlı?
- Şübhə etmirəm ki, Naxçıvanla maneəsiz gediş-gəlişin təmin olunması məsələsi siyasi baxımdan artıq həllini tapıb. Avqustun 8-də möhtərəm Prezident cənab İlham Əliyevin Vaşinqtonda əldə etdiyi diplomatik zəfərin ən mühüm elementlərindən biri də məhz Naxçıvanla maneəsiz gediş-gəlişin həyata keçirilməsi üçün ABŞ prezidenti Donald Trampın imzalı zəmanətinin əldə olunması idi. Çünki bu məsələ adi nəqliyyat bağlantısından daha artıq məna daşıyır. Söhbət Avropa ilə Asiyanı, o cümlədən Türk dünyasını birləşdirən son dərəcə ciddi geosiyasi və geoiqtisadi layihədən gedir. Məhz bu səbəbdən layihə uzun müddət Rusiya və İranın ciddi müqaviməti ilə üzləşmişdi. Bu müqaviməti neytrallaşdırmaq, siyasi məsuliyyəti Ermənistanın üzərinə yönəltməklə onu düzgün seçim etməyə məcbur etmək və nəticə etibarilə Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi şərtlərlə açılmasına nail olmaq üçün Azərbaycan çox mühüm diplomatik qələbə qazanaraq, Zəngəzur dəhlizinin Ermənistandan keçən, Rusiya və İranın müqavimət göstərdiyi hissəsinə Prezident Trampın adının (TRIPP) verilməsinə nail oldu və bu layihə həyata vəsiqə aldı. Hamımız yaxşı bilirik ki, bütün məsələlərdə olduğu kimi, bu məsələdə də həlledici söz sahibi məhz Azərbaycan idi və ölkəmizin razılığı olmasaydı, Vaşinqton görüşü bu qədər uğurla nəticələnməzdi. Qeyd etdiyim kimi, yanvarın 13-də isə Vaşinqtonda TRİPP-in icrası üzrə ABŞ - Ermənistan birgə şirkətinin yaradılması və 74 faiz nəzarət paketinin ABŞ-yə məxsus olması onu göstərir ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi faktiki olaraq ABŞ-nin nəzarətində olacaq. Belə bir hüquqi və institusional öhdəliklər çərçivəsində Ermənistan istəsə belə, vətəndaşlarımızın bu xətt üzrə sərbəst və maneəsiz hərəkətinə mane ola bilməyəcək. Baxmayaraq ki, Ararat Mirzoyan birgə şirkətin yaradılmasından sonra Vaşinqtonda mətbuata verdiyi açıqlamada daxili auditoriyanı sakitləşdirmək məqsədilə Ermənistanın yurisdiksiyası və suverenliyi məsələlərinin nəzərə alındığını xüsusi vurğulamağa çalışdı. Lakin biz yaxşı bilirik ki, Ermənistan hər iki istiqamət üzrə ciddi güzəştlərə gedib. Əlbəttə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Naxçıvan bölgəsi ilə maneəsiz gediş-gəlişə, yəni vətəndaşlarımızın Zəngəzur dəhlizinin bütün xətti üzrə heç bir əngəl olmadan hərəkət etməsi kimi strateji məqsədinə artıq nail olub. Gördüyünüz kimi, son günlərdə və həftələrdə baş verən bütün hadisələr bir-birini tamamlayır. Necə deyərlər, Prezident İlham Əliyevin peşəkar qrossmeyster kimi qurduğu oyun taktikası və strategiyası şahmatın sonuncu partiyasında və ondan sonrakı onilliklər boyunca qələbəmizin və milli maraqlarımızın tam təmin olunmasına hesablanıb. Düşünürəm ki, tarixin doğru tərəfində yer almağa çalışan Paşinyan parlament seçkilərini qazandığı təqdirdə, sizin qeyd etdiyiniz konstitusiya dəyişikliklərini də qısa müddət ərzində həyata keçirəcək və bu ilin sonunadək sülh müqaviləsi imzalanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see188

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see170

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see146

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see146

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see137

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see137

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see135

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri