Icma.az
close
up
RU
“Putin əsrimizin Hitleridir: Ukrayna çökərsə, müharibə dayanmayacaq“ Mers

“Putin əsrimizin Hitleridir: Ukrayna çökərsə, müharibə dayanmayacaq“ Mers

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Pax Americana bitir, Avropa özü qərar verməlidir..."

Almaniya kansleri Fridrix Mera XDİ/XSİ partiya qurultayında çıxışı zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsini Avropanın bütövlüyü üçün fundamental təhlükə adlandırıb. 

Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.

Kanslerin sözlərinə görə, bu savaş təkcə Ukraynaya qarşı deyil, bütövlükdə Avropaya yönəlmiş təcavüzdür və Kiyevin məğlubiyyəti müharibənin sonu demək olmayacaq.

Merz vəziyyəti 1938-ci il hadisələri ilə müqayisə edərək, Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putini nasist Almaniyasının lideri Adolf Hitlerlə eyniləşdirib. Kansler bildirib ki, Ukraynanın ərazi güzəştlərinə məcbur edilməsi vaxtilə Sudet vilayətinin verilməsi ilə nəticələnən Münhen razılaşmasını xatırladır və bu cür addımlar yalnız təcavüzkarın iştahasını artırır.

"Bu, Rusiyanın Ukraynaya, dolayısı ilə Avropaya qarşı apardığı təcavüzkar müharibədir. Əgər Ukrayna yıxılarsa, müharibə dayanmayacaq. 1938-ci ildə Sudet vilayəti kifayət etmədiyi kimi, Putin də bununla dayanmayacaq", - Mersvurğulayıb.

"Məsələ sərhədlərin dəyişdirilməsidir"

Almaniya kanslerinin sözlərinə görə, bu gün hələ də Putinin yalnız Donbas və cənub əraziləri ilə kifayətlənəcəyinə inananlar onun strategiyalarını, rəsmi sənədlərini və çıxışlarını diqqətlə təhlil etməlidir. Mers açıq şəkildə bildirib ki, söhbət Avropada sərhədlərin əsaslı şəkildə dəyişdirilməsindən və keçmiş SSRİ-nin sərhədləri daxilində yenidən qurulmasından gedir.

Onun fikrincə, bu proses keçmiş sovet məkanına daxil olmuş ölkələr üçün ciddi, o cümlədən hərbi təhlükə yaradır. Mers xatırladıb ki, Putin artıq açıq şəkildə Rusiyanın Donbası və Ukraynanın cənubunda iddia etdiyi əraziləri "hərbi və ya başqa yollarla" ələ keçirəcəyini bəyan edib.

"Pax Americana bitir, Avropa özü qərar verməlidir"

Öz çıxışında Fridrix Mers daha geniş geosiyasi mənzərəyə də toxunaraq bildirib ki, Qərb dünyasında ABŞ-ın onilliklər davam edən dominantlığı başa çatır. Onun sözlərinə görə, "Pax Americana" dövrü geridə qalıb və Avropa artıq öz maraqlarını özü müdafiə etməyə hazır olmalıdır. "Amerikalılar indi öz maraqlarını qətiyyətlə qoruyur. Deməli, biz də öz maraqlarımızı qorumağa məcburuq. Nostalji burada kömək etməyəcək", - Mers vurğulayıb.

Kansler bu fikirləri Almaniyadakı kövrək koalisiya fonunda səsləndirib. XDİ/XSİ ilə sosial-demokratlar arasında hərbi xidmətin bərpası, vergi və pensiya islahatları kimi məsələlər ciddi fikir ayrılıqları yaradıb. Mers açıq şəkildə bəyan edib ki, "ideologiya dövrü bitib" və dövlət idarəçiliyi daha praqmatik yanaşma tələb edir.

Bu açıqlamalar ABŞ-ın təşəbbüsü ilə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların davam etdiyi bir vaxta təsadüf edir. Məhz bu kontekstdə Mersin həm Putinə yönəlik sərt xəbərdarlığı, həm də Avropanın gələcək roluna dair dedikləri Qərbdə yaranan yeni geosiyasi reallığın açıq etirafı kimi dəyərləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri