Icma.az
close
up
RU
Əsrimizin Koroğluları, Babəkləri...

Əsrimizin Koroğluları, Babəkləri...

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qələm – yazanda, qılınc – kəsəndə, Ordu da ancaqhücuma keçəndə özü olur – demiş Əbu Turxan. 30 il dunyanın ədalətinə inanıb, ədalətsizliyə dözdük.Münaqişənin sülh yolu ilə həllini tapması üçün aparılanmənasız danışıqlara qulaq asdıq. Danışıqlar isə zamanınçarxını, saatın əqrəbini düşmənin xeyrinə fırladırdı. Bütün dünya Azərbaaycanın haqlı tərəf olduğunu, beynəlxalqhüququn, qanunların bizim tərəfimizdə olduğunu bilir,lakin susurdu. Və nəhayət ədalətsiz “ədalət carçılarına”anlatdıq ki, sizin səbr kasanızın dibi çox dərinmiş, hətta yırtıqmış. Bizim səbr kasamızsa çoxdan dolub, daşır.

Azadlıq aşiqi Babəki xatırladıq: “Azadlıq verilmir, alınır!Qan bahasına, qurban bahasına!” Xain, zalım düşmən bizim
üçün nə körpə uşaq, nə də təzə gəlin deyil ki, illərlə nazı ilə oynayaq. Və bir də haqqa, ədalətə xəyanət edənlərə
anlatdıq ki, qanla itirilən torpağı, zülm, istibdad ilə itirilən azadlığı, sülhlə, cəfəng vədlərlə geri qaytarmaq olmaz...

Torpağımızla bərabər namusumuzu, şərəfimizi, milli qürurumuzu murdar düşmən tapdağından azad etməyə
gücümüz, qüdrətimiz, qeyrətimiz çatar. Və 30 illik istibdad yolunu 44 günə qət edən Ordumuz, illərlə arzusunda
olduğumuz Qələbəni, Zəfəri qazandırdı bizə. “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” – deyən xalqın ümidini, etimadını, etibarını qazandı, rəşadətli Azərbaycan Ordusu və bu Ordunun qətiyyətli sərkərdəsi, Ali Baş
Komandanı ...

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988- ci ildə Ermənistanın Azərbaycana qarşı iddiaların əsasında
başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə olub. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olmağa başladı. 1996-cı ilin dekabrından isə Minsk qrupunun Rusiya, ABŞ, Fransadan
ibarət həmsədrlik institutu fəaliyyət göstərir və münaqişənin sülh yolu ilə həllini tapması üçün danışıqlar aparır. Əfsuslar olsun ki, Ermənistan tərəfi ötən bu müddət ərzində müxtəlif bəhanələrlə münaqişənin həllini uzadıb, cəbhə xəttində atəşkəsi dəfələrlə pozub, hətta mülki əhalini də hədəfə alıb. 2016-cı ilin aprel ayında da erməni silahlı birləşmələri növbəti dəfə atəşkəsi pozdu, təxribat törədərək mövqelərimizə soxulmağa cəhd etdi. Lakin Azərbaycan ordusunun güclü müqaviməti və əks-hücumu nəticəsində düşmən geri otuzduruldu, ona sarsıdıcı zərbə vuruldu, bir sıra strateji yüksəkliklər işğaldan azad edildi.

Ermənistanın Dövlətimizə qarşı növbəti təxribatının qarşısının alınması uğrunda onlarla gənc hərbçimiz şəhidlik zirvəsinə ucaldı. Onların şəhadəti bütün gənclərimizi “Vətən sağ olsun!”, “Biz varıq! Bitməmişik! Olacağıq! Qalib gələcəyik!” çağırışına köklədi. Əsgərlərimizdə – bütövlükdə bütün xalqımızda üçrəngli bayrağımızın tezliklə
hərbçilərimiz, rəşadətli Ordumuz tərəfindən Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda,
Qubadlıda, Zəngilanda və işğal olunmuş digər torpaqlarımızda dalğalanacağına inam, əminlik yarandı. Müdriklərin belə bir kəlamı var: Tarix 2 halda təkrar olur – ibrət götürəndə - yaxşı məqamlar, götürməyəndə - pis məqamlar. Aprel döyüşlərində xaincəsinə hücuma keçib burnu ovulan, böyük itkilərlə rüsvay olan Ermənistanın 12 iyul 2020-ci ildə xain niyyəti yenə baş tutmadı, fiaskoya uğradı. Tovuz döyüşləri Ermənistan ordusunun atəşkəsi növbəti dəfə pozaraq Tovuz rayonu istiqamətində
Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başladı. Bu dəfə də Ordumuz tutarlı cavab atəşi və əkshəmlə
tədbirləri ilə düşmənin hücum cəhdinin qarşısını aldı. Bir neçə gün davam edən Tovuz döyüşləri zamanıOrdumuzun 12 nəfər hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev şəhid oldu. Ermənistan ordusunun 120-dən çox əsgər və zabiti xeyli miqdarda hərbi texnikası məhv edildi. Tovuz döyüşləri, General Polad Həşimovun şəhadətə qovuşması, xalqın milli ruhunu, gənclərin vətənpərvərlik duyğularını alovlandırdı və minlərlə Azərbaycan gənci könüllü olaraq torpaqlarımızı işğaldan qurtarmaq, Şəhidlərimizin qisasını almaq naminə Ordu sıralarına yazılmaq üçün qeydiyyatdankeçdilər...

Hər kəs gözləyirdi bu müharibəni. Müharibə ağırdı –ölümdü, itkidi, dağıntı, qan-qadadı. Ancaq işğal olunmuş torpaqlarımızı, tapdanmış ləyaqətimizi qaytarmaq üçün yeganə vasitə idi. Və həmin gün – qisas günü gəldi. 44 günlük Zəfər müharibəsi bir daha sübut etdi ki, bu millətin qəhrəman keçmişi, əcdadı var. Şərəfli tarixi, qeyrətli oğulları, dəyanətli rəhbəri, birləşməyi, “Dəmir yumruq” olmağı bacaran Xalqı, əzəmətli Dövləti var. Vətən müharibəsi bizə şərəfli Qələbəni qazandırdı.

Sentyabrın 27-dən başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusu qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurdu. 44 gün davam edən İkinci Vətən müharibəsində qəhrəman oğullarımız düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 ildir işğal altında saxladıqları torpaqlarımızdan  qovdular.Vətən müharibəsindəəldə etdiyimiz Qələbənin təmin olunmasında zabitlər, həqiqi hərbi xidməti yerinə yetirənlər, səfərbərlik çağırışı ilə Milli Ordumuza çağırılanlar və könüllü cəbhəyə gedən minlərlə  vətən oğulları əsl qəhrəmanlıq göstərdilər. Onlar erməni işğalçılarının neçə-neçə canlı qüvvəsini məhv edib, onlarla döyüş texnikasını ələ keçirdilər, torpaqlarımızın azad edilməsində əsl şücaət göstərərək yeni şanlı tarix yazdılar. Söz yox ki, müharibə itgisiz, qansız ötüşmür. Ön cəbhədə vuruşan  igidlər arasında şəhid olanlar da, yaralananlar da oldu. 3000-ə yaxın cəsur döyüşçümüz adını qanı ilə tarixə yazaraq Şəhadətə qovuşdu. İnanırıq ki, gələcək nəsillər onları - əsrimizin Koroğlularını, Babəklərini fəxrlə, hər zaman yad edəcək, bu fədailərinqəhrəmanlıqları ilə öyünəcəklər!

Yaqut Bahadurqızı
Filologiya üzrə fəlsəfə doktoru,yazıçı- publisist

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri