Zelenski: Ukrayna Donbassdan imtina etsə də, Putin dayanmayacaq
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Putin Donbass haqqında danışdı, amma sonra Ukraynanın paytaxtını işğal etmək qərarına gəldi”
“Kiyev Donetsk vilayətinin qalan hissəsini Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına verməyə razı olsa belə, Rusiya Ukraynada işğala davam edəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Danimarka televiziyası “DR Nyheder”ə verdiyi müsahibədə deyib.
O, hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Donbassı ələ keçirəcəyi təqdirdə dayanacağını düşünmək "böyük səhv" olardı: "Əgər bu, yalnız mənə qalsaydı, Donbassı tərk etməzdim. Çünki bilirəm ki, bir müddət sonra Putin irəli gedib işğala davam edəcək. Bu, bizim üçün böyük risk olardı".
Putin əvvəllər dəfələrlə bildirib ki, sülh danışıqlarına başlamaq üçün Kiyev bütün Donbassı Rusiyaya təhvil verməlidir. Rusiya ordusu isə dörd il yarımdır ki, onu ələ keçirə bilmir.
"Putin Donbass haqqında danışdı, amma sonra Ukraynanın paytaxtını işğal etmək qərarına gəldi. Donbas haqqında söhbət sadəcə söhbət idi, amma Kiyevdə baş verənlər reallıq idi", - deyə Zelenski əlavə edib.
Ukrayna Prezidenti həmçinin Rusiyanın ölkəni sözün əsl mənasında iki yerə bölmək cəhdi ilə körpülərə və enerji şəbəkəsinə hücumları artırdığını bildirib: "Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə və insanlar, şəhərlərimiz və kəndlərimiz üçün həyatı mümkün qədər acınacaqlı etməyə çalışır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 11 Noyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















