Putin iki ildir arzuladığı qələbəyə çox yaxındır: Zelenski çarə axtarır
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Rusiya qoşunları nəhayət Ukraynanın şərqindəki Pokrovsk şəhərini ələ keçirməyə yaxındırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilir ki, bu, Vladimir Putinin təxminən iki ildir arzuladığı, lakin Rusiya üçün çox baha başa gələn bir qələbədir.
Son günlərdə Rusiya bölmələrinin Ukraynanın müdafiəsini yarıb Pokrovska daxil olmasından sonra şəhər yaxınlığında döyüşlər kəskin şəkildə şiddətlənib. Moskvanın şəhərin tam mühasirəyə alındığı haqda iddialarına baxmayaraq, Kiyev şiddətli toqquşmaların getdiyini qeyd edir.
Ukraynalı komandirlərdən biri CNN-ə bildirib ki, vəziyyət dəhşətlidir və şəhər demək olar ki, mühasirədədir.
Analitiklər qeyd edirlər ki, Pokrovsk uğrunda döyüş logistikadan daha çox prestij məsələsinə çevrilib. Ukrayna əsgərləri vəziyyətin kritik olduğunu etiraf edirlər. Bildirirlər ki, şəhərin süqutu qaçılmazdır, ancaq geri çəkilmək üçün heç bir əmr verilməyib.
“Pokrovsk şəhərini çox uzun müddətdir ki, əlimizdə saxlaya bilmişik. Lakin qüvvələrimiz tükənib və kömək vaxtında gəlməyib. Ona görə də, Baxmut və Avdievka faciələrinin təkrarlanmasından qorxuruq”, – deyə əsgərlərdən biri deyib.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 08 Noyabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















