Putin yalnız bəhanə axtarır Zelenski
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Krım körpüsünə hücumlardan əvvəl də Rusiya ordusu Ukraynanın körpülərinə raket və pilotsuz uçuş aparatları ilə 109 hücum edib.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın müdafiə üzrə dövlət katibi Ues Stritinq ilə görüşdə deyib.
"Əvvəla, qeyd etmək lazımdır ki, hətta bizim cavabımızdan - yəni Krım körpüsünə zərbədən əvvəl də Putin Ukrayna körpülərinə 109 raket və PUA hücumu həyata keçirib. Bir dəfə deyil, iki dəfə deyil - raket və dronlardan istifadə etməklə 109 hücum həyata keçirilib”, - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın hərəkətləri Prezident Vladimir Putinin müharibəni bitirmək niyyətində olmadığını və eskalasiyanı daha da artırmaq üçün "bir-birinin ardınca” bəhanələr tapmaq istədiyini nümayiş etdirir.
///axar.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Noyabr 2026 02:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















