Icma.az
close
up
RU
Zelenski Kupyanskdan çox qəbirstanlığa yaxındır Zaxarova

Zelenski Kupyanskdan çox qəbirstanlığa yaxındır Zaxarova

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kupyansk şəhəri Rusiya Silahlı Qüvvələrinin nəzarəti altında olub və hazırda da bu nəzarət davam edir. Ukrayna Prezidenti Vladimir Zelenski üçün isə Kupyanskdan daha yaxın məsafə qəbiristanlığa qədərdir".

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

Onun sözlərinə görə, dekabrın 12-də Zelenski guya Kupyansk şəhərinə girişdə yerləşən stelanın fonunda görüntü yaradıb. Zaxarova qeyd edib ki, Kupyansk noyabrın 20-də Rusiya qoşunları tərəfindən nəzarətə götürülüb.

Diplomatın sözlərinə əsasən, bundan sonra Zelenski cəbhə xəttində nəticələrin əldə edilməsinin diplomatik müstəvidə də uğur qazanmaq üçün vacib olduğunu bildirib. Zaxarova əlavə edib ki, effektli videoçarxın hazırlanması məqsədilə əraziyə əlavə qüvvələr göndərilib və bunun nəticəsində Ukrayna Silahlı Qüvvələri Kupyansk istiqamətində ciddi itkilər verib.

Bundan başqa, dekabrın 15-də Ukraynanın xarici işlər naziri Andrey Sibiga Aİ Şurasının XİN rəhbərləri səviyyəsində keçirilən iclasında Kupyanskda guya “uğurlu hərbi əməliyyat” barədə bəyanat verib və Rusiyanın irəliləyişi ilə bağlı məlumatları “yalan” adlandırıb.

Zaxarova hesab edir ki, Ukrayna hakimiyyəti cəbhədəki real vəziyyətlə barışa bilmir və Kupyansk şəhəri Rusiya Silahlı Qüvvələrinin nəzarəti altında qalır.

“Zelenskinin fonunda dayandığı stela Kupyanskda qəbiristanlıqdan təxminən bir yarım kilometr məsafədə yerləşir. Ona görə də onun üçün Kupyanskdan daha yaxın məsafə qəbiristanlığa qədərdir”, - deyə Zaxarova vurğulayıb.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri