Icma.az
close
up
RU
Putin köhnə dünyanı yıxdı

Putin köhnə dünyanı yıxdı

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya prezidentinin Ukraynadakı müharibəni uzatmaq və rəsmi Kiyevin tam kapitulayasiyasına nail olmaq yanaşmasının artıq əsas stategiyaya çevrilməsi bütün dünyada yeni vəziyyət və təhlükələr yaradıb.

Moskvanın ABŞ-la hərbi qələbə qazanaraq anlaşmaqda qəti qərarı aparıcı ölkələr, Qlobal Cənub dövlətləri üçün yeni situasiya yaradıb. Həmçinin, Putinin bu qərarı Rusiyaya qonşu regionlarda ölkələrin son üç ildəki siyasətinə yenidən baxmağa məcbur edib. Artıq hamıya aydındır ki, Moskva qonşularını Belarus, Tacikistan kimi tam loyal, suverenliyi əsaslı şəkildə güzəştə gedən dövlətlər kimi görmək istəyir və bu məqsədə açtmaq üçün bütün yollara əl atacaq. Rusiya artıq diplomatiyanı, tarazlaşdırılmış yanaşmanı bir kənara qoyub və yalnız diktat mövqeyindən çıxış edir.

Son vaxtlar Cənubi Qafqazda prosesləri, həmçinin Ermənistanda baş verənləri, Paşinyanın addımları, Azərbaycanla münasibətlərdə yanaşmasını da bu Putinin bu qərarı şərtləndirib. ABŞ-ın Türkiyəni ön plana çıxarmaq, Bakı və İravana anlaşmaqda yardım etməkdə səy göstərmək qərarı da Rusiyanın bu strategiyası ilə əlaqədardır. Çünki, Rusiyanın bu strategiyası əslində Çinin ABŞ, Qərb ölkələri ilə güc mövqeyindən danışmaq strategiyası ilə uzlaşır və Moskvanın bu qərarı Pekinin qəti zəmanəti və dəstəyi verilib. Çin üçün prezident Trampın planlarını pozmaq üçün Rusiyanın müharibəni davam etməsi vacibdir. Buna görə Si Cinpin Trampdan daha səxavətli olmaq qərarı qəbul edib və Ukraynanın tam kapitulyasiyasına qədər dəstəyi artırmağı vəd edib. Tramp isə iqtisadi maraqların təmin olunmasını vəd edirdi. Çin isə Ukraynanı və geosiyasi status vədi edir.

Bu konfiqurasiya və son zaman atılan addımlar çox təhlükəli vəziyyət yaradıb v Üçüncü Dünya Müharibəsi təhlükəsini qat-qat artırıb. Bu günlərdə Çin Almaniya qırıcı təyyarəsini lazer silahı ilə hədəf aldı. Bu Çin siyasətinin necə dəyişdiyini göstərir. Putinin Ukraynada sövdələşmədən imtina etməsi Qərb ölkələrini adekvat və daha sərt cavab verməyə sövq edib. General-mayor Kristian Freydinq Almaniyanın ikinci kanalı ZDF-nin efirində bildirib ki, Almaniya tərəfindən maliyyələşdirilən ilk Ukrayna uzaqmənzilli raketləri iyulun sonuna kimi Kiyevə təhvil veriləcək. O, Almaniya Müdafiə Nazirliyində Ukrayna üzrə xüsusi qərargaha rəhbərlik edir və Kiyevə hərbi yardımı əlaqələndirir. Cənab Freydinq vurğuladı ki, Ukraynanın Rusiya ərazisinin dərinliklərində hədəfləri vura bilən raket sistemlərinə ehtiyacı var. Söhbət, məsələn, anbarlardan, komanda məntəqələrindən, hərbi aerodromlardan gedir. Onun sözlərinə görə, Almaniya bu raketlərin alınması üçün maliyyə dəstəyi verəcək.

Ritorika elə II Dünya Müharibəsində olduğu kimidir.

Yaxın gələcəkdə Rusiya dərinlikləri, əsas şəhərlərinin vurulacağı istisna edilə bilməz. Rusları cəbhədə dayandırmaq üçün bu qərarı verə bilərlər. Onda ruslar Polşa, digər ölkələri bombalaya bilərlər, yaxud taktiki nüvə silahı istifadə edərlər. Bu isə artıq III Dünya Müharibəsidir…

Putinin Ukaryana hücumu köhnə dünyanı yıxdı, yeni dünyanı isə qlobal müharibəsiz inşa etmək mümkün olacaqmı? İndi əsas sual budur.

Zaur İBRAHİMLİ

Politoloq

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 İyul 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri