Icma.az
close
up
RU
Köhnə hamama köhnə tas Putin spikeri niyə dəyişmədi?

Köhnə hamama köhnə tas Putin spikeri niyə dəyişmədi?

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vyaçeslav Volodinin Rusiya Dövlət Dumasının IX çağırışına üçüncü dəfə sədr seçilməsi Moskvanın parlament siyasətində davamlılıq xəttinin qorunduğunu göstərir. 30 sentyabr 2026-cı ildə keçirilən səsvermədə Volodin 442 deputatdan 406-nın dəstəyini alıb. Onun yeganə rəqibi Kommunist Partiyasından Dmitri Novikov olub və 36 səs toplayıb. Beləliklə, Volodin 2016-cı ildən başladığı Duma rəhbərliyini ardıcıl üçüncü çağırışda da davam etdirəcək. O, bununla Dövlət Dumasına iki çağırışdan artıq ardıcıl rəhbərlik edən ilk sədr olub.

Bu dəfəki Dumanın əsas fərqi onun daha böyük siyasi-hərbi konsolidasiya şəraitində formalaşmasıdır. IX çağırışda 184 yeni deputat var və parlament 41 faiz yenilənib. Yeni deputatlar arasında Ukraynadakı müharibədə iştirak etmiş 48 nəfərin olması da diqqət çəkir. Digər məlumatlara görə, ümumilikdə 46 müharibə iştirakçısı ilk dəfə Dövlət Dumasına seçilib.

Eyni zamanda, hakim “Vahid Rusiya” 450 yerdən 349-nu əldə edib. Bu nəticə partiyaya Dumanın dörddə üçündən çoxunda üstünlük verir. Deməli, parlamentdə hakim siyasi qüvvənin dominantlığı nəinki qorunub, daha da möhkəmlənib.

Görünür ki, Kreml müharibə davam etdiyi bir vaxtda parlamentdə böyük siyasi dəyişikliyə getmək istəmədi. Yeni Duma müəyyən qədər yenilənsə də, onun rəhbərliyi və əsas siyasi xətti əvvəlki çağırışdan kəskin şəkildə fərqlənmir. Bu mənada Kremlin seçimi daha çox kontrollu yenilənmə modelinə bənzəyir: parlamentin tərkibinə yeni simalar gətirilir, lakin idarəetmənin əsas mexanizmləri dəyişdirilmir.

“Vahid Rusiya”nın seçki kampaniyasında da bu xətt açıq şəkildə görünürdü. Partiyanın federal siyahısının ilk beşliyində xarici işlər naziri Sergey Lavrov, Moskva meri Sergey Sobyanin, uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova, hərbi müxbir Yevgeni Poddubnı və “Yunarmiya”nın Baş Qərargah rəisi Vladislav Qolovin yer alırdı.

Bu siyahı parlament seçkisinin siyasi mesajını da müəyyən qədər göstərir. Lavrov xarici siyasət və Qərblə qarşıdurma xəttini, Sobyanin iri şəhərlərin və idarəçilik aparatının simasını, Poddubnı və Qolovin isə müharibə və hərbi-vətənpərvərlik istiqamətini təmsil edirdi. Mariya Lvova-Belovanın siyahıda olması isə sosial-humanitar istiqamətin də diqqətdə saxlanıldığını göstərirdi.

Burada Dmitri Medvedevin ilk beşlikdə yer almaması da diqqət çəkir. Halbuki Medvedev “Vahid Rusiya”nın sədridir. Partiyanın federal siyahısının ilk beşliyində onun əvəzinə başqa siyasi və ictimai simaların önə çıxarılması Kremlin parlament seçkisində hansı mesajları qabartmaq istədiyi barədə müəyyən təsəvvür yaradır. Lakin bunu Medvedevlə Putin arasında açıq siyasi qarşıdurmanın sübutu kimi təqdim etmək üçün kifayət qədər əsas yoxdur.

Volodinin üçüncü dəfə sədr seçilməsi isə onun artıq sadəcə “texniki parlament rəhbəri” olmadığını göstərən mühüm siyasi faktordur. Volodin Dumanın iş mexanizmini, fraksiyalararası münasibətləri və qanunvericilik prosesini uzun müddətdir idarə edir. Onun bu vəzifədə saxlanılması Kremlin parlamentdə yeni və qeyri-müəyyən siyasi model sınamaq əvəzinə, artıq formalaşmış idarəetmə mexanizmini davam etdirməyə üstünlük verdiyini göstərir.

Volodinin siyasi çəkisi də əvvəlki illərlə müqayisədə artıb. Onun adı zaman-zaman Rusiyada gələcək hakimiyyət transferi və mümkün varislik müzakirələri çərçivəsində müxtəlif analitik dairələrdə hallandırılır. Lakin belə müzakirələr Volodinin real varis statusunda olduğunu göstərmir. Bu, daha çox onun Kremlin siyasi sistemində yüksək çəkisi olan fiqurlardan birinə çevrilməsi ilə bağlı analitik mülahizələrdir.

Yeni Dumanın rəhbərliyində qadınların təmsilçiliyinin artması da diqqət çəkən məqamlardandır. İrina Yarovaya birinci vitse-spiker vəzifəsinə seçilib. Yeni parlament rəhbərliyinin tərkibində qadınların daha çox görünməsi Kremlin parlament strukturunda da müəyyən sosial və gender balansını nümayiş etdirmək istədiyini göstərir. Lakin bu faktı yalnız parlamentdə qadınların sayının artması ilə deyil, ümumi siyasi sistemin idarəçilik modelindəki dəyişikliklərlə birlikdə qiymətləndirmək daha doğru olar.

Əslində, yeni Dumanın əsas xüsusiyyəti ziddiyyətli görünən iki prosesin eyni vaxtda baş verməsidir: parlament bir tərəfdən 41 faiz yenilənib, digər tərəfdən isə əsas siyasi idarəetmə xətti dəyişməyib. Yəni simalar müəyyən qədər dəyişir, amma sistemin əsas siyasi arxitekturası qorunur.

Bu da Ukraynada müharibənin davam etdiyi şəraitdə Kremlin siyasi sabitliyi və idarəolunanlığı prioritet hesab etdiyini göstərir. Hakim partiyanın 349 mandat əldə etməsi, Volodinin üçüncü dəfə sədr seçilməsi və parlament rəhbərliyində əsas fiqurların qorunması bu yanaşmanın bir-birini tamamlayan elementləridir.

Ona görə də yeni parlamentdə köklü siyasi dəyişiklikdən daha çox, mövcud kursun yeni şərtlərə uyğunlaşdırılmasını gözləmək olar. Parlamentin qarşısında müdafiə və təhlükəsizlik, büdcə, iqtisadiyyat, sosial siyasət və müharibənin yaratdığı yeni hüquqi məsələlərlə bağlı böyük qanunvericilik gündəliyi dayanacaq.

Uzun sözün qısası, Kremlin dəhlizləri hələ ki, eyni ayaq səslərinə şahid olacaq. Dumanın tərkibi müəyyən qədər dəyişsə də, onun siyasi idarəetmə modeli dəyişməyib. Volodinin üçüncü dəfə sədr seçilməsi isə Kremlin bu mərhələdə parlamentdə eksperimentə deyil, təcrübəli və artıq sınaqdan keçmiş siyasi fiqurlara üstünlük verdiyini göstərən ən mühüm siqnallardan biridir.

                                                                           

Zeynal Əmrəliyev

Politoloq

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Oktyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri