Icma.az
close
up
RU
“Makron vəd edirdi ki, köhnə dünyanı təmizləyəcək”

“Makron vəd edirdi ki, köhnə dünyanı təmizləyəcək”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 20-də Fransanın məşhur “Le Monde” qəzetində “Emmanuel Makron, güc haqqında müəyyən bir fikir” adlı məqalənin (əlavə edilir) 2-ci hissəsi işıq üzü görüb.

“Qafqazinfo” xəbər verir ki, məqalədə Makron və onun yaxın çevrəsi ilə bağlı maraqlı məqamlar öz əksini tapıb:

- 4 dekabr 2014-cü ildə təzəlikcə Fransanın iqtisadiyyat naziri təyin olunmuş E.Makron “start-ap”çılar və böyük şirkətlərin rəhbərləri qarşısında çıxış edərkən söyləmişdir ki, “mən sosialistəm və mən bunu qəbul edirəm”. 2 il sonra 2016-cı ilin avqustunda Puy du Fou attraksion meydançasında o, etiraf edir: “Səmimiyyət məni məcbur edir deməyə ki, mən sosialist deyiləm”. E.Makron üçün sözlərin bir əhəmiyyət varmı? Siyasətdə yoxdur. Hər bir halda o hamısını səsləndirib: “Liberal”, “islahatçı”, “patriot”, “tərəqqipərvər” və s. Nəticədə hamısını birləşdirib “eyni anda” söyləməyə başladı.

- E.Makron vəd edirdi ki, köhnə dünyanı təmizləyəcək. Lakin Milli Assambleyanın buraxılmasından sonra 2 Baş nazir təyin edir. 2-sinin də 73 yaşı var. 7 il ərzində sol və sağ siyasi düşərgələrinin ən yaxşı məqamlarını vəd edən c-b “Eyni anda” (E.Makron nəzərdə tutulur) nəticədə “hər şey və onun əksinə” çevrildi.

- Bu gün Fransua Olland deyir ki, “Emmanuel Makron yalan danışandır”. Lakin Prezidentlik dövründə F.Olland bunu hələ bilmirdi.

- E.Makron ona dəstək göstərəcək bir nüfuzlu şəxs axtarışında idi və seçimini keçmiş Baş nazir Michel Rocard üzərində dayandırır. M.Rocard-ı sol və sağ siyasi düşərgələrdə bəyənilirdi. Həmin dövrdə E.Makron televiziyada sol siyasi düşərgə ilə bağlı deyirdi ki, “bu mənim mədəniyyətimdir, mənşəyimdir, ailəvi tariximdir”. Lakin görüşlərdə o söyləyirdi ki, “həm sağ, həm sol olsun”. M.Rocard onu çox ciddi fiqurlarla tanış etdi. Lakin, 2016-cı ildə o, M.Rocard-ın dəfnində iştirak etmir və onun həyat yoldaşını heç bir zaman bir daha Yelisey Sarayına dəvət etmir.

- 2015-ci ildə E.Makron “Le Monde” etiraf etmişdir ki, “Mən heç bir zaman Sarkozini bəyənməmişəm. Burada vulqarlıq və Respublikaya münasibətdə problem var.” Həmin dövrdə hər 2 şəxsin bir birinə nifrət edirdi. N.Sarkozi E.Makron barəsində “Makron, bizim təlxək olan nazirimiz” deyirdi. Lakin siyasət müəyyən dəyişiklər tələb edir. E.Makronun mərkəz sağçıların dəstəyinə ehtiyacı yarandı və N.Sarkozini Yelisey Sarayına qəbul etməyə başladı. Hər yeni dövlət formalaşanda Sarkozi öz fikrini söyləyir, adlar təklif edir. Lakin heç bir zaman eşidilmir. Sarkozi yaxın ətrafına deyir ki, “Makronu anlamaq olmur. Biz onunla 2 saat vaxt keçiririk və sonda biz bilmirik kiminlə danışdıq.”

- E.Makron vədlərini tutmur. 2017-ci ildə verdiyi vədlərdən biri evsiz adamlar problemini həll etmək idi. Bu problem hələ də var. Elə həmin il Marseldə E.Makron deyirdi “Qəmərlilər, İtalyanlar, Əlcəzairlilər, Mərakeşlilər, Tunislilər, Malililər, Seneqallılar və burada mən digərlərini də qeyd edə bilərəm. Lakin mən burda nə görürəm? Fransızları! 2019-cu ildə isə E.Makron immiqrasiya haqqında bir problem,  qorxu yaradan bir çağırış kimi danışır. Bundan sonra onu dəstəkləyən bir çox immiqrant özünü aldadılmış hiss etdi. Onun bu sözlərinə cavab olaraq, onun siyasi elmlər üzrə müəllimi François Dosse “Le Monde” sərt məqalə dərc edir. Qəzəbli Makron ona 7 səhifəlik cavab məktubu yazır. Yalnız Makron digərlərinə xəyanət edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Dekabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri