Putin köhnə dünyanın siyasi ustasına çevriləcək Forbesdən XƏBƏRDARLIQ
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında danışıqların gələcək raundlarında iştirakdan imtina edərsə, bu, Kiyevin təslim olması üçün bəhanə olacaq".
"Ölkə.az" xəbər verir ki, bunu amerikalı siyasətçi və "Forbes" jurnalının baş redaktoru Stiv Forbes deyib.
"Bunu əvvəlcədən təslimiyyət adlandırın. Telefon danışığından sonra prezident Tramp Rusiya və Ukraynanın təkbaşına danışıqlar aparmalı olduğunu söylədi. O, hər iki tərəf razılığa gələ bilməsə, ABŞ-ın geri çəkilə biləcəyinə eyham vurdu", - o deyib.
Forbes həmçinin Ukrayna təslim olanda Avropanın başına nə gələcəyinə işarə edib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin köhnə dünyanın siyasi ustasına çevriləcək.
Siyasətçi NATO-nun təsirini itirməsindən də danışıb. Forbes hesab edir ki, bu, "ölümcül şəkildə məhv edilib". Şimali Atlantika Alyansının üzvü olan ölkələr isə çətin ki, ABŞ-ın dəstəyinə arxalana bilsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 25 May 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















