Putin kriptovalyutaların vergiyə cəlb edilməsi haqqında qanunu imzalayıb
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya prezidenti Vladimir Putin rəqəmsal valyutaya görə vergilərin tənzimlənməsini nəzərdə tutan qanunu imzalayıb.
Banco.az xəbər verir ki, qanun çərçivəsində rəqəmsal valyuta mülkiyyət kimi tanınır.
Rəqəmsal valyuta ilə əməliyyatlar ƏDV-yə cəlb edilməyəcək. Rəqəmsal valyuta ilə əməliyyatlardan əldə edilən gəlir qiymətli kağızlarla əməliyyatlardan əldə edilən gəlirlə eyni vergi bazasında nəzərə alınacaq. Beləliklə, ildə 2,4 milyon rubla qədər bütün bu gəlirlərin ümumi məbləği 13%, bu məbləğdən yuxarı isə 15% dərəcəsi ilə fərdi gəlir vergisinə cəlb ediləcək.
Qanun rəsmi dərc edildiyi gündən qüvvəyə minir, onun əsas müddəaları 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bu mövzuda digər xəbərlər:Putin 3 illik federal büdcə haqqında qanunu imzalayıb
01 Dekabr 2024 17:24
Putin hərbi xidmətə çağırış haqqında qanunu yeni qaydada imzalayıb
21 Aprel 2025 18:15
Putin ağır cinayətlərə görə vətəndaşlıqdan məhrumetmə haqqında qanunu imzalayıb
01 Avqust 2025 00:05
Putin İranla strateji tərəfdaşlıqla bağlı müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb
21 Aprel 2025 16:20
Moldova Aİ ilə 1,9 milyard avronun cəlb edilməsi haqqında saziş imzalayıb
12 May 2025 14:48
Baxış sayı:99
Bu xəbər 30 Noyabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















