Icma.az
close
up
RU
Putin mütəffiqlərini hakimiyyətdə saxlaya bilmir: Səddam Hüseyn, Əsəd, Maduro...

Putin mütəffiqlərini hakimiyyətdə saxlaya bilmir: Səddam Hüseyn, Əsəd, Maduro...

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, ABŞ Silahlı Qüvvələri yanvarın 3-də Venesuelada gecə əməliyyatı keçirərək, ölkənin uzun müddət lideri olmuş Nikolas Maduro ilə həyat yoldaşı Cilia Floresi tutularaq birbaşa Nyu‑Yorka aparılıb.
Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması beynəlxalq müstəvidə geniş rezonans doğurub. Maduro tutulmasını "qanunsuz girovluq və işğal” kimi qınayıb və özünü hələ də legitim prezident adlandırıb. Bu, hadisə Rusiya üçün böyük geopolitik itki hesab olunur. Çünki Maduro uzun müddət Kreml üçün Latın Amerikasında ən vacib müttəfiqlərdən biri idi. Rusiya Maduro rejimini siyasi, iqtisadi və hərbi baxımdan dəstəkləyirdi və bu ölkə ilə əməkdaşlıq onun Qərb qarşısında nüfuzunu gücləndirirdi. Moskva bu əməliyyata kəskin etiraz etsə də, real hərbi müdaxilə edə bilməyib. Bu isə Kremlin xarici siyasət imkanlarının məhdud olduğunu göstərir və nüfuz itkisinə yol açır. 
Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a bildirib ki, artıq Moskva ilə Vaşinqton arasındakı qarşıdurmanın mahiyyəti bəlli olur:
"Rusiya-Ukrayna müharibəsi fonunda Moskva ilə Vaşinqton arasındakı qarşıdurmanın mahiyyəti artıq daha aydın görünməyə başlayır. Rəsmi Moskva nüvə silahına malik olması ilə öyünür və lazım gəldikdə bunu tətbiq edəcəyi ilə bağlı açıq hədələr səsləndirir. Lakin son baş verən hadisələr göstərir ki, Rusiya beynəlxalq aləmdəki mövqelərini kifayət qədər qoruyub saxlaya bilmir. Birincisi, 2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsi və Moskvada sığınacaq tapması göstərdi ki, Rusiya Yaxın Şərqdə mövqelərini tam gücləndirə bilmədi və müttəfiqini hakimiyyətdə saxlaya bilmədi”.
 
Parlamentari deyib ki, belə hadisələr zaman-zaman baş verib:
"Keçmiş İraq Prezidenti Səddam Hüseynlə bağlı da 2003-cü ildə də oxşar vəziyyət yaşanmışdı. Onun Sovet İttifaqı dövründən başlayaraq, Rusiyanın əməli siyasətində İraqda xüsusi maraqlar mövcud idi. Moskva Səddam Hüseyn rejimini hər zaman müdafiə edirdi. Lakin o da sona qədər müdafiə edilə bilmədi və yarımçıq qaldı. Daha sonra Liviyanın sabiq başçısı Müəmmər Qəddafi ilə Moskvanın isti münasibətləri hamıya məlum idi. Ancaq o da hakimiyyətdən uzaqlaşdırıldı və Səddam Hüseynin acı taleyini yaşadı”.
Deputat bildirib ki, Rusiyanın beynəlxalq aləmdə mövqeləri zəifləyir:
"Madura ilə Moskvanın çox sıx əlaqələri vardı, onu açıq şəkildə dəstəkləyirdi və hətta Moskva Vaşinqtonu hədələyərkən, Venesueladan mümkün zərbələr üçün təzyiq mexanizmlərini işə salırdı. Lakin Madura da devrildi. Bütün bunlar göstərir ki, Rusiyanın beynəlxalq aləmdə mövqeləri bir-bir zəifləyir və nüfuz imkanları daralır. Rusiya yeni dünya nizamının formalaşma mərhələsində zəif aktor kimi çıxış edir”.
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Yanvar 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri