Icma.az
close
up
RU
İranda Səddam Hüseyn ssenarisi təkrarlanır?

İranda Səddam Hüseyn ssenarisi təkrarlanır?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kubra Məhərrəmova yazır...

Artıq beş gündür ki İsrail - İran münaqişəsi, hətta müharibəsi davam edir. Hətta hadisələr ilk gündəkindən daha sürətli cərəyan edir. İsrail bu bir neçə gün ərzində İran səmasını demək olar ki tamamilə ələ keçirib və nöqtə atışları ilə mühüm strateji məntəqələri və əhəmiyyətli şəxsləri sıradan çıxarmağa davam edir.

İranda bir sözlə xaos hökm sürür. Baş verənlər fonunda İran hökuməti böhranı idarə etməkdə çətinlik çəkir. Bunu atdığı addımlardan da sezmək mümkündür.

Bu gecə isə ABŞ prezidenti Trampın "Tehranı boşaldın" deməsi (bu barədə sosial şəbəkə hesabında yazıb) İrandakı vəziyyəti bir az da qarışdırıb.

Bu mesajdan sonra Tehrandan qaçmağa çalışan insanların sayəsində yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, yollar isə keçilməz olub.

Görünür İran rejiminin heç ağlına da gəlməzdi ki, İsrailin xüsusi xidmət orqanları generallarını yataq otağında məhv edəcəklər. Məncə bu məqamda İsrail simvolikaya önəm verərək hadisələrə əlavə rəng qatdı. Yəni ki, sizi yataq otağınızda belə məhv etməyə qadirik.

Bu hadisələrin fonunda hər iki ölkənin informasiya sahəsində bir-birinə qarşı qoyulan iki tezis səsləndi.

İran tərəfi iddia edirdi ki, Netanyahunun təyyarəsi (birinci bort) İsraili tərk edib, qarşı tərəf də İranın rəhbəri Əli Xameneinin İranda olmaması xəbərini tirajladı.

Netanyahunun təyyarəsinin Yunanıstanda olması artıq təsdiqini tapdığı halda, özünün İsraildə olması, ictimaiyyət qarşısına çıxması və açıqlamalar verməsi diqqəti özünə çəkdi.

Lakin İranın rəhbərini gördüm deyən yoxdur. Onun İranı tərk edib Rusiyaya pənah aparması iddialarını isə Xameneinin ən yaxın köməkçilərindən biri, Əli Əsgər Hicazinin ölkəni tərk etməklə bağlı Rusiya ilə gizli danışıqların aparması daha da gücləndirir.

Yeri gəlmişkən Əli Xameneinin şəxsi saytında paylaşılan son xəbərlər də xeyli maraq doğurur. Xəbər isə budur: "Əziz generalların, alimlərin və eləcə də bir sıra mülki vətəndaşların şəhadəti, hərçənd hamımız üçün ağırdır, bu münasibətlə İran xalqına və onların ailələrinə həm təbrik, həm də başsağlığı verirəm".

Sonrakı üç paylaşım isə "Allahın izni ilə", "Şübhəsiz, həyat sionistlər üçün acı olacaq" klipi və "Biçarə olacaqsınız" klipidir.

Bir daha qeyd edirəm, ali liderin heç bir videomüraciəti yoxdur.

Dünəndən xarici media orqanlarında və İranın müxalifyönümlü dərgilərində İranın ali rəhbərliyinin ABŞ ilə danışığa getməyə razı olmaları barədə xəbərlər yayılır.

Əsas xətti isə "İran güzəştə getməyə hazırdır" tezisi təşkil edir.

Belə ki, yüksəkrütbəli iranlı diplomatın etirafına görə, rejimin sağ qalması naminə İran hətta nüvə imkanlarından imtina etməyə belə hazırdır.

İran rejimi ciddi təzyiq altında olmasını anlayır və başa düşür ki, İsrailin hücumları İranın hərbi, təhlükəsizlik və iqtisadi strukturlarını zəiflədib. Üstəgəl xalqın narazılığı geniş vüsət alarsa, bu halda rejim nəzarəti tam itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

Bu an üçün İran mediada və televiziyada daxili auditoriya üçün nərildəsə də, İsrail və ABŞ-ni "şeytan yuvası" adlandırsa da, ABŞ-nin müharibəyə qoşulacağı təqdirdə cəhənnəmin İranda yaşanacağını anlamamış deyil.

Bir tərəfdən Hörmüz boğazını bağlayacı ilə bağlı təhdid edir, digər tərəfdən isə gizli danışıqlar vasitəsilə diplomatik yollarla gərginliyin aradan qalması üçün çalışır. Sirr deyil ki, İran rəhbərliyi "Səddam Hüseyn ssenarisi"nin İranı da gözləməsindən qorxur və güzəştə getməyə hazır olduğunu açıq etiraf edir.

Hazırda ordu və SEPAH vəziyyətə nəzarəti itirmək riski ilə üz-üzə durduğu məqamda, İran rəhbərliyi ABŞ-dən "şərəfini qoruyacaq variant" istəyir. Yəni ki, daxili auditoriya üçün ali lider qəhrəman kimi qalır, dövlət isə ABŞ və İsrail üçün nüvə imkanlarında imtina edir.

Əgər ABŞ və İsrail İranın bu təklifinə razılıq verməsə və mövcud vəziyyətdən yeganə çıxış yolu Əli Xameneinin ölkədən qaçışı olarsa, o zaman İranda nə baş verəcək?

Xameneinin statusu və onun yoxluğu İran siyasətinə təsiri

Əvvəla Əli Xameneinin İran siyasi sistemində roluna nəzər yetirək.

Ali dini lider (Rahbar) statusunda Xamenei İslam Respublikası sisteminin ən yüksəknüfuzlu şəxsi və yekun qərarverici orqanıdır.

O, həm dini, həm də siyasi hakimiyyətə sahibdir. Ordu, kəşfiyyat, məhkəmə sistemi, media ona tabedir.

Xamenei mövcud rejimin simvolu və qarantıdır.

Əgər Xamenei ölkəni tərk edib Rusiyaya və ya başqa ölkəyə qaçarsa, bu, İran hökumətində fövqəladə vəziyyət yaradacaq. Xameneinin yoxluğu nüfuzlu din xadimləri arasında parçalanmaya və hakimiyyət boşluğuna yol açacaq.

Bu arada bir daha qeyd edirəm ki, Xameneinin ölkədən qaçışı ilə bağlı Rusiya ilə gizli danışıqların aparılaması rejimin artıq öz gücünü qorumaqda çətinlik çəkdiyindən xəbər verir. Üstəgəl xeyli zamandır rəhbərin səhhətində ciddi problemlərin olması barədə də mütəmadi məlumatlar gəzir.

Xamenei olmasa nə baş verəcək?

Daha sonra təcili qaydada onun yerinə Üləmalar Məclisi ən yaxşı halda kimisə seçib qoyacaq. Lakin nəzərə almaq lazımdır ki, bu halda müxtəlif dini və hərbi qruplar arasında liderlik uğrunda mübarizə alovlanacaq.

Siyasi böhran və ölkənin parçalanması qaçılmaz olacaq. Nəzərə alsaq ki, İranda xeyli sayda narazı kütlə mövcuddur, alovlanan proses onların sayəsində daha böyük yanğına çevrilə bilər. Müxalifətin güclənməsi və separatçı qrupların fəallaşması qaçılmazdır. İlk növbədə bu siyahıda bəlucların adı çəkilir. Hətta İran hökumətinin bəlucları daha çox nəzarətdə saxlamaq üçün paytaxtı belə o əraziyə köçürməsi barədə fikirlər səslənirdi.

İranın hazırkı vəziyyəti "Səddam Hüseyn ssenarisi"nin təkrarlanması ehtimalını çox xatırladır. Rejim ciddi təzyiqlər altındadır, hakimiyyətin təməl daşları çatlayır, ordu və SEPAH narazıdır, daxili qarşıdurmalar güclənir. Əli Xameneinin statusu isə bu labüd böhranın ən həlledici nöqtəsidir. Əgər sağdırsa iki yolu var, ya yumşalmaya gedib, rejimi və İranı parçalanmadan xilas edəcək, ya da saytındakı kliplərin sayını çoxaldaraq siyasi ritorikanı gücləndirib sonunu Səddamla bir edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyun 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri