Icma.az
close
up
RU
Səddam Hüseyn Füzulinin məzarını buldozerlə niyə sökdürüb?

Səddam Hüseyn Füzulinin məzarını buldozerlə niyə sökdürüb?

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1556-cı ildə İraqın Kərbəla şəhərində dünyasını dəyişən və İmam Hüseyn məqbərəsinin yaxınlığında dəfn olunan böyük Azərbaycan şairi Füzulinin məzarının 1984-cü ildə sökülməsi  barədə bir zamanlar dövri mətbuatda çox yazılırdı. Bəzi məqalələrdə isə müəyyən təhriflərə yer verilirdi. Türkiyədəki xəbər portallarının birində filoloq alimlər qrupunun bu mövzuda yazdığı araşdırmada yeni faktlar var.

BAKU.WS moderator.az-a istinadən həmin faktlardan bir neçəsini təqdim edir:

"1984-cü ilin yaz gecəsində Səddam Hüseynin buldozerləri İmam Hüseyn türbəsi yaxınlığındakı tikililəri uçurdu. Bəhanə isə, guya həmin ərazidə yol qovşağının salınması idi. Söküntüyə məruz qalan tikililərdən biri də Məhəmməd Füzulinin məzarı oldu. Lakin buldozer məzarın yerləşdiyi türbəni uçurarkən, məzarın içi artıq boş idi. Çünki Səddam Hüseyn ora buldozerləri yerindəndən bir gün əvvəl məzarı açaraq Füzulinin nəşinin qalıqlarını oradan götürmüşdülər. Şərqin böyük şairinin sümükləri yığılaraq Sultaniyyə məscidinə aparıldı. Sümüklər illərlə məsciddə qaldı. Bir gün yol çəkmək adı ilə həmin məscidin də uçurulması gündəmə gəldi.  Füzulinin nəşinin taleyi bu dəfə də sual altında qaldı".

Araşdırmada qeyd edilir ki, həmin ərəfədə o zaman SSRİ-nin tərkibində olan Azərbaycan İraq hökumətinə nota göndərir. Notada oğuzların Bayat qolundan olan Füzulinin Azərbaycan şairi olması və İraq hökuməti icazə verərsə, böyük şairin nəşinin Azərbaycanda yüksək səviyyədə dəfn edilməsi göstərilirdi. Lakin İraq hökuməti bununla razılaşmadı. Bu barədə türk müəlliflər yazır:

"İraqlılar uzun müddət idi ki, qədrini bilmədikləri şairə yalnız bundan sonra dəyər verməyə başladılar. Onlar qarşı tərəfə bu cür cavab verdilər: "Bağdadlı Süleyman oğlu Məhəmməd ərəb şairi olmasa da, İraq torpağında yaşayıb. Onun nəinki sümükləri, hətta məzar torpağının bircə qum dənəsi belə buradan çıxa bilməz".

Bu hadisədən bir neçə il keçdi. 1994-cü ildə Azərbaycan artıq müstəqil dövlət idi. Onlar bu dəfə İraq hökuməti ilə birbaşa əlaqə qurdular və yenidən Füzulinin məzarının Azərbaycana köçürülməsini xahiş etdilər. Əvəzində isə, "biz Türkiyədən xahiş edərik, İslamiyyətdən öncəki dövrün məşhur ərəb şairi İmrul Qeysin Ankaradakı məzarının İraqa köçürülməsinə razılıq alarıq", dedilər. İraq hökuməti bu dəfə də razılaşmadı. Amma Azərbaycanın israrı davam etdi. 1994-cü ilin 17 sentyabrında Bağdadda "Füzuli" Konqresi toplandı. Azərbaycanın ziyalılarından və füzulişünaslarından ibarət 128 nəfərlik qrup Bağdada yollandı. Onlar istəklərində israrlı idilər. "Məzar işi həll edilməsə, buradan bircə addım da atmarıq" deyib qətiyyət göstərdilər. Üç gün, üç gecə bu müzakirələr davam etdi. Axırda iraq hökuməti Füzulinin nəşinin qalıqlarını möhtərəm bir yerdə dəfn edəcəklərini və yeni türbə salacaqlarına söz verdilər. Həmin yeri də Azərbaycan tərəfi seçdi: Həzrəti Hüseyn türbəsinin yaxınlığındakı məscidin qiblə tərəfə baxan əlyazmalar hücrəsi.

Azərbaycan tərəfinin israrı ilə Füzulinin sümükləri orada dəfn edildi, məzarın  üzərində mərmərdən kitabə də qoyuldu. Amma o zaman Türkiyə tərəfi özünün də böyük şairi adlandırdığı Füzuli üçün heç səsini də çıxarmadı. Füzulinin məzarı 1995-ci ildən bu yana həmin yerdədir". 

BAKU.WS

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Oktyabr 2025 04:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri