Icma.az
close
up
RU
Uşaqlar evdən QAÇIR: Səbəb ailələrdir, yoxsa... SİQNAL

Uşaqlar evdən QAÇIR: Səbəb ailələrdir, yoxsa... SİQNAL

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə yeniyetmələr arasında evdən uzaqlaşma hallarının artması müşahidə olunur. Bu tendensiya təkcə ailədaxili problemlərlə deyil, həm də sosial və psixoloji faktorların təsiri ilə izah edilir. Acınacaqlı məqamlardan biri isə ondan ibarətdir ki, bu halların böyük hissəsi qız yeniyetmələr arasında qeydə alınır. Araşdırmalara əsasən, evdən qaçma halları daha çox 15–20 yaş aralığında müşahidə olunur.

Bəs gəncləri bu addımı atmağa vadar edən əsas səbəblər nələrdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, yeniyetmələrin evdən uzaqlaşması adətən birdən-birə baş verən davranış deyil, uzun müddət yığılan emosional gərginlik və anlaşılmama hissinin nəticəsidir.

Elnur Rüstəmov: Valideynlərin maarifləndirilməsi vacib istiqamətlərdəndir

Onun sözlərinə görə, bu yaş dövrü şəxsiyyətin formalaşdığı, müstəqillik ehtiyacının artdığı və emosional həssaslığın yüksəldiyi bir mərhələdir. Yeniyetmə həm ailədən dəstək gözləyir, həm də özünü fərd kimi təsdiqləmək istəyir. Bu balans pozulduqda isə daxili konfliktlər yaranır və nəticədə evdən uzaqlaşma davranışı formalaşa bilər.

E. Rüstəmov vurğulayıb ki, əsas səbəblərdən biri ailədaxili emosional ünsiyyətin zəif olmasıdır. Valideyn–övlad münasibətləri formal xarakter daşıdıqda, yeniyetmənin fikirləri dinlənilmədikdə və ya o, daimi tənqidə məruz qaldıqda, özünü anlaşılmamış və dəyərsiz hiss edir. Bu halda ev onun üçün təhlükəsiz mühitdən daha çox psixoloji təzyiq məkanına çevrilir.

“Eyni zamanda sosial mühit və sosial şəbəkələrin təsiri də mühüm rol oynayır. İdealizə olunmuş həyat tərzinin təqdimatı bəzi yeniyetmələrdə real həyatdan uzaq gözləntilər formalaşdırır. Bu gözləntilər ailə reallığı ilə üst-üstə düşmədikdə isə konfliktlər daha da dərinləşir.

Təhsil mühitindəki təzyiq, gələcəklə bağlı qeyri-müəyyənlik və özünü müqayisə etmə halları da yeniyetmələri psixoloji baxımdan çətin vəziyyətə salır. Bəzi hallarda isə bu vəziyyətdən çıxış yolu kimi evdən uzaqlaşma seçilir”, – deyə psixoloq qeyd edib.

Müsahibimiz əlavə edib ki, bu cür halların qarşısının alınması üçün cəzalandırıcı yanaşmadan daha çox anlayış, emosional dəstək və açıq ünsiyyət mühitinin yaradılması vacibdir. Onun sözlərinə görə, məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi və valideynlərin maarifləndirilməsi də əsas istiqamətlərdəndir.

“Bu davranışlar problem kimi deyil, siqnal kimi qiymətləndirilməlidir. Yeniyetmənin evdən uzaqlaşması onun daxilində cavabsız qalan ehtiyacların göstəricisidir və bu ehtiyaclara vaxtında cavab verilməsi həm ailənin, həm də cəmiyyətin məsuliyyətidir”, – deyə E. Rüstəmov bildirib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 May 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see241

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see240

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see236

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see235

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see232

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see230

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see228

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see216

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see214

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see211

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see208

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see204

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see195

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see195

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see195

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see194

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see193

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see191

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see188

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri