İran Suriyadan QAÇIR
İran hakimiyyəti Suriyadan öz vətəndaşlarını, o cümlədən hərbi qulluqçuları və diplomatik korpus əməkdaşlarını təxliyə etməyə başlayıb.
Lent.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, İran İnqilab Keşişi Korpusunum bəzi əməkdaşları Livan və İraqa aparılıb. Bir sıra iranlı diplomatlar, onların ailə üzvləri, eləcə də bəzi adi İran vətəndaşları Tehran, İraq, Livan və Suriyanın Latakiya limanına təxliyə edilib.
Eyni zamanda xəbər verilir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqan İslam Respublikasının hərbi müşavirlərinin Suriyada qaldıqları müddətdə terrorçularla mübarizədə Dəməşqə yardımlarını davam etdirəcəklərini bildirib.
Baxış sayı:80
Mənbə:https://lent.az