Icma.az
close
up
RU
Putin Paşinyan gərginliyi açıq fazada: Buzlar ərimədi

Putin Paşinyan gərginliyi açıq fazada: Buzlar ərimədi

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı müsbət bəyanatlar versələr də, real vəziyyət bu açıqlamalarla tam uzlaşmır. Əksinə, son illərin geosiyasi dinamikası göstərir ki, Moskva-İrəvan münasibətləri dərin fikir ayrılıqları və qarşılıqlı narazılıqlar fonunda formalaşır.

Son illər Ermənistan xarici siyasətində ciddi kurs dəyişikliyi edərək ənənəvi müttəfiqi Rusiyadan uzaqlaşmaq, Qərbə inteqrasiyanı isə prioritet istiqamət kimi müəyyənləşdirmək xətti götürüb. Bu isə təbii olaraq Moskva ilə İrəvan arasında etimad böhranına, siyasi və strateji ziddiyyətlərin dərinləşməsinə səbəb olub.

Kreml Ermənistanın öz təsir dairəsindən çıxmasını istəmir. Lakin Rusiya-Ukrayna müharibəsi Moskvanın həm resurslarını, həm də siyasi manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Bu səbəbdən Rusiya İrəvana əvvəlki kimi sərt təzyiq mexanizmlərini tətbiq etməkdə çətinlik çəkir.

Sanksiyalar fonunda iqtisadi asılılıq paradoksu

Digər mühüm məqam ondan ibarətdir ki, Rusiya Qərbin sanksiyalarından yayınmaq üçün müəyyən mənada Ermənistandan istifadə edib. Ermənistan bu prosesdə Moskva üçün tranzit və vasitəçi rolunu oynayıb. Nəticədə son illərdə iki ölkə arasında ticarət dövriyyəsi sürətlə artaraq rekord həddə çatıb.

Belə ki, 2024-cü ildə Rusiya–Ermənistan ticarət dövriyyəsi 11 milyard dollardan çox olub. Lakin artıq son bir ildə bu göstəricidə kəskin azalma müşahidə edilir. 2025-ci ilin ilk 9 ayında ticarət dövriyyəsi cəmi 4,5 milyard dollar təşkil edib. Bunun əsas səbəbləri kimi,Qərbin sanksiya mexanizmlərini sərtləşdirməsi və Ermənistanın Qərbyönlü siyasətinin dərinləşməsi
göstərilə bilər.

Moskva–İrəvan gərginliyi açıq fazada

Görüş zamanı iki ölkə arasındakı gərginliyin və strateji fikir ayrılıqlarının açıq şəkildə hiss olunduğu müşahidə olunurdu. Rusiya rəsmiləri artıq bu narazılığı gizlətmir. RF baş nazirinin müavini Aleksey Overçuk açıq şəkildə bəyan edib ki, Ermənistan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında paralel və bərabər əməkdaşlıq edə bilməz və seçim etməlidir.

Zəngəzur dəhlizi və maraqların toqquşması

İrəvanla Moskva arasındakı əsas ziddiyyətli mövzulardan biri də Zəngəzur dəhlizi məsələsidir. Rusiya bu dəhlizin öz nəzarəti altında olmasını və regional maraqlarına xidmət etməsini istəyir. Ermənistan isə bu məsələyə fərqli yanaşır və Rusiya faktorunu minimuma endirməyə çalışır.
Paşinyan görüş zamanı Zəngəzur dəhlizi kimi tanınan və “Tramp marşrutu” (TRIPP) adlandırılan layihənin ABŞ ilə birgə həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu beynəlxalq nəqliyyat layihəsi üzrə Vaşinqtonla konstruktiv danışıqlar davam edir.

Paşinyan nəqliyyat blokadasının tədricən aradan qaldırılmasına toxunaraq Azərbaycana minnətdarlıq edib və bu prosesləri region üçün “əhəmiyyətli və mənalı dəyişikliklər” kimi dəyərləndirib. O, həmçinin qeyd edib ki, bütün bu məsələlər Rusiya ilə ikitərəfli münasibətlər kontekstində ciddi müzakirə mövzusudur.

Dəmir yolları, sülh prosesi və yeni reallıqlar

Ermənistanın baş naziri bildirib ki, artıq Rusiyadan Ermənistana qatarların Azərbaycan üzərindən hərəkət etməsi tarixi hadisədir. Onun sözlərinə görə, bu, regionda yeni imkanlar açır və gələcəkdə Naxçıvan, Yerasx və Axurik istiqamətlərində dəmir yolu xətlərinin bərpası gündəliyə gələ bilər. Hələlik siyasi qərarların olmadığını vurğulayan Paşinyan, vəziyyətin hazırlıq mərhələsinə çatdığını etiraf edib.

Enerji və nüvə əməkdaşlığı: Moskvanın təsir rıçaqları

Görüşdə enerji məsələləri, xüsusilə atom enerjisi sahəsində əməkdaşlıq da müzakirə olunub. Vladimir Putin Ermənistan və Rusiya arasında bu istiqamətdə “yaxşı planların” mövcud olduğunu bildirib. Bununla yanaşı, Rusiyanın Ermənistandakı hərbi bazası da Kremlin əlində mühüm təsir rıçağı olaraq qalır.

Gərginliyin davam edəcəyi qaçılmazdır

Bütün bu amillər onu göstərir ki, İrəvanla Kreml arasındakı gərginlik qısa müddətdə aradan qalxacaq xarakter daşımır. Ermənistanın Qərbə inteqrasiya cəhdləri ilə Rusiyanın regional təsir maraqları arasında ciddi ziddiyyət mövcuddur. Kremlin hələ də Ermənistana təsir imkanları var və bu, regiondakı sülh prosesinə də birbaşa təsir göstərir.

Yekun olaraq onu qeyd edə bilərik ki, Sankt-Peterburqda keçirilən Putin-Paşinyan görüşü müsbət bəyanatlarla müşayiət olunsa da, Moskva-İrəvan münasibətlərindəki dərin fikir ayrılıqları aradan qalxmadı. Görüş bir daha təsdiqlədi ki, müttəfiqlik ritorikasına baxmayaraq, Kreml və İrəvan arasında etimad böhranı hələ də qalmaqdadır.

Beləliklə, Putin-Paşinyan görüşünün real nəticələri yaxın gələcəkdə Cənubi Qafqazda baş verəcək proseslərdə özünü daha aydın şəkildə büruzə verəcək. 

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Dekabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri