Icma.az
close
up
RU
Putin Paşinyana seçim yox, şərt qoydu ŞƏRH

Putin Paşinyana seçim yox, şərt qoydu ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Putinin təklifinin arxasında Paşinyana qarşı hesab var, Moskva seçki önəsi sürpriz hazırlayır

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Kremldə keçirdiyi görüşdə bildirib ki, o, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı şikayətlərindən xəbərdardır, ancaq Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra KTMT-nin prosesə müdaxilə edə bilmədiyi aydındır. Putin ilk dəfə deyil ki, Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanımasını qəribə hal kimi dəyərləndirir.

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, həqiqətən Nikol Paşinyan Avropa Siyasi Birliyinin Praqada 2022-ci ilin oktyabr ayında keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi:

"Paşinyanın bu qərarı Putində az qala şok effekti yaratmışdı. Putin sonrakı açıqlamalarında ona işarə edirdi ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətinə son qoydu. Putin hətta açıqlamalarının birində söyləmişdi ki, Rusiya uzun illər Qarabağda “referendum” keçirilməsi təklifini dəstəkləyib. Putin bununla demək istəyib ki, Paşinyan Kremlin Qarabağla bağlı planlarını pozdu. Belə çıxır ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin rusiyalı hərbçiləri Qarabağdan çıxarmayacaqdı. Halbuki rəsmi Bakı sülhməramların 5 ildən çox bölgədə qalmasına razı deyildi.

Rusiya prezidenti Paşinyanla görüşdə ona bir neçə mesajını da çatdırıb. Birincisi, Putin deyib ki, Ermənistan həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa Birliyinin üzvü ola bilməz, Paşinyan ikisindən birini seçməlidir. Putin AB standartlarının Avrasiya İqtisadi İttifaqı standarlarından fərqli olduğunu Paşinyana xatırladıb.

İkincisi, Putin ABŞ Prezidenti Donald Trampın İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşdırılmasında fəal iştirakını qeyd edib. O, bunun yaxşı və ya pis olmasını söyləməyib, sadəcə deyib ki, Trampın çalışmalarından xəbərdardır.

Üçüncüsü, Putin Ermənistanda parlament seçkisi öncəsi siyasi partiyalar arasında mübarizəni diqqətlə izlədiyini vurğulayıb. Rusiya prezidenti deyib ki, gərgin mübarizə iki ölkə arasında münasibətlərə mənfi təsir etməməlidir. Bu sözlər də Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır. Çünki məhz Paşinyan və onun nazirləri çıxışlarında radikal müxalifətin Rusiyaya ilə bağlılıqlarına işarə edirlər.

Ekspert sonda vurğulayır ki, Paşinyan geri qayıtdıqdan sonra Putinlə görüşün müsbət nəticələrindən danışacaq. Halbuki Putinin Paşinyanla görüşündə səsləndirdiyi fikirlər Kreml sahibinin Ermənistanın baş nazirinə isti münasibətinə dəlalət etmir:

"Məsələn Putin Rusiyada yaşayan 2 milyon erməninin Ermənistanda səsvermə hüququna malik olmasını istəyib. Paşinyan bunun mümkün olmadığını deyib. Putin Rusiyada yaşayan ermənilərin Paşinyanın partiyasına səs verməyəcəyinə görə belə bir təkliflə çıxış edib. Putinin Ermənistanda parlament seçkisi öncəsində dostu və Paşinyanın rəqibi eks-prezident Robert Köçəryanı da Moskvaya dəvəti istisna deyil”, - politoloq bildirib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Aprel 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri