Icma.az
close
up
RU
Putin qovulmuş şəxs olaraq qalmalıdır...

Putin qovulmuş şəxs olaraq qalmalıdır...

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

BOK-un qərarı Qərbdə yeni bir tənqid dalğasına səbəb olub...

...Beynəlxalq Olimpiya Komitəsinin Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılması prosesinə başlamaq qərarı Qərbdə yeni bir tənqid dalğasına səbəb olub.

Rusiya idmançılarının böyük beynəlxalq yarışlara qayıtması Kreml üçün siyasi legitimləşdirmə vasitəsinə çevrilə bilər.

Müzakirəyə BOK İcraiyyə Şurasının 7 iyul tarixli bəyanatı səbəb olub.

Bəyanatda işğal olunmuş Ukrayna ərazilərindən olan idman təşkilatlarının Rusiya Olimpiya Komitəsindən kənarlaşdırılmasından sonra sanksiyalar üçün əsasın yoxa çıxdığı bildirilirdi.

Bundan əvvəl FİFA prezidenti Canni İnfantino Rusiyanın beynəlxalq futbol yarışlarında iştirakına qoyulan qadağa "heç nəyə nail olmayıb" deyə bildirmişdi.

Moskva idman qələbələri üçün qaydaları pozmağa hazır olduğunu dəfələrlə nümayiş etdirib. Soçi Olimpiadasından sonra müasir tarixdə ən böyük dopinq qalmaqalı buna nümunə kimi göstərilir.

İstintaq Rusiya idmançılarından 50-dən çox medalın əlindən alınmasına səbəb olub.

...Rusiya ədalətli oyuna inanmır. O, aldatma və gizli taktikalara əsaslanır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu müəlliflər yazır.

Bir çox rusiyalı idmançı neytral mövqedə yarışarkən açıq şəkildə müharibəni dəstəkləyib və Rusiyanın Ukraynaya işğalı ilə əlaqəli simvollardan istifadə edib.

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko xəbərdarlıq edib ki, "istənilən Rusiya milli komandasının potensial geri qayıtması yarışların təhlükəsizliyinə və bütövlüyünə təhdid yaradır".

...Yeri gəlmişkən İngiltərə, Almaniya və Fransa futbol assosiasiyaları da Rusiyanın böyük beynəlxalq turnirlərə buraxılmasına qarşı çıxırlar.

Qərb hökumətləri viza məhdudiyyətlərini saxlamalı, idman təşkilatlarına təzyiqi artırmalı və qarşıdan gələn 2028-ci il Olimpiadasından və 2030-cu il Dünya Kubokundan Ukrayna idmançılarını dəstəkləmək üçün istifadə etməlidirlər.

...Rusiya idmançılarının yarışmasına icazə verilməsi Kremlin qlobal idman arenasına qayıtmasını ifadə edir, - deyə müəlliflər idmanın Moskvanın siyasi təsir alətinə çevrilməməsinə çağırırlar.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyul 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri