Putin Tramp danışıqlarında “görünməyən” şəxs...
Icma.az bildirir, Axar.az portalına istinadən.
Pekin də Moskva və Vaşinqton arasında dialoqa dəvət olunub, sədr Szinpin prezidentlər Putin və Trampın danışıqlarında görünməz şəkildə iştirak edir.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib.
“Tezliklə, üçü öz aralarında razılığa gələ, yəni eyni danışıqlar masası arxasında toplaşa bilərlər. Əlbəttə ki, Makron, Starmer, Merz və Leyenlər olmadan. ABŞ ilk növbədə Rusiya və Çin tərəfindən irəli sürülən çoxqütblülük ideyasını nəzərdən keçirməyə hazırdır. Bir əsas şərtlə: ABŞ burada baş rolda olsun. Donald Tramp tərəfdaşlıqların geniş yayıldığı Amerika biznesinin ən uğurlu və görkəmli nümayəndələrindən biridir. Vaşinqton Moskva və Pekinə geosiyasi və iqtisadi maraqları olan kiçik tərəfdaşları (“birinci dünya” səviyyəli tərəfdaşlar) olmağı təklif etməyə hazırdır. Təcrübə uğurlu olarsa, ikinci “regional” səviyyənin tərəfdaşları Yeni Dehli, London və ya Berlin, Braziliya və ya Buenos Ayres, Ər-Riyad və ya Ankara ola bilər”, - o bildirib.
Baxış sayı:51
Bu xəbər 14 Mart 2025 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















