Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyevin çevriliş planını Rusiyanın ifşa etdiyi haqda məlumatlar yayılıb. Bu informasiya Bakı-Moskva xəttindəki baş verənlərin pərdəarxasına anlamağa imkan verir.

Mehdiyevin Əliyevlə Putinin Düşənbə görüşündən sonra həbs olunması suallar yaratmışdı: Bakı-Moskva xəttində problemlər aradan qalxdığı vaxt Rusiyaya bağlı fiqur niyə həbs olundu?

Yayılan məlumatlar bu suala aydınlıq gətirir: Rusiya tərəfi Düşənbədə Mehdiyevin çevriliş planı ilə bağlı Azərbaycanı məlumatlandırıb. Əliyevlə Putinin görüşündən dərhal sonra Mehdiyevin həbs edilməsi də bu informasiyanın doğruluq payını gücləndirir, çünki siyasi və ictimai fəaliyyətdən uzaqlaşmış 87 yaşlı keçmiş “boz kardinal”ın neytrallaşdırılması zərurəti yalnız dövlətə real təhlükə yarada biləcəyi halda baş verə bilərdi. Aydın olur ki, Mehdiyev son bir il ərzində Azərbaycanda çevrilişin həyata keçirilməsi planına Rusiyanın dəstək verməsi istiqamətində işləyirmiş.

Əslində onun 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri postundan gedişindən sonra “geri qayıtmaq” uğrunda mübarizə aparacağı və formalaşdırdığı “beşinci kalon” vasitəsilə təxribatlar törədəcəyi gözləntiləri vardı. Hətta Mehdiyevin AMEA-nın prezidenti postunda olduğu dövrdə elm ocağını özünün siyasi təxribat planlarının yuvasına çevirdiyi deyilirdi: “beşinci kalon”un üzvlərini Elmlər Akademiyasındakı ofisində qəbul edir, müəyən tapşırıqlar verirdi, eyni zamanda, Rusiyadan gələn emissarları da burada qəbul edirdi.

Bunu ispat edən faktlar da mövcuddur: Mehdiyevin AMEA-da yaratdığı vəziyyət elm adamlarının ciddi narazılığına səbəb olmuşdu, etiraz dalğası ictimai şəkildə dilə gətirilirdi. 2022-ci ilin 14 fevralında Akademiyada keçirilən iclasda o, yaşı ilə əlaqədar vəzifəsindən getmək istəyi haqqında Prezident İlham Əliyevə müraciət edəcəyini bildirdi. Bundan 5 gün sonra – 19 fevralda AMEA-nın ümumi yığıncağında Mehdiyevin istefası qəbul olundu. Hərçənd, 17 martda Mehdiyev yenidən AMEA-da peyda oldu. İlkin məlumata görə, gəlişinin səbəbi şəxsi əşyalarını götürmək olub, daha sonra isə Mehdiyevin Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüşdüyü məlum oldu.

Hələ o vaxtdan Mehdiyevin Rusiyada bağlı olduğu dairələrlə sıx əlaqədə olduğu aydın görünürdü, lakin ictimai-siyasi həyatdan tamamilə çəkildikdən sonra hesab etmək olardı ki, “zamanın keçdiyi” reallığını qəbul edib və ömrünün ahıl dövrünü ailəsi ilə birlikdə keçirir. Məlumatlar isə onun “bəlkə də qaytardılar” ümidi ilə təxribat planlarından əl çəkmədiyini göstərir. Burada müxtəlif səbəblər ola bilər.

1. 87 yaşlı Mehdiyev qisas hissi ilə yaşayırmış və hələ də “güclü olduğunu” düşünürmüş;

2. Ömrünü həsr etdiyi imperiya naminə ölümündən öncə Rusiyanın maraqlarına sonuncu xidməti edib;

3. Fiziki və mənəvi baxımdan adekvat olmasa da, prezident postuna yüksəlmək, ölkənin birinci şəxsinə çevrilmək ehtirasının əsirinə çevrilib;

Mehdiyev AZAL-ın təyyarəsinin vurulmasından sonra Azərbaycan-Rusiya xəttində yaranmış böhranlı vəziyyəti hədəfinə çatmaq üçün “unikal şans” olaraq görüb. Məlumatlara görə, o, Azərbaycanda çevriliş planının hazır olduğu haqda Rusiyanı məlumatlandırıb və dəstək istəyib. Plana görə, hakimiyyəti zorla ələ keçirdikdən sonra keçid dövründə Mehdiyevin rəhbərlik edəcəyi Dövlət Şurası formatında mexanizm yaradılacaqmış. Hətta bu qurumda təmsil olunacaq şəxslərin məlumatları da Rusiya ilə paylaşılıb.

Rusiyanın çevriliş planını Azərbaycanla paylaşması Mehdiyevin təxribatlarını ifşa etdi. Bu məqam xüsusilə diqqətçəkəndir: Rusiya ona işləyən Mehdiyevi niyə ifşa edib?

Bu sualın birdən çox cavabı mümkündür.

Birincisi, Putinin planla razılaşmaması ola bilər;

Rusiyada Azərbaycana münasibətdə həmişə iki kanalın mövcud olduğu məlumdur: bir xətt – Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi sərt mövqe sərgiləyir, digər xətt – Kreml daha loyal münasibət göstərir; bu, Rusiyanın postsovet məkanında məşhur olan “yaxşı və pis polis” taktikasından irəli gəlsə də, bir sıra hallarda kanalların yanaşmalarında ziddiyyətlər, toqquşmalar da olur, lakin son qərar prezident Putin tərəfindən verilir;

Görünür, Mehdiyev çevriliş planını Rusiyada bağlı olduğu kanallarla paylaşıb və bu, Putinə məruzə olunub. Azərbaycanla münasibətlərin kəskin atmosferi fonunda planın qəbul ediləcəyi gözləntiləri olsa da, Rusiya prezidenti imtina edib və Bakı ilə münasibətlərin normallaşmasında nə qədər maraqlı olduğunu təsdiq etmək üçün Düşənbədə Əliyevi məlumatlandırıb.

İkincisi, Rusiya perspektivi olmayan çevriliş planından siyasi məqsəd üçün istifadə edib;

Mümkündür ki, Mehdiyevin çevriliş planı Kremlə təqdim olunub, lakin bunun reallaşmasının qeyri-real olduğunu, xüsusilə Prezident İlham Əliyevin ölkədəki reytinqi və Azərbaycanda Rusiyaya olan mənfi münasibət fonunda, Moskvada anlayıblar. Onu da anlayıblar ki, perspektivsiz çevriliş cəhdinin dəstəklənməsi Azərbaycanla münasibətlərdə geridönüşü olmayan vəziyyət yarada, Rusiyanın bölgədəki mövqelərinə ciddi zərbə vura bilər. Bu baxımdan, Moskva Mehdiyev və komandasını Bakı ilə münasibətlərdə siyasi divident qazanmaq üçün qurban verib.

Bundan sonra nələr olacağını təxmin etmək çətin deyil:

- Mehdiyevin vəzifəsindən sui-istifadə edərək, əldə etdiyi qeyri-qanuni sərvət dövlət tərəfindən müsadirə ediləcək;

- Aldığı dövlət mükafatlarından məhrum ediləcək;

- İllərdir formalaşdırdığı və bu millətə xidmət etmədikləri sirr olmayan şəbəkəsi ifşa ediləcək;

Baş verənlərdə bir həqiqət xüsusilə örnək hesab oluna bilər: Ramiz Mehdiyevi xidmət etdikləri qurban verdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Oktyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see688

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see489

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see283

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see281

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see267

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see264

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see257

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see252

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see251

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see250

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see249

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see239

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see234

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see230

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see229

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see225

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see225

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see218

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see217

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri