Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Putin sözünü tutmadı, iki erməni səfərbər edildi Bakıya qarşı yeni həmlə

Putin sözünü tutmadı, iki erməni səfərbər edildi Bakıya qarşı yeni həmlə

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbsi ilə bağlı ortaya çıxan təfərrüatlar Moskvanın Bakıya göndərdiyi açıq siyasi mesaj kimi dəyərləndirilir. Məlumata görə, cinayət işi üzrə Şıxlinskiyə qarşı ifadə verən də, dinləmələri həyat keçirən Rusiya rəsmisi də əslən ermənilər olub. Analitiklərin fikrincə, bu addım təsadüfi hüquqi proses yox, Moskvanın Bakı ilə münasibətlərdə seçdiyi yeni konfrontasiya xəttinin başlanğıcıdır.

Xüsusilə AZAL-a məxsus təyyarənin qəzaya uğramasının bir ilinin tamam olmasına sayılı günlər qaldığı bir vaxtda Kremlin bu davranışı diqqət çəkir. Bakı Rusiya hökumətindən üzrxahlıqla yanaşı kompensasiya mexanizmi və günahkarların hüquqi məsuliyyətə cəlb edilməsini gözlədiyi halda, Moskva tam əks mövqe nümayiş etdirir. Rusiyanın bu siyasətinin Ermənistanla sülh prosesinə də birbaşa təsir göstərəcəyi, hətta onu əngəlləmək məqsədi daşıya biləcəyi vurğulanır.

Kreml hökumətinin bu xətti Cənubi Qafqazdakı mövcud balansı dəyişmək gücünə malikdirmi? Bütün bu proseslər Azərbaycanın regional mövqeləri və daxili təhlükəsizliyi üçün hansı riskləri yarada bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, 2024-cü il dekabrın 25-də Rusiya səmasında Azərbaycanın sərnişin təyyarəsinin vurulması iki ölkə arasında münasibətləri gərginləşdirdi:

“Bu gərginliyin əsas səbəbkarı, təbii ki, Rusiya tərəfidir. Bakı haqlı olaraq Moskvanın yol verdiyi səhvi etiraf etməsini, rəsmi üzr istəməsini və kompensasiya ödəməsini tələb etmişdi ki, bu tələblər indi də qüvvədə qalır. Lakin Kremlin bugünədək tələbləri tam şəkildə yerinə yetirməməsi təəssüf doğurur.

Rusiya Federasiyası qonşu dövlətlərlə sağlam və bərabərhüquqlu münasibətlər qurmaqda çətinlik çəkir. Hələ də siyasi reallığı qəbul etmək istəmir və Azərbaycanı keçmiş müttəfiq respublikalardan biri kimi görərək ona yuxarıdan aşağı münasibət sərgiləməyə çalışır. Rusiya tərəfi qəbul etməlidir ki, keçmiş SSRİ ölkələri artıq müstəqil dövlətlərdir, onlarla bərabərhüquqlu əməkdaşlıq və əlaqələrin qurulması zəruridir.

Düşənbə görüşündə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev qarşısında üzrxahlıq edərək müvafiq addımların atılacağı vədini verdi. Lakin həmin vaxtdan indiyədək heç bir real addım atılmayıb. Hadisələr onu göstərir ki, Rusiya qonşularına münasibətdə üstünlük pozisiyasını sərgiləməyə çalışır, nəticədə onun bütün qonşularla münasibətlərində müəyyən gərginliklər müşahidə olunur”.


Mütəllim Rəhimli

Ekspert deyib ki, qonşu dövlətlərlə münasibətlərin gərginləşməsi hər iki tərəf üçün mənfi nəticələr doğurur:

“Rusiya əlindəki bütün resurslardan yararlanaraq orada yaşayan azərbaycanlılara qarşı ayrıseçkilik edir. Təəssüf ki, Şahin Şıxlinskiyə qarşı münasibət də problemli olaraq qalır. İstintaqı aparan şəxs və şahid ifadələrini verənlər də ermənilərdir. Beləliklə, Rusiya açıq şəkildə tarixən Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyən Ermənistanın baxışlarını əsas götürür və bu addım Azərbaycanda narazılıq yaratmaq məqsədini güdür. Ən vacib məqam ondan ibarətdir ki, Rusiya bu proseslərə ədalətli yanaşmır.

Düşənbə görüşündən sonra Azərbaycan xoşməramlı jest olaraq burada həbs olunmuş bir neçə rus casuslarını öz ölkələrinə təhvil versə də, Moskva buna adekvat yanaşmadı. Rusiyanın atdığı addımlar göstərir ki, Cənubi Qafqazda sabit münasibətlərin qurulmasına qarşıdır, bölgədə sadəcə öz siyasi və geosiyasi maraqlarını təmin etməyə çalışır. Bu məqsədlə xoşməramlı yanaşma nümayiş etdirmir, əksinə tərəflərə ciddi şəkildə təzyiq göstərir. İndiki mərhələdə Rusiya Azərbaycanla Ermənistan arasındakı uzunmüddətli gərginliklərdən öz maraqlarını təmin etmək üçün faydalanmağa çalışır. Xüsusilə sülh müqaviləsinin imzalanmasına mane olur. Ehtimal ki, Azərbaycana qarşı münasibətində də bu faktoru həlledici təzyiq aləti kimi istifadə edəcək.

Amma biz siyasi proseslərin geriyə qayıdışının qeyri-mümkün olduğunu anlayırıq. Bu səbəbdən, Rusiyanın atdığı addımlar Cənubi Qafqazda sülh proseslərini yubada bilər, lakin onların qarşısını almağa qadir deyil.

Fikrimcə, Moskva bütün dünya ilə qarşıdurmaya girmək istəməz. Ona görə də onun üçün ən məqsədəuyğun yol qonşularla, xüsusilə Azərbaycanla anlaşma dili ilə ünsiyyət qurmaqdır ki, bu da Rusiyanın milli maraqlarına xidmət edə bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see206

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see172

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri