Icma.az
close
up
RU
Təyyarə qalmaqalında kritik nöqtə Putin sözünü niyə tutmadı?

Təyyarə qalmaqalında kritik nöqtə Putin sözünü niyə tutmadı?

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat xarici laboratoriyalar tərəfindən araşdırıldıqdan sonra dərc olunacaq. Bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Saujranbayev yerli mediaya açıqlamasında bildirib. O qeyd edib ki, faciə ilə bağlı yekun hesabat xarici laboratoriyalardan məlumatlar alındıqdan sonra hazırlanacaq. “Nümunələr Rusiya və Azərbaycan tərəflərinə təhvil verilib, daha sonra isə Azərbaycan onları xarici mütəxəssislərə göndərib. Aviasiya modulu bölməsi müayinə üçün amerikalı bir istehsalçıya yönləndirilib”, - deyə o izah edib. Nazir onu da bildirib ki, iki əcnəbi laboratoriyanın məlumatları hələlik onlara daxil olmayıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəmiz Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.
Hesabat açıqlandıqdan sonra Rusiyanın mövqeyində dəyişiklik gözləntisi varmı? Putin nə üçün Düşənbədə verdiyi sözü tutmadı?

Avtosfer.az-ın məlumatına görə, professor Elxan Mirzəyev Musavat.com-a bildirib ki, Rusiya təyyarə ilə bağlı istintaqı yekunlaşdırıb və heç bir məsuliyyət daşımaq istəmir:

"Bu da qonşu dövlətin Azərbaycana və həlak olan vətəndaşlara hörmətsizliyidir. Ölənlər arasında Rusiya vətəndaşları da var, bu da Kremli maraqlandırmır. Ukraynada minlərlə əsgərini məhv edən Rusiyadan humanizm gözləmək sadəlövhlükdür. Azərbaycan Rusiyanın yaxın aylarda hər hansı addım atmasına gərək ümid etməsin. Moskva istəyir ki, Bakı ilə əlaqələr davam etsin, bu hadisə də unudulsun. Amma bizim elə bir fikrimiz yoxdur və beynəlxalq hüquqa uyğun addımlar atmalıyıq".

E. Mirzəyevin fikrincə, Rusiya ilə aramızda soyuqluq davam edəcək və bundan sonra əvvəlki münasibətlərin bərpası mümkün görünmür:

"Rusiya özünü müttəfiq kimi aparmadı. Əgər müttəfiq dövlət olsaydı, dərhal dost kimi davranar və təyyarə ilə bağlı çoxdan narazılığı aradan qaldırardı. Rusiya rəsmiləri hələ də müttəfiqlik haqda qulağa xoşagələn fikirlər bildirir, di gəl, heç biri səmimi deyil. Əsl müttəfiq Türkiyə kimi olur. Rusiya isə regionda itkilərini və Qarabağda problemin köklü həllini həzm edə bilmir. Bu səbəbdən təyyarəmizi vurmaqla, sonra azərbaycanlılara zorakılıq tətbiq etməklə bunun mesajını verməyə çalışır. O nöqteyi-nəzərdən, təyyarə məsələsində yalnız beynəlxalq məhkəməyə müraciət qalır".

Siyasi ekspert Ramiyə Məmmədova bölgədə gedən proseslərin Rusiya üçün ürəkaçan olmadığını müşahidə edir. Onun fikrincə, bu da onu aqressivləşdirir və MDB ölkələrinə hücumlar, təhdidlər yağdırır: "Azərbaycan təyyarəsi səhvən vurulmayıb və onun mülki hava gəmisi olduğunu rusiyalı hərbçilər yaxşı bilirdi. Moskva açıq şəkildə bu cinayət aktını həyata keçirməklə Azərbaycanı cəzalandırdığını hesab edir. Məqsəd odur ki, onun diktəsi ilə hərəkət edilsin. Biz isə müstəqil siyasət yürüdürük və rus hərbçilərinin Qarabağda on illər ərzində qalmasına razı deyildik. Rusiya isə qəzəblidir ki, onun Qafqaz siyasəti iflasa uğradı. İkincisi, Putin Düşənbədə günahı Kiyevin və bizim pilotların üzərinə qoydu. Dedi ki, Ukrayna dron hücumu edib, guya raketin qəlpələri təyyarəmizə dəydikdən sonra bizim ekipaj təklif olunan aerodroma eniş etmək istəməyib. Putin üzr istəsə də, günahı Rusiyada axtarmadı. Düzdür, kompensasiya vəd edib, cəza olacağını söyləyib. Məncə, Rusiya bunu nə vaxtsa edə bilər, amma görünür ki, siyasi bazarlığa getmək istəyindədir, yəni Bakıdan nə isə istəyir. Əgər Rusiya əlaqələrin düzəlməsində maraqlıdırsa, onda tələbləri yerinə yetirsin".

Oxunub 10

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Yanvar 2026 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri