Icma.az
close
up
RU
Moskvadan Bakıya qarşı daha bir addım: Putin sözünü tutmadı

Moskvadan Bakıya qarşı daha bir addım: Putin sözünü tutmadı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Fevralın 17-də Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev saxlanılıb və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Rusiya hüquq-mühafizə orqanları Qarayevi iki tanışı ilə birlikdə Krasnoyarsk şəhərində saxlayıb. Vəkilin dələduzluqda şübhəli bilindiyi deyilir.

Ekspertlər isə hesab edir ki, bu hadisə Moskvanın Bakıya qarşı mümkün siyasi təzyiq strategiyasının bir hissəsidir.

Qarayevin saxlanılmasının hüquqi əsasları nələrdir? Bu addım Moskvanın Azərbaycana yönəlmiş təzyiq siyasətinin tərkib hissəsidir? Bakı bu məsələ ilə bağlı nə kimi addımlar ata bilər?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın Azərbaycana qarşı müxtəlif istiqamətlərdə təzyiqləri müşahidə edilir:

“Azərbaycanın diaspor rəhbərliyinə və nümayəndələrinə qarşı qondarma cinayət işləri və həbslər bunun bariz nümunəsidir. Rusiya rəhbərliyi azərbaycanlıların sıxışdırılması və deportasiyası üçün yeni dalğaya başlaya bilər. Moskva Bakının müstəqil siyasət həyata keçirməsini qəbul etmir.

Prezident İlham Əliyev Münxendə qatıldığı panel müzakirələrində Kiyevdə Azərbaycan səfirliyinə üç dəfə hücum edilməsinin təsadüf olmadığı açıq şəkildə bildirdi. Göründüyü kimi, Rusiya problemin dərinləşməsinə gedir. Azərbaycanlı vəkilin həbs edilməsi məqsədli addım və Bakıya təzyiq vasitəsi kimi qəbul edilməlidir.


Məhəmməd Əsədullazadə 

Moskva AZAL təyyarəsinin vurulmasını üstündən keçdi və bunu adi qəza kimi qeyd edərək cinayət işini bağladı. Halbuki Rusiya lideri Vladimir Putin qəzanın araşdırılacağı və məsuliyyət daşıyan şəxslərin cəzalanacağı ilə bağlı Prezident İlham Əliyevə söz vermişdi. Təssüf ki, Rusiya reallıqları qəbul etmək istəmir, qonşularla normal münasibətlər sisteminə üstünlük vermir, MDB kimi quruma hörmət etmir. MDB vətəndaşları Rusiyada normal işləməlidir. Belə bir vəziyyət bu ölkə ilə hansı sazişə etibar etmək olar?! Kreml tamamilə güc yoluna üstünlük verir. Bu siyasət Rusiyanın güclənməsinə deyil, zəifləməsinə səbəb olacaq”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Fevral 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri