Icma.az
close
up
RU
“Putin Trampa güzəştə getmədi, lakin ona simasını saxlamağa imkan verdi“ “The Times“

“Putin Trampa güzəştə getmədi, lakin ona simasını saxlamağa imkan verdi“ “The Times“

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Tramp bir daha Kreml hökmdarından Ukraynada sülhün yalnız onun şərtləri əsasında mümkün ola biləcəyini eşidib..."

Kreml diktatoru Putinin Ukraynaya hücumların məhdudlaşdırılmasına razılıq verməsi ABŞ prezidenti Donald Trampın nüfuzunu qorumasına imkan yaradıb. Lakin heç nə Moskvanın Kiyev təslim olmadan müharibəni dayandırmağa hazır olduğunu göstərmir.

Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Nəşr qeyd edir ki, Tramp Rusiya diktatoru ilə "mükəmməl münasibətlərindən" istifadə edərək 30 günlük tam atəşkəsə razı salacağına ümid edib.

Lakin bunun əvəzinə o, Rusiya və Ukraynanın enerji infrastrukturlarına hücumları qadağan edən məhdud bir razılaşmaya razılaşmaq məcburiyyətində qalıb. Bundan əlavə, ona Rusiyanın ənənəvi tələbləri bir daha təqdim edilib.

İki saatdan çox davam edən söhbət zamanı Putin Trampa bildirib ki, sülh yalnız Qərbin Ukraynaya hərbi yardımını və kəşfiyyat məlumatlarının ötürülməsini tamamilə dayandırması halında mümkündür.

Kremlyönlü dairələr Putinin Trampı gələcək danışıqlarda da üstələyəcəyinə əmindir. "Putin bir çox şeyi yaxşı bacarır. Amma ən yaxşısı o, Donald Trampla danışıqlar aparır", - "rus dünyası"nın ideoloqu, yazıçı Aleksandr Duqin bildirib.

Kremlyönlü siyasi analitik İlya Qraşşenkov isə Rusiyanın Trampın prezidentliyindən faydalana biləcəyini düşünür: "ABŞ-la danışıqlar uğurlu olacaq, amma çox çətin keçəcək", - o, bildirib.

Danışıqlardan sonra atılan rəmzi addımlar

Telefon söhbətindən sonra Rusiyadakı rəsmilər ABŞ səfirliyinin yaxınlığından iri hərbi təbliğat rəmzlərinin götürülməsinə göstəriş verib. 

Kremlin açıqlamasına görə, Putin və Tramp Rusiya və ABŞ arasında qarşılıqlı xokkey oyunlarının keçirilməsi barədə razılığa gəlib. Bu oyunlarda hər iki ölkədən oyunçular iştirak edəcək.

Bundan əlavə, Kreml bəyan edib ki, Putin və Tramp "qlobal təhlükəsizlik" sahəsində, o cümlədən Yaxın Şərq və Qırmızı dənizdə əməkdaşlıq etmək barədə razılığa gəlib.

Moskvanın "xarici agent" elan etdiyi rusiyalı siyasi analitik Tatyana Stanovaya "X" platformasında yazıb: "Bu, Putinin açıq qələbəsidir. O, ABŞ-la ikitərəfli münasibətləri Ukraynadakı müharibədən ayırmağa çalışır".

Hələlik Ukraynanın Putinin və Trampın razılaşdırdığı məhdud atəşkəsi qəbul edib-etməyəcəyi bəlli deyil. Prezident Vladimir Zelenski bildirib ki, qərar vermədən öncə daha detallı məlumat lazımdır.

Tramp və Putinin söhbəti

Donald Tramp və Vladimir Putin arasında telefon söhbətindən öncə Tramp Putini 30 günlük atəşkəsə razı salmağa çalışacağını bəyan edib. O, dostu olan Putinlə anlaşacağına əmin olub. Lakin Trampın planları gerçəkləşməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Mart 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri