Putin və BƏƏ prezidenti Əl Nahyan Ukrayna üzrə Rusiya ABŞ dialoqunu müzakirə ediblər
Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı keçirib.
Görüşdə tərəflər Rusiya və ABŞ arasında Ukraynada nizamlanmaya dair danışıqları müzakirə ediblər.
“Liderlər Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarını tapmaq və Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətləri normallaşdırmaq məqsədi ilə Rusiya-Amerika dialoqunun hazırkı inkişafını müzakirə ediblər ”, - Rusiya dövlət başçısının saytında deyilir.
Əl Nəhyan Rusiya və ABŞ-nin göstərdiyi səyləri dəstəkləyib və Ər-Riyadda iki ölkənin ekspert qrupları arasında keçirilən məsləhətləşmələri alqışlayıb. Rusiya lideri öz növbəsində həmkarına Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsində BƏƏ-nin vasitəçiliyinə görə təşəkkür edib.
Mövsüm
Aznews.az

