Icma.az
close
up
RU
Azarkeşlərin, futbol ictimaiyyətinin sevinəcəyi günlər gələcək Fernando Santuş

Azarkeşlərin, futbol ictimaiyyətinin sevinəcəyi günlər gələcək Fernando Santuş

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Millimiz Belarusa qarşı keçirdiyi yoldaşlıq oyununda uduzdu - 0:2.

"Football-plus.az" xəbər verir ki, yığmamızın baş məşqçisi Fernando Santuş oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Birinci hissədə hər iki komanda intensiv oyun nümayiş etdirdi. Futbolçularım ilk 15-20 dəqiqə ərzində daha çox müdafiəyəmeyilli çıxış etdilər. Biz onlara irəli atılmalı olduqlarını dedik. Kollektivlər təhlükəli qol epizodları yaratdı. İki qol buraxdıq. İkinci yarıda oyuna yaxşı başladıq. Xəyal mükəmməl oyun sərgilədi. Bir müddət sonra Renat Dadaşovu meydana çıxardım. O, iricüssəlidi. Bu futbolçunun sayəsində topu itirməməyə çalışırdıq. Şahin Şahniyarovun da oyuny yaxşı alındı. Sadəcə, bir az çətinlik çəkdi. Təəssüf ki, bəsit qollar buraxdıq. Bu cür hallara görə çox üzülürük. Hesabda geri düşsək də, irəli atılmaqdan çəkinmədik. Komandamın qol vura biləcəyini hiss edirdim. Buna görə, cinahlardan hücuma keçsək də, ikinci qolu buraxdıq. Yüksək səviyyəli rəqabətdəsənsə, belə qollar buraxmamalısan. Amma unutmayaq ki, bəzi futbolçular ilk dəfə idi ki, millinin formasını geyirdi. Onlar yığmada oynamaq üçün bacarıqlı olduqlarını sübut etdilər.
- Millimizin məğlubiyyət limiti nə vaxt tükənəcək?
- Biz uduzmamaq üçün hər şeyi edirik. Oyunçularım əllərindən gələni edir. Məsələn, Toralın epizodu uğurlu alınsaydı, hər şey başqa cür olardı.
- Zamiq Əliyev yenə səhv etdi. Onu yenə start heyətində meydana buraxmaq niyyətiniz var?
- Səhv etmirəmsə, onun 20 yaşı var. Gənc futbolçular davamlı oynanmalı, özünə inanmalıdı. Onları dərhal itirməməliyik. Səhv etməkdən qorxsa, inkişaf edə bilməyəcək.
- Qismət Alıyevi niyə milliyə cəlb etməmisiz?
- Amin Seydiyev və Mərt Çəlikin oyununu daha çox bəyəndim. Üç gün əvvəl deyirdiz, filankəs niyə oynamadı. İndi də başqasını soruşursuz...
- Portuqaliya Futbol Federasiyasının rəhbərliyi 8 oyundan 7-də uduzan əcnəbi məşqçini komandada saxlayar, yoxsa yox?
- Milli komandayla 109 oyun keçirmişəm və cəmi 20-də uduzmuşam. Portuqaliyayıa Azərbaycan millisini müqayisə edə bilməzsiz. Portuqaliyada iki oyun uduzsan, istefaya göndərəcəklər. Mən heç vaxt ardıcıl iki matçda uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Bu sualı federasiyaya vermək lazımdı, mənə yox.
- Futbol ictimaiyyəti və azarkeşlər məğlubiyyətlərə görə əsəbidi. Nəticələrə görə üzr istəmək istəyirsiz?
- Üzr istəmək başqa şeydi. Əlbəttə, azarkeşləri sevindirməliyik. İnanın ki, indi hamı eyni hissləri keçirir. Nəticələrə görə üzülürük. Əlimizdən gələni etməliyik ki, vəziyyəti yaxşı mənada dəyişək. Kifayət qədər gücümüz var. Azərbaycanlı azarkeşlərin, futbol ictimaiyyətinin sevinəcəyi günlər gələcək. Bunun asan məsələ olmadığını dərk edirəm. Düşündüyümdən daha çox vaxt lazımdı. Burdan 1 və ya 2 illik təklif alsaydım, qəbul etməzdim. Bəlkə də indi hamıdan çox mən üzgünəm. Karyeram ərzində bu qədər uduzmamışdım. Öz işimə, futbolçuların potensialına inanıram.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Mart 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri